Məhkəmə qərarları › İş №3(066)-416/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-416/2024

21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-416/2024 21.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz Mustafa oğlunun sədrliyi, Qurbanov Sənan Vüsal oğlunun katibliyi ilə, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs Göygöl rayonu Çaykənd kənd sakini, X7, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xitmətinin X3 nümayəndəsi X16 iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xitmətinin X3 10 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarından, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs Göygöl rayonu Çaykənd kənd sakini, X20 tərəfindən verilmiş şikayət üzrə inzibati matariala açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xitmətinin X3 10 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ilə X20 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X20 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xitmətinin X3 10 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən X20 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xitmətinin X3 10 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. O, hesab edir ki, həmin qərar qanunsuzdur. Belə ki, həmin qərarın qəbul edilməsinə əsas o, olmuşdur ki, X21, X17, X10, X6, X8, X11 Göygöl rayonu Toğana kəndində yerləşən “X38 İstirahət Mərkəzində” 10 oktyabr 2024-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ofisant işinin yerinə yetirilməsinə cəlb edilmələri qeyd edilmişdir. Ancaq 10 oktyabr 2024-cü il tarixədə Göygöl rayonu Toğana kəndində yerləşən “X38 İstirahət Mərkəzində” təmir işləri getdiyinə görə və havaların yağıntılı olması səbəbindən müştərilər istirahət mərkəzinə az-az gəlmişlər. O, 10 oktyabr 2024-cü il tarixədə yeni ofisantlar çağıraraq onları təcürbəli ofisantların yanında təcürbə keçmələrini bildirmişdir. Həmin gün isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xitmətinin X3 əmkdaşları onun barəsində 10 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında iş üzrə qərar qəbul etmişlər. Odur ki, barəsində qəbul edilmiş qərarın qərəzli olmasını bildirib şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xitmətinin X3 nümayəndəsi X28 məhkəmə iclasında göstərdi ki, Göygöl rayon prokuroru vəzivəsini icra edən kiçik ədliyyə müşaviri Nicat Şahverdiyevin “İnzibati xəta haqqında iş üzrə icaat başlanması haqqında” 23 sentyabr 2024-cü il tarixli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xitmətinin X4 daxil olduqdan sonra həmin qərara baxılması üçün 10 oktyabr 2024-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Həmin qərardan məlum olur ki, X21, X17, X10, X6, X8, X11 və X9 Göygöl rayonu Toğana kəndində yerləşən “X38 İstirahət Mərkəzində” Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ofisant işinin yerinə yetirilməsinə cəlb edilmişlər. Ona görə də Göygöl rayonu Toğana kəndində yerləşən “X38 İstirahət Mərkəzinin” vəzifəli şəxsi X20 və qərarda adı qeyd edilən şəxslər 10 oktyabr 2024-cü il tarixə saat 11:00-a Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xitmətinin X4 dəvət edilmişlər. X5 şöbəyə gəlməmişdir. Həmin şəxslərdən X22 şöbəyə gəlmiş və orada onun izahatı alınarkən isə o, izahatında bildirmişdir ki, 2024-cü ilin iyun ayından 2024-cü ilin avqust ayına kimi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ofisant işinin yerinə yetirilməsinə cəlb edilmişdir. Ona görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xitmətinin X3 10 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ilə X20 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Hesab həmin qərar qanunidir. Ona görə də şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsində əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan 10 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X20 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X20 22 iyun 1977-ci ildə anadan olmuşdur. Göygöl rayon prokuroru vəzivəsini icra edən kiçik ədliyyə müşaviri Nicat Şahverdiyevin “İnzibati xəta haqqında iş üzrə icaat başlanması haqqında” 23 sentyabr 2024-cü il tarixli qərarından məlum olur ki, X1 Ümid Çingiz oğlu, X25, X12, X23, X26 və X13 hər birini ayrı-ayrı vaxtlarda olmaqla 02 iyul 2024-cü il tarixdən etibarən Göygöl rayonu Toğana kəndində yerləşən “X38 İstirahət Mərkəzində” Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ofisant işinin yerinə yetirilməsinə cəlb etmişdir. İş materiallarına əlavə edilmiş bildirişlərdən və xəbərnamələrdən məlum olur ki, X21, X29, X25, X12, X23, X26, X20 və X2 rayon prokuroru vəzivəsini icra edən kiçik ədliyyə müşaviri Nicat Şahverdiyevin “İnzibati xəta haqqında iş üzrə icaat başlanması haqqında” 23 sentyabr 2024-cü il tarixli qərarına baxıması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xitmətinin X4 dəvət edilmişlər. İş materiallarına əlavə edilmiş X9 izahatından məlum olur ki, o, izahatında bildirmişdir ki, 2024-cü ilin iyun ayından 2024-cü ilin avqust ayına kimi Göygöl rayonu Toğana kəndində yerləşən “X38 İstirahət Mərkəzində” Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ofisant işinin yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2.-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmiş və öz təsdiqini tapmışdır. Həmçinin şikayətçi X20 ərizəsində qeyd etdiyi həmin inzibati xətanın baş verməməsini təsdiq edən subutu məhkəməyə təqdim etməmişdir. Bununla da məhkəmə şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xitmətinin X3 10 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ilə haqlı olaraq X20 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etmişdir. Beləliklə iş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetdiyindən məhkəmə hesab edir ki, X7 şikayəti əsassız olduğundan təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xitmətinin X3 10 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında iş üzrə qərarı əsaslıdır. Ancaq məhkəmə hesab edir ki, X20 əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş və humayəsində azyaşlı uşaq vardır. Ona görə də məhkəmə hesab edir ki, X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təyin edilmiş 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri ağır cəzadır. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xitmətinin X3 10 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı dəyişdirilməli 4000 (dörd min) manat məbləğində cərimə, 3000 (üç min) manat məbləğində cərimə ilə əvəz edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xitmətinin X3 10 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilsin. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xitmətinin X3 10 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarına əsasən ona təyin edilmiş 4000 (dörd min) manat məbləğində cərimə, 3000 (üç min) manat məbləğində cərimə ilə əvəz edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protesti verilə bilər. Sədrlik edən:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar