Məhkəmə qərarları › İş №3(066)-412/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-412/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-412/2025 11.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi ilə, X3 məhkəmə iclas katibliyi ilə, şikayət vermiş şəxs X4 və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Göygöl Rayon Polis Şöbəsinin DYPB-nin polis baş leytenantı Nümayəndə iştirakları ilə, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göygöl Rayon Polis Şöbəsinin DYPB-nin polis baş leytenantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarla, X4 “TOYOTA COROLLA H” minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu Aşıqlı kəndi ərazisində xx.xx.2025-ci il tarixdə, saat 01:00-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X2 Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inizbati tənbeh vermə haqqında qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi və barəsində başlanılmış inzibati inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə inzibati məsiliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X7 şikayətini onunla əsaslandırmışdır ki, Göygöl Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Həmin qərarı əsassız hesab edir. Belə ki, idarə etdiyi avtomobillə sağa dönərkən arxadan vurulmuşdur. Bu hadisə zamanı onun heç bir günahı olmadığı halda barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. onun maşınını arxadan vuran maşının tormoz izi 40 metr olmuşdur. bu onu sübut edir ki, hadisə zamanı onun heç bir təqsiri olmamışdır. Ona görə də qərar əsassız olduğu üçün ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X7 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində dosdu X6 məxsus “TOYOTA COROLLA H” minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu Aşıqlı kəndi istiqamətindən Göygöl rayonu istiqamətində hərəkətdə olub sağa dönmək istəyərkən arxadan gələn avtomobil onun idarə etdiyi avtomobilin arxa yanından vurmuşdur. Yol narahat olduğundan o avtomobillə sağa dönmək üçün manevr qaydasını pozaraq əvvəl bir qədər sola çıxmış sonra isə sağa dönmüşdür. O dönən zaman dönmə işığını yandırmış və arxaya baxmışdır. Lakin, arxadan gələn avtomobili görməmişdir. Həmin avtomobilin sürəti yüksək olsada həmin sürücüyə cərimə yazılmamışdır. O digər sürücünündə inzibati məsuliyyətə cəlb edilməsini istəyir. Özünü yalnız manevr etmə qaydasının pozulması hissədə təqsirli bilir. Məhkəmədən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini və digər sürücünün inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Göygöl Rayon Polis Şöbəsinin DYPB-nin polis baş leytenantı Nümayəndə izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə X7 idarə etdiyi avtomobillə sağa dönmək istəyərkən aldadıcı manevr edib əvvəl sola qarşı hərəkət zolağına çıxmış sonra isə sağa dönmüşdür. Bu zaman arxadan gələn avtomobil onun idarə etdiyi avtomobilin arxa yan hissəsindən vurmuşdur. X11 öz hərəkət zolağında olarkən olmuşdur. X12 manevr etmə qaydasını pozması səbəbindən hadisə baş vermiş və Zahid özü də manevr etmə qaydasını pozmasına görə özünü təqsirli bilmişdir. Odur ki, X4 barəsində tərtib olunmuş inzibati xəta ilə bağlı protokol və qərar tam əsaslı və qanunidir. Göstərilənləri nəzərə alaraq verilmiş şikayət ərizəsinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, Zahid Həsənovun idarə etdiyi “TOYOTA COROLLA H” minik markalı, ** BO *** nömrəli avtomobillə manevr etmə qaydasını pozaraq əvvəl qarşı hərəkət zolağına çıxmış sonra isə öz hərəkət zolağından sağa dönərkən arxadan gələn “VAZ 21074” markalı, ** CO *** nömrəli avtomobillə toqquşmuşdur. İşdə olan X7 tərəfindən Göygöl Rayon Polis Şöbəsinə verilmiş izahatın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində Göygöl rayonu Aşıqlı kəndində dosdu X1 porblem yarandığı üçün məcburi halda onun avtomobilini özü idarə etmişdir. Kənanda həmin avtomobildə sərnişin kimi əyləşmişdir. Avtomobili idarə edərkən manevr etmə qaydasını pozduğu üçün VAZ 21074 markalı, **-CO-*** nömrəli avtomobilin yoluna çıxmış və hadisə baş vermişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. İşdə olan X8 tərəfindən Göygöl Rayon Polis Şöbəsinə verilmiş izahatın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində Göygöl rayonu Aşıqlı kəndində idarə etdiyi VAZ 21074 markalı, **-CO-*** nömrəli avtomobillə hərəkətdə olarkən qarşısında hərəkətdə olan “TOYOTA COROLLA H” minik markalı, ** BO *** nömrəli avtomobil qəfl sola dönüb sonra isə sağa manevr edərək onun yoluna çıxdığından hadisə baş vermişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2.-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 327.1–ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Qanunun 6-cı maddəsinin İİ-ci bəndinə əsasən yol hərəkəti sahəsində fiziki şəxslərin aşağıdakı vəzifələri vardır: 1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək; 2) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində iştirak etmək və bunun üçün keçirilən tədbirlərdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına köməklik göstərmək; 3) onlara məxsus olan nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması və istismarı üçün tədbirlər görmək; 4) yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı və ətraf mühitin nəqliyyatın zərərli təsirindən qorunması üçün tədbirləri həyata keçirmək; 5) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək. Yol hərəkəti haqqında Qanunun 36-cı maddəsinə əsasən: İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 4) yol örtüyünü zədələməməli və ya çirkləndirməməli, yol nişanlarını çıxarmamalı, qarşısını kəsməməli, zədələməməli, özbaşına yol nişanları, svetoforlar və hərəkətin təşkilinin digər texniki vasitələrini quraşdırmamalıdırlar; 5) hərəkətə maneçilik törədən əşyaları və ya materialları ataraq, boşaldaraq və ya yolda qoyaraq yol hərəkətini çətinləşdirməməli və ya onun təhlükəsizliyi üçün qorxu törətməməlidirlər (bu cür maneənin və ya təhlükənin yaranmasına yol verməmək mümkün olmadıqda, onların mümkün qədər tez aradan qaldırılması üçün lazımi tədbirlər görməli, bunu dərhal etmək mümkün olmadıqda isə, əl altında olan vasitələrlə digər hərəkət iştirakçılarının xəbərdar edilməsini və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təmin etməlidirlər); 6) yol hərəkəti qanunvericiliyinə riayət olunması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının sərəncamlarını yerinə yetirməlidirlər; 7) nəqliyyat, yol, kommunal və digər müəssisə və təşkilatların vəzifəli şəxsləri, yolda hər hansı bir iş aparan fəhlələr, eləcə də digər şəxslər müəyyən edilmiş yol hərəkəti qaydalarına təsir göstərə biləcək maneələr yaratmaqdan və başqa hərəkətlərdən çəkinməlidirlər. İİ. Yol hərəkəti qaydalarına riayət edən yol hərəkətinin hər bir iştirakçısı digər şəxslərdən həmin qaydaların tələblərini gözləməyi tələb edə bilər. İİİ. Yol hərəkəti iştirakçılarının: 1) təhlükəsiz və rahat yol hərəkəti şəraitinə malik olmaq, yolların, küçələrin, meydanların və dəmiryol keçidlərinin hərəkətin təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək; 2) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və yol sahibləri qüvvədə olan qanunvericiliyi pozduqda, onların hərəkətlərindən (hərəkətsizliklərindən) inzibati qaydada və məhkəməyə şikayət etmək; 3) hidrometeorologiya, yol, kommunal və başqa təşkilatlardan yol hərəkət şəraiti haqqında məlumat almaq hüquqları vardır. Yol hərəkəti haqqında Qanunun 37-cı maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri. İ. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü: 5) hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir; İİ. Bu maddə ilə müəyyən edilmiş sənədlər özündə olmayan nəqliyyat vasitəsinin sahibi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Həmin qanunun 42-ci maddəsi: İ. Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. İİ. Yana uzadılmış sol qol, yaxud yana uzadılaraq düzbucaq şəkildə dirsəkdən yuxarı bükülmüş sağ qol sola (geriyə) dönmə siqnalına uyğundur. Yana uzadılmış sağ qol, yaxud yana uzadılaraq düzbucaq şəklində dirsəkdən yuxarı bükülmüş sol qol sağa dönmə siqnalına uyğundur. Yuxarı qaldırılmış sol və ya sağ qol tormozlama siqnalına uyğundur. İİİ. Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir. İV. Sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara, velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməlidir. V. Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Vİ. Dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır. Vİİ. Elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Vİİİ. Nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın. İX. Yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. X. Nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Xİ. Tormozlama zolağı olduqda, hərəkət istiqamətini dəyişmək istəyən sürücü vaxtında həmin zolağa keçməli və yalnız burada sürəti azaltmalıdır. Yola giriş yerində sürətləndirmə zolağı olduqda, sürücü həmin zolaqla getməli və bu yolla gedən nəqliyyat vasitələrinə yol verərək qonşu zolağa keçməlidir. Məhkəmə şikayətin dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materialları, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində X7 idarə etdiyi “TOYOTA COROLLA H” minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu Aşıqlı kəndindən Göygöl rayonu istiqamətində hərəkətdə olarkən idarə etdiyi avtomobillə sağa dönmək üçün əvvəl avtomobili sola yəni qarşı hərəkət zolağına çıxarmış sonra isə hərəkət zolağının sağ çiyni hissəsinə dönmüş, bu zaman onunla eyni hərəkət zolağında arxası ilə hərəkətdə olan VAZ-21074 markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsündə çaşqınlıq yaratmaqla manevr etmə qaydasını pozmuş və nəticəsində “TOYOTA COROLLA H” minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qanadı və qapısı VAZ-21074 markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi əzilməklə avtomobillər toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Bununla da Zahid Həsənov Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində göstərilən inzibati xətanı törətmiş, xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarla 40 manat inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edilmiş və məhkəmə iclasında öz təsdiqini tapmışdır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetdiyindən məhkəmə hesab edir ki, X4 şikayəti əsassız olduğundan təmin edilməməli və Göygöl Rayon Polis Şöbəsinin DYPB-nin polis baş leytenantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair Göygöl Rayon Polis Şöbəsinin DYPB-nin polis baş leytenantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından barəsində qərar qəbul edilmiş şəxs X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar