Məhkəmə qərarları › İş №3(066)-411/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-411/2025

15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-411/2025 15.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X6 iclas katibliyi, 10 saylı X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1971-ci ildə Gürcüstan Resublikası, Dmanisi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi sahibkar, Göygöl rayonu, Mollacəlilli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Göygöl Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Dövlət X7 yanında Suların İstifadəsinə və X5 Xidməti 10 saylı X1 daxil olmuş MN ******* nömrəli 02 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Göygöl rayonu, Azay Kazımov küçəsində yerləşən (avtovağzalın içərisi) marketdə formalaşan tullantı suların (əl-üz yuma məntəqəsində) Şəxs tərəfindən xx.xx.2025-ci il tarixədək marketdən çölə təyinatsız axıdılması aşkar olunmuşdur. İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 10 saylı X2 nümayəndəsi Nümayəndə məhkəmə iclasında protokolu müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməmişdir. İnzibati işin materiallarına əlavə edilmiş: 10 saylı X2 aparıcı məsləhətçi müfəttişi Nümayəndə tərəfindən tərtib edilmiş MN № ******* saylı protokolda göstərilmişdir ki, Şəxs 02 sentyabr 2025-ci il tarixədək Göygöl rayonu, Azay Kazımov küçəsində yerləşən marketdə formalaşan sular Şəxs tərəfindən çölə təyinatsız axıdılmışdır. İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 10 saylı X2 xx.xx.2025-ci il tarixli, 0006 saylı sərəncamları əsasında Şəxs məxsus Göygöl rayonu, Azay Kazımov küçəsində yerləşən marketdə formalaşan sular təyinatsız çölə axdılması aşkar olunmuş və bu barədə akt tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirib ki, Göygöl rayonu, Azay Kazımov küçəsində yerləşən marketin sahibkarıdır (VÖEN **********) . Marketin içində əl-üz yuma məntəqəsi düzəldib və orada formalaşan çirkab sular boru vasitəsi ilə marketdən çölə axıdılır, oradan isə Xanlar 2 kanalına tökülür. 10 saylı X2 əməkdaşlarının aşkarladığı faktı təsdiq etmiş, tezliklə məsələni aradan qaldıracağına söz vermişdir. Marketdə olan əl-üz yuma məntəqəsi təxminən 5-6 aydır ki quraşdırılıb və formalaşan tullantı suları boru vasitəsi ilə çölə axıdılıb. “Elektron Məhkəmə” İnformasiya sistemində yoxlama zamanı Azərbaycan Respublikası Vergilər Nazirliyi fiziki şəxsin sahibkarlıq uçotu haqqında məlumatdan görünür ki, Şəxs adına ********** saylı VÖEN qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini, əməlini etiraf etməsini nəzərə alaraq, onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimənin aşağı həddində inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar