Məhkəmə qərarları › İş №3(066)-42/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-42/2023

16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-42/2023 16.02.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1995-ci il tarixdə Daşkəsən rayonunda doğulmuş, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, Daşkəsən rayonu, Zağalı ərazi dairəsi, Xoşbulaq kəndində yaşayan Şəxs (AA 3052548) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Göygöl rayon polis şöbəsindən daxil olmuş İXP № ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ 21093 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisində Daşkəsən rayonu istiqamətində hərəkətdə olarkən eyni hərəkət istiqamətində yolun sağ ehtiyyat hissəsində dayanmış vəziyyətdə olan sürücü Şəxs idarə etdiyi VAZ 21214 markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə geriyə, yəni Gəncə şəhəri istiqamətinə manevr etmək üçün manevr qaydalarını pozaraq hərəkətə başlamış, bu zaman Zərərçəkmiş şəxs2 hərəkət yoluna çıxmış və sonuncu baş verə biləcək yol nəqliyyat hadisəsinin qarşısını almaq üçün hərəkət istiqamətində qarşı hərəkət zolağına çıxsa da hadisənin qarşısını ala bilməmiş və Şəxs idarə etdiyi avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs öz ehtiyatsızlığından manevr qaydalarına əməl etməməsi nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobildə sərnişin qismində olmuş Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti almışdır. Bununla da Şəxs İXM-nin 327.8ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də protokolu tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə məhkəmə iclasına gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Göygöl RPŞ-nin TB-nin baş təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işininin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ 21093 markalı, **- BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisində Daşkəsən rayonu istiqamətində hərəkətdə olarkən eyni hərəkət istiqamətində yolun sağ ehtiyyat hissəsində dayanmış vəziyyətdə olan sürücü Şəxs idarə etdiyi VAZ 21214 markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə geriyə, yəni Gəncə şəhəri istiqamətinə manevr etmək üçün manevr qaydalarını pozaraq hərəkətə başlamış, bu zaman Zərərçəkmiş şəxs2 hərəkət yoluna çıxmış və sonuncu baş verə biləcək yol nəqliyyat hadisəsinin qarşısını almaq üçün hərəkət istiqamətində qarşı hərəkət zolağına çıxsa da hadisənin qarşısını ala bilməmiş və Şəxs idarə etdiyi avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs öz ehtiyatsızlığından manevr qaydalarına əməl etməməsi nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobildə sərnişin qismində olmuş Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti almışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlnması rədd edilmiş və onun barəsində İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş tənbeh tədbirinin seçilməsi üçün qəbul edilmiş qərarın surəti Göygöl RPŞ-nin DYPB-yə göndərilmişdir. İş materiallarında olan “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən” inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP № ******* nömrəli protokolun surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:00-da radələrində idarə etdiyi Vaz 21214 minik markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP № ******* nömrəli protokolla sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 109, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati tənbeh növündə cərimə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər. Hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar