Məhkəmə qərarları › İş №3(066)-411/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-411/2024

04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-411/2024 04.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl Rayon PŞ-nin YNH inspektoru, polis baş leytenantı Nümayəndə, Zərərçəkmiş şəxs1 və barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Dəmirçidam kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Göygöl şəhəri Azay Kazımov küçəsi ilə X5 küçələrinin kəsişməsində yerləşən işıqforun yaşıl işığında dayanaraq sola, şəhər mərkəzi istiqamətinə manevr etmək üçün qarşıdan gələn avtomobilləri buraxmaq məqsədilə sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Vaz-21015” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə dayanan zaman onunla eyni hərəkət zolağında, onun arxası ilə düzünə hərəkətdə olan sürücü Şəxs ara məsafəsi saxlamaması səbəbindən idarə etdiyi “Vaz-21703” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin arxa hissəsindən vuraraq hadisə yerindən yayınmış, nəticədə Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobildə sərnişin qismində olan anası Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən sol baldır nahiyəsinin yumşaq toxumalarının əzilməsi xəsarəti almışdır. yol-nəqliyyat hadisəsi “Vaz-21703” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs ara məsafəsi saxlamadan manevr etmə qaydalarını pozması səbəbi ilə baş vermişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6 və 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Buna görə də, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Göygöl Rayon PŞ-nin YNH inspektoru, polis baş leytenantı Nümayəndə inbiati protokolu müdafiə edərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Göygöl şəhəri Azay Kazımov küçəsi ilə X5 küçələrinin kəsişməsində yerləşən işıqforun yaşıl işığında dayanaraq sola, şəhər mərkəzi istiqamətinə manevr etmək üçün qarşıdan gələn avtomobilləri buraxmaq məqsədilə sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Vaz-21015” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə dayanan zaman onunla eyni hərəkət zolağında, onun arxası ilə düzünə hərəkətdə olan sürücü Şəxs ara məsafəsi saxlamaması səbəbindən idarə etdiyi “Vaz-21703” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin arxa hissəsindən vuraraq hadisə yerindən yayınmış, nəticədə Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobildə sərnişin qismində olan anası Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən sol baldır nahiyəsinin yumşaq toxumalarının əzilməsi xəsarəti almışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Əlavə olaraq bildirdi ki, hadisə zamanı sürücülər sərxoş olmamışlar. Məhkəmədən barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o ara məsafəsini düzgün götürə bilmədiyi və tələsdiyi üçün baş vermişdir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Göygöl şəhəri Azay Kazımov küçəsi ilə X5 küçələrinin kəsişməsində yerləşən işıqforun yaşıl işığında dayanaraq sola, şəhər mərkəzi istiqamətinə manevr etmək üçün qarşıdan gələn avtomobilləri buraxmaq məqsədilə sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Vaz-21015” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə dayanan zaman onunla eyni hərəkət zolağında, onun arxası ilə düzünə hərəkətdə olmuş və ara məsafəsi saxlamaması səbəbindən idarə etdiyi “Vaz-21703” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin arxa hissəsindən vurmuşdur. Həmin vaxt idarə etdiyi avtomobildə xəstə olduğu üçün o hadisə yerindən yayınmışdır. Hazırda zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Əməlindən peşmandır. Odur ki, ona cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində o, özünə məxsus “VAZ-21015” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göygöl şəhəri Azay Kazımov küçəsində hərəkətdə olduğu zaman işıqforun yaşıl işığında dayanaraq qarşıdan gələn avtomobilləri ötürdükdən sonra sola, şəhər mərkəzi istiqamətində manevr etmək istəyən zaman ağ rəngli, “Priora” markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilin arxa hissəsindən vuraraq hadisə yerində dayanmadan sürüb getmişdir. Hadisə vaxtı avtomobilində anası Zərərçəkmiş şəxs2, arvadı X2 və azyaşlı oğlu Nihad İmanov olmuşdur. Hadisə zamanı o özü xəsarət almamış, anası Zərərçəkmiş şəxs2 yüngül xəsarət almışdır. Hazırda barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs tərəfindən ona və anası Zərərçəkmiş şəxs2 vurulmuş zərər tam olaraq ödənmiş, onların barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Odur ki, barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Göygöl şəhəri Azay Kazımov küçəsində yerləşən işıqforda yolda baş vermişdir. Yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolunun örtüyü asfalt örtükdən ibarət olmaqla hadisə baş verən anda quru vəziyyətdə olmuş, avtomobil yolunun asfalt örtüyünün səthi hamar olduğundan sürücülərin hərəkəti üçün heç bir maneə yoxdur. Avtomobil yolu iki tərəfli hərəkət yoludur. Hadisə baş vermiş yer yaşayış sahəsinə aiddir. Baxış zamanı müəyyən olunmuşdur ki, Göygöl şəhər mərkəzi istiqamətində hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Vaz-21015” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə işıqforun yaşıl işığında dayanaraq şəhər mərkəzi istiqamətində sola manevr etmək üçün qarşıdan gələn avtomobilləri ötürən zaman ağ rəngli, “Priora” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilin arxa hissəsindən vuraraq hadisə yerində dayanmadan sürüb çıxıb getmişdir. Yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolunun hərəkət hissəsinin eni 11 metrdir. Baxış zamanı avtomobillərin toqquşma nöqtəsi müəyyən olunmuş, toqquşma nöqtəsi Göygöl şəhəri Azay Kazımov küçəsi ilə X5 küçələrinin kəsişməsində, avtomobil yolunun mərkəzində yerləşir. Baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edə biləcək heç bir iz, əşya aşkar edilib götürülməmişdir. Baxış sutkanın qaranlıq vaxtı, sunii işıqlandırma şəraitində keçirilmiş, “Samsung” markalı rəqəmsal fotoaparatla şəkillər çəkilmiş, hadisə yerinin sxemi tərtib edilmişdir. İşdə olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Şəxs xx.xx.1996-cı ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, onlara dəymiş zərər tam ödənilib. Şəxs heç bir şikayətləri və tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş BD215926 seriyalı sürücülük vəsiqəsinin sürətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixdədək B1,B,C1,C,D1,D,C1E,CE kateqoriaylı nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilmişdir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2024-cü il tarixli 419 saylı rəyindən görünür ki, X2 bədəni üzərində xəsarət aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2024-cü il tarixli 420 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən aşkar xəsarət- sol baldır nahiyəsinin yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi)- bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmaması əsası ilə rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Şəxs Azərbaycan Respublikası İXM-in 327.1, 327.6 və 327.8-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Göygöl RPŞ-nin DYPB-nə göndərilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən maraqlı şəxslərə dəymiş maddi ziyanla bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsi, qəbul edilmiş qərarın surəti maraqlı şəxslərə göndərilməsi və onlara qəbul edilmiş qərardan narazı qaldıqları halda Göygöl royon prokurorluğuna, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququna malik olmalarının izah edilməsi, qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessul rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi və toplanmış material arxivdə saxlanılması üçün Göygöl RPŞnin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxslərin ərizələrini nəzərdən keçirdərək, protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, Şəxs törətdiyi əməli səmimi etiraf edib peşman olmasını, zərəçəkmiş şəxslərlə barışmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində inzibati cərimə növündə inzibаti tənbeh təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43, 115, 128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar