Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-418/2023 05.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, şikayətçi X1 və İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Göygöl rayon X8 yol polisi bölməsi yol patrul xidməti baş inspektoru X2 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Göygöl rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X6 məhkəməyə şikayət verərək Göygöl rayon X8 Yol Polisi Bölməsinin xx.xx.2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokolun və xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 11:20-də Göygöl rayonu, Xaqani kəndinin ərazisində idarə etdiyi “VAZ 21214 minik” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtobusun arxasından keçib öz yoluna qayıdarkən X12 əməkdaşları onu əsassız olaraq saxladaraq onlara hörmət etməsini tələb etmişlər. O isə heç bir yol hərəkət qaydasını pozmadığını, nəyə görə onlara hörmət etməli olduğunu bildirmişdir. Bundan qəzəblənən polis əməkdaşları onun barəsində protokol tərtib edəcəklərini bildirərək ondan protokola imza etməyi tələb etmişlər. Lakin o, inzibati xəta tötətmədiyi üçün heç bir sənədə imza etməmişdir. Onu onda təqsirləndirirlər ki, guya ki o, avtobusun arxasından keçərkən orta xətti keçmişdir. Halbuki həmin vaxt orada heç bir xətt, eləcə də "ötmə qadağandır" nişanı olmamışdır. Yalnız ölkə Prezidentinin bölgəyə səfəri ərəfəsidə həmin ərazidə asfalt rənglənmiş, asfaltın ortasından düz xətt çəkilmişdir ki, bu da onun barəsində protokol yazılandan sonra baş vermişdir. Barəsində 60 manat cərimə olunması ilə bağlı qərar çıxarılsa da həmin qərarın surəti ona göndərilməmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız olaraq çıxarılmışdır. Ona görə də Göygöl rayon X8 Yol Polisi Bölməsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Göygöl rayon Məhkməsinin 18 sentyabr 2023-cü il tarixli, 3(066)-418/2023 nömrəli qərarı ilə X6 tərəfindən verilmiş şikayətə baxılaraq (sədrlik edən Ə.Kərimov) şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan B.Məsimov tərəfindən verilmiş apellyasiya şikayətinə 23 oktyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsində baxılaraq apellyasiya şikayətinin qismən təmin edilməsi, Göygöl rayon Məhkəməsinin 3(066)-418/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında materialın yenidən baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında dindirilən şikayət vermiş şəxs X6 şikayətdə göstərilənlərlə eyni məzmunlu izahat verərək həmin vaxt heç bir qayda pozuntusu etməməsini, hazırda həmin ərazidə düz xətt olmasını və həmin düz xəttin sonradan çəkilməsini, sürücülük hüququna məhdudiyyət qoyulmaması üçün cəriməni ödəməsini bildirərək şikayətinin təmin edilməsini xahiş etdi. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Göygöl rayon X8 yol polisi bölməsi yol patrul xidməti baş inspektoru X7 məhkəmə iclasında inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı müdafiə edərək protokol və qərar qanuna uyğun olaraq tərtib edilmişdir. Belə ki, X6 xx.xx.2023-cü il tarixdə saat 11:20-də Göygöl rayonu, Xaqani kəndinin ərazisində idarə etdiyi “VAZ 21214 minik” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə düz xətti keçərək yol hərəkəti qaydalarını pozmuşdur. Həmin ərazidə düz xəttin olması barədə videogörüntü var. Odur ki, inzibati xəta haqqında protokolun və qərarın qanuna müvafiq qaydada tərtib edilməsini bildirərək şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, iş materiallarında olan Göygöl rayon X8 yol polisi bölməsi yol patrul xidməti baş inspektoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2023-cü il tarixə saat 11-21 radələrində idarə etdiyi “VAZ 21214 minik” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğu üçün barəsində 60 (altmış) manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. İşdə olan videogörüntüyə tərəflərin iştirakı ilə baxış keçirilən zaman həmin ərazidə düz xəttin olması məlum olmuşdur. X5 həmin ərazidə düz xəttin olmaması barədə məhkəməyə hər hansı bi sübut təqdim edilməsi təklif olunsada heç bir sübut təqdim edilməmişdir. İşdə olan Göygöl rayon Məhkəməsinin 3(066)-473/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati materiala baxılarkən TP ******* nömrəli qərar üzrə cərimə B.Məsimov tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə şikayətçi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi öz təstiqini tapmışdır. Bu səbəbdəndə X6 tərəfindən verilmiş şikayət təmin edilməməli Göygöl rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128- 130,135-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət rədd edilsin. X3 barəsində olan Göygöl rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45 A; Tel: (02220) 5-23-84, Faks: (02220) 5-23- 84 İş № 3(066)-418/2023 05 dekabr 2023-cü il Göygöl rayon Polis Şöbəsinin DYPŞ-nə X4 Göygöl rayonu Nadil kəndi Göygöl rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 3(066)-418/2023 nömrəli qərarın surəti məlumat üçün Sizə göndərilir. Qoşma : qərarın surəti « » vərəq. Hakim: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №3(066)-418/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-418/2023
05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver