Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-413/2024 23.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞnin DYPB-nin YPX inspektoru, polis baş serjantı Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Göygöl şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Göygöl RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Göygöl RPŞnin DYPB-nin YPX inspektoru, polis baş serjantı Nümayəndə göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs idarə etdiyi “Changan” markalı, **-MQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün tərəflərindən saxlanılmışdır. Yoxlama zamanı avtomobilə qanunla istifadəsi qadağan edilmiş çoxavazlı səs siqnalı quraşdırılması aşkar edilmişdir. Həmin vaxt sürücü Şəxs onlara siqnalın onun tərəfində quraşdırılmamasını, avtomobili alarkən üzərində olmasını, həmin siqnalın istifadəsinin qadağan olmasının bilmədiyini bildirmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilərək izahatında göstərdi ki, o özünü təqsirli bilir. Əməlindən səmimi peşmandır. Həmin avtomobili 2024-cü ilin may ayından almışdır. Avtomobili alarkən siqnal avtomobilin üzərində olmuşdur. Həmin siqnalın istifadəsinə qadağa olmasını bilməmişdir. Məhkəmədən onu barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib iş üzrə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan məlum olur ki, Göygöl Rayon Polis Şöbəsinin DYPB-nin baş serjantı, Nümayəndə, Göygöl Rayon Polis Şöbəsinin DYPB-nin baş serjantı Tural Hüseynovun və Göygöl Rayon Polis Şöbəsinin DYPB-nin baş serjantı Siyavuş Hüseynovun iştirakları ilə “Changan” markalı, **-MQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və qeyd edilən avtomobilin üzərinə quraşdırılmış 1(bir) ədəd xüsusi çoxavazlı səs siqnalı götürülmüşdür. Həmin akt polis əməkdaşları Nümayəndə, T.Hüseynov və S.Hüseynov tərəfindən imzalanmışdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar. Həmin maddənin İX hissəsinə əsasən bu Qanuna 1 saylı Əlavə ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitəsinin sahibləri nəqliyyat vasitəsinin texniki vəziyyətinə cavabdeh olan şəxslər və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yol hərəkəti haqqında Qanunun 1 saylı Əlavəsinin Vİİ bəndinin 8-ci hissəsində operativ və xüsusi xidmətlərə məxsus olmayan nəqliyyat vasitələrində dövlət standartlarında nəzərdə tutulmuş işartılı mayakcıqlardan, səs çaları növbə ilə dəyişən səs siqnallarından və rəng qrafikası sxemlərindən istifadə olunması nəqliyyat vasitəsinin nasazlığına aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, işdə olan Şəxs izahatından görünür ki, o inzibati xətanı törətməsini etiraf etmişdir. xx.xx.2024-cü il tarixli aktdan məlum olur ki, “Changan” markalı **-MQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən 1(bir) ədəd çoxavazlı səs siqnalı (4 ədəd nikel trubka və siqnal matoru) xx.xx.2024-cü il tarixdə Göygöl Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Şəxs əsas tənbeh kimi törətdiyi inzibati xətaya görə nəzərdə tutulmuş sanksiyanın aşağı həddində inzibati cərimə tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olmaq üçün kifayət hesab edir. Eyni zamanda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan maddənin sanksiyasında əlavə tənbeh kimi inzibati xətanın bilavasitə obyekti olmuş premdetin müsadirəsi nəzərdə tutulduğundan Şəxs məxsus olan və akta əsasən götürülmüş bir ədəd xüsusi çoxavazlı səs siqnalı dövlət nəfinə müsadirə olunmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs mülkiyyətində olan, inzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd xüsusi çoxavazlı səs siqnalı motoru ilə birlikdə dövlət nəfinə müsadirə olunsun. Qərarın icrası Göygöl Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-413/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-413/2024
23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver