Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-420/2025 22.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X9 iclas katibliyi, 10 saylı X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası vətəndaşı X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Göygöl Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Dövlət X13 yanında Suların İstifadəsinə və X7 Xidməti 10 saylı X1 daxil olmuş MN ******* nömrəli 09 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X10 09 sentyabr 2025-ci il tarixədək Göygöl şəhəri, Heydər Əliyev prospekti 116-da yerləşən Stomatoloji kabinetdə su təchizatı şəbəkəsinə diametri 20 mm olan plastik boru vasitəsi ilə qanunsuz qoşulmuşdur. 10 saylı X2 nümayəndəsi X12 məhkəmə iclasında protokolu müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə, xəbərnaməli poçt göndərilməsinə və qəbul etməsinə baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə AR İXM-nin 61.3-cü maddəsinə əsasən işə barəsində protokol tərtib edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati işin materiallarına əlavə edilmiş: 10 saylı X2 aparıcı məsləhətçi müfəttişi Nümayəndə tərəfindən tərtib edilmiş MN № ******* saylı protokolda göstərilmişdir ki, X10 09 sentyabr 2025-ci il tarixədək Göygöl şəhəri, Heydər Əliyev prospekti 116-da yerləşən Stomatoloji kabinetdə su təchizatı şəbəkəsinə diametri 20 mm olan plastik boru vasitəsi ilə qanunsuz qoşulmuşdur. Bununla da İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 10 saylı X2 xx.xx.2025-ci il tarixli, 0006 saylı sərəncamları əsasında X4 məxsus Göygöl şəhəri, Heydər Əliyev prospekti 116da yerləşən Stomatoloji kabinetdə içməli su təchizatı şəbəkəsinə diametri 20 mm olan plastik boru vasitəsi ilə qanunsuz qoşulma halı aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X10 izahatında bildirib ki, Heydər Əliyev prospekti 116 ünvanında yerləşən qeyri-yaşayış obyektində diş həkimi fəaliyyəti ilə məşğuldur. Obyektin suyu rayonun içməli su şəbəkəsində əlil uşaqlar üçün nəzərədə tutulmuş uşaq bağçasından götürülür. Götürülən suyun sayğacı yoxdur. Sudan 15 gündür ki, istifadə edir. “Elektron Məhkəmə” İnformasiya sistemində yoxlama zamanı Azərbaycan Respublikası Vergilər Nazirliyi fiziki şəxsin sahibkarlıq uçotu haqqında məlumatdan görünür ki, X3 adına ********** nömrəli VÖEN qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət X13 X15 Xidməti Publik Hüquqi Şəxs Göygöl Rayon X8 İstismarı İdarəsinin 09 sentyabr 2025-ci il tarixli, 3-53-2-25/2-344-2025 nömrəli məktubunda qeyd edilir ki, X3 diametri 20 mm olan plastik boru vasitəsilə su xəttinə qanunsuz qoşulma nəticəsində dəymiş zərər, “X11” 4 nömrəli əlavəsində kommersiya yönümlü təşkilatlar üzrə saatı gün ərzində 5 saat olmaqla ümumilikdə 1 ay ərzindəki su sərfiyyatı 171 kub metr göstərilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Göygöl şəhəri Heydər Əliyev prospekti 116 ünvanında yerləşən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli 0,0056 ha torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə əsasən, su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə-fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən Bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini, vəzifəli şəxs olmasını nəzərə alaraq, onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimənin aşağı həddində inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan, onun alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(066)-420/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-420/2025
22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver