Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-419/2024 31.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Hüseynov Nicat Mübariz oğlunun katibliyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Xanlar rayonu, Bayramlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Göygöl rayonu Bayramlı kəndundə qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 327.1, 329.3, 332.3, 334.2-ci, 339.1-1 və 342.5-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 329.3, 332.3, 334.2-ci, 339.1-1 və 342.5-ci maddələri ilə inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Göygöl rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs ğlu 31 oktyabr 2024-cü il tarixdə saat 00:38 radələrində idarət etdiyi «VAZ 21061 Minik» markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.3, 332.3, 334.2-ci, 339.1-1 və 342.5ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə baxış iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 327.1, 329.3, 332.3, 334.2-ci, 339.1-1 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bildi və göstərdi ki, o, 31 oktyabr 2024-cü il tarixdə saat 00:38 radələrində idarət etdiyi «VAZ 21061 Minik» markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili Göygöl şəhəri A.Hacıyev küçəsində idarə edərkən həmin vaxtı sərxoş olmuşdur. Hal-hazırda əməlindən peşman olmuşdur. Məhkəmə baxış iclasında iştirak edən şahid X1 məhkəmə iclasında göstərdi ki, o, Göygöl rayon Polis Şöbəsinin DYB-də işləyir. 31 oktyabr 2024-cü il tarixdə saat 00:38 radələrində Göygöl şəhərində xitməti vəzifələrini yerinə yetirərkən Göygöl şəhəri A.Hacıyev küçəsində Şəxs idarət etdiyi «VAZ 21061 Minik» markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışlar. Həmin vaxtı məlum olmuşdur ki, Şəxs avtomobili sərxoş vəziyyətdə idarə edir. İnzibati materiala əlavə edilmiş videogörüntülərdən məlum olur ki, Şəxs xx.xx.2024cü il tarixdə saat 21:00 radələrində idarət etdiyi «Qaz 31029 Minik» markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. İnzibati materiala əlavə edilmiş Test rejimli alkokolun miqdarın müəyyən edilməsi barədə olan məlum olur ki, 31 oktyabr 2024-cü il tarixdə saat 00:38 radələrində Şəxs alkokolun miqdarı 4,177 promil olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.1, 329.3, 332.3, 334.2-ci, 339.1-1 və 342.5-ci maddəsinin tərkibi vardır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 329.3, 332.3, 334.2-ci, 339.1-1 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1, 329.3, 332.3, 334.2-ci, 339.1- 1 və 342.5-ci maddələrinə əsasən inzibati protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 332.3-ci maddəsinə əsasən bu Məcəllənin 332.2ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə- üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görəbeş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsinə əsasən bu Məcəllənin 334.1ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsində göstərilir ki, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.3, 332.3, 334.2-ci, 339.1-1 və 342.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, daha ağır inzibati tənbeh nəzərdə tutulan Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsinə əsasən beş gün inzibati həbs edilməli, inzibati tənbehin məqsədlərinə çatmaq baxımından onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106-119, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.3, 332.3, 334.2-ci, 339.1-1 və 342.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, o, Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsinə əsasən 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 31 oktyabr 2024-cü il tarixdə, saat 12:50-dən hesablansın. Qərarın icrası Göygöl Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Mübariz Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-253/2024 11 iyul 2024-cü il Göygöl Rayon Polis Şöbəsinin rəisi cənab Şəmşir Kazımova Ünvan:Göygöl şəhəri A.Hacıyev küçəsi 93 Göygöl Rayon Məhkəməsinin 3(066)-253/2024 nömrəli, 11 iyul 2024-cü il tarixli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərarın surəti «2» vərəq. Hakim Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №3(066)-419/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-419/2024
31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver