Məhkəmə qərarları › İş №3(066)-426/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-426/2023

11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-426/2023 11.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X4 iştirаkı ilə xx.xx.1995-ci ildə Xanlar rayonu, Çaykənd kəndində doğulmuş, orta təhsilli, subay, işləməyən, Göygöl rayonu, Çaykənd kəndində yaşayan Şəxs (AA 2422380) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Göygöl rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci mаddəsi ilə inzibаti xətа haqqında Göygöl rayon İcra və probasiya şöbəsində (bundan sonra Göygöl RİPŞ) 11 sentyabr 2023-cü il tarixdə MN № ******* saylı inzibati xəta haqqında prоtоkоl protokol tərtib edilmişdir ona görə ki, o, icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini üzürlü səbəbdən icra etməmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş orqanın nümayəndəsi, Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 çıxış edərək göstərdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-7446/2017 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 136.60 manat məbləğində aliment tutularaq X5 xeyrinə ödənilməlidir. Həmçinin Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)- 978/2021 saylı icra sənədinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs X5 xeyrinə tutulan alimentin miqdarının xx.xx.2021-ci il tarixdən başlayaraq 150 manatadək artırılması qət edilmişdir. İcra sənədləri qanuni qüvvəsini aldığından icra edilməsi üçün Göygöl RİPŞ-yə göndərilmiş və Göygöl rayon İcra və probasiya şöbəsinin ica məmuru Samir Məmmədov tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7446/2017 saylı, xx.xx.2017-ci il tarixli və xx.xx.2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinin 2(066)-978/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərinə əsasən Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri yerinə yetirmək üçün 10 gün vaxt verilməsi barədə bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixli qərarla icra sənədləri bir icraatda birləşdirilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməmiş və icra sənədləri üzrə 3000 manatı tələbkarın xeyirinə ödəməkdən yayınmışdır. Borclu xx.xx.2023-cü-cü il tarixdə Göygöl RİPŞ-yə çağırılmış və barəsində MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək qanuni tədbir görülməsi üçün rayon məhkəməsinə gətirilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək bildirdi ki, o, hər iki icra sənədi üzrə borcunun tam şəkildə ödəmişdir və tələbkara heç bir borcu qalmamışdır. Odur ki, qeyd etdiklərini nəzərə alaraq işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X1 Vüsal İlqar oğlu ilə eyni məzmunlu izahat verərək Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, İXM-nin 528.1-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-7446/2017 saylı icra sənədinin surətindən görünür ki, Şəxs xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 136.60 manat məbləğində aliment tutularaq X5 xeyrinə ödənilməlidir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-978/2021 saylı icra sənədinin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs X5 xeyrinə tutulan alimentin miqdarının xx.xx.2021-ci il tarixdən başlayaraq 150 manatadək artırılması qət edilmişdir. Göygöl RİPŞ-nin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7446/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs barəsində icraat başlanmışdır. xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7446/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindən irəli gələn öhdəlikləri, yəni icra sənədi üzrə yaranmış borcunu könüllü icra etməsi üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. Göygöl RİPŞ-nin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-978/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs barəsində icraat başlanmışdır. xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki Göygöl Rayon Məhkəməsinin 2(066)-978/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən irəli gələn öhdəlikləri, yəni icra sənədi üzrə yaranmış borcunu könüllü icra etməsi üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokolda göstərilmişdir ki, borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-7446/2017 saylı və Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-978/2021 saylı icra sənədləri üzrə icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədlərini üzürlü səbəbdən icra etməmişdir. Hal-hazırda onun hər iki icra sənədi üzrə 3000 manat aliment borcu yaranmışdır. Təqdim olunmuş ödəniş kartdan çıxarışlardan görünür ki, borclu Şəxs tərəfindən 2023-cü ilin müxtəlif vaxtlarında tələbkar X5 xeyrinə cəmi 3006 manat pul ödənilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-7446/2017 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 136.60 manat məbləğində aliment tutularaq X5 xeyrinə ödənilməlidir. Həmçinin Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-978/2021 saylı icra sənədinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs X5 xeyrinə tutulan alimentin miqdarının xx.xx.2021-ci il tarixdən başlayaraq 150 manatadək artırılması qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi və Göygöl Rayon Məhkəməsi tərəfindən verilmiş həmin icra sənədləri üzrə icraat başlanılmış, borcluya icra sənədlərinin könüllü icrası üçün 10 gün vaxt verilməsi barədə bildiriş göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələbkara olan aliment borcunu artıqlaması ilə ödədiyini və hazırda onun tələbkara heç bir borcu olmadığını bildirmişdir. Bundan başqa iş materiallarından və icra məmurunun izahatından müəyyən olunur ki, borclu tələbkarın bank hesabına 3006 manat ödəniş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmək olmur. İXM-nin 528.1-ci maddəsinə əsasən, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, borclunun icranı qərəzli gecikdirməsindən, xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsindən və əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasından söhbət gedə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun2 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. X14 Hüquqları Məhkəməsi “Kərimov və qeyriləri Azərbaycana qarşı” işdə bildirmişdir ki, borclunun maddi öhdəliklərini yerinə yetirə bilməməsini əsaslandırmaq üçün göstərdiyi səbəblər cinayət məsuliyyətinə cəlb edilməsindən imtina üçün əsas ola bildiyinə görə, cinayət əməlinin törədilməsi faktının müəyyən edilməsi üçün həlledici əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında borcluların maddi vəziyyətinin və onların vəzifələrinin icra etməmələrində qərəzliliyin müəyyən olunmasına fərdi yanaşmanın vacibliyi vurğulanmışdır. Borclunun həqiqətən maddi imkanı olduğu halda, üzərinə qoyulmuş vəzifəyə zidd olaraq borcu ödəməkdən boyun qaçırdığını sübut etmək vəzifəsi cinayət mühakimə icraatında müvafiq ittihamı irəli sürmüş tərəf üzərinə düşür. Belə olan halda aydındır ki, 27 dekabr 2001-ci il tarixli Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş şərtə bilavasitə aid olduğuna görə, ərizəçilərin yerli məhkəmələrdə qaldırdığı, xüsusilə də onların öz öhdəliklərini maddi imkansızlıqdan icra edə bilməməsi barədə dəlillərinin mahiyyəti üzrə araşdırılıb həqiqətə uyğun olubolmadığının müəyyən edilməsini tələb edirdi. Bununla bağlı Avropa Məhkəməsi xatırlatmışdır ki, icra etməmə maddi imkansızlıqla bağlı olduğu halda, “heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” müddəasını nəzərdə tutulan Konvensiyanın 4-cü Protokolun 1-ci maddəsinə uyğun məsələ ortaya çıxa bilər. Yerli məhkəmələr tərəfindən icra etməmənin səbəbinin araşdırılmaması o cəhətdən də ziddiyyətli görünür ki, qərarlarda mürəkkəb maliyyə vəziyyətinə istinad edilsə belə, borcun məhz maliyyə çətinlikləri ilə üzləşməsindən ödənilmədiyi ehtimalı nəzərdən keçirilməmişdir. Avropa Məhkəməsi həmçinin nəzərə almışdır ki, işlərə mahiyyəti üzrə baxan məhkəmələr, məhkəmə qərarlarının icrası ilə bağlı məsuliyyətə cəlb edilməsi məsələsinə baxarkən işin faktiki, o cümlədən əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsi hallarının hərtərəfli araşdırmasının təmin edilməsi barədə Konstitusiya Məhkəməsi Plenumunun göstərişinə əməl etməmişlər. Nəticədə Avropa Məhkəməsi hesab etmişdir ki, qərəzliliyin müəyyən edilməsi ilə bağlı dəlil əhəmiyyətli xarakterli olaraq məhkəmə baxışının nəticələri üçün həlledici rol daşımış, müvafiq olaraq yerli məhkəmələrin həmin dəlillə bağlı əsaslandırılmış qərarın verməməsi isə Konvensiyanın 6-cı maddəsinin pozuntusunu təşkil etmişdir (bax, Kərimov və Qeyriləri Azərbaycana qarşı, №№ 24219/16 və s., §§ 31-34, 22 iyul 2021). İXM-nin 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; İXM-nin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə, yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-23-84 Ünvan: Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A Elektron poçtu:mailto:goygolcourt@gmail.comElektron ünvan İş № 3(066)-426/2023 «11» sentyabr 2023-cü il Göygöl rayon İcra və probasiya şöbəsinə Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A Şəxs ünvan: Göygöl rayonu, Çaykənd kəndi X8 ünvan: Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 188, mən. 103 Göygöl Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 3(066)-426/2023 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar