Məhkəmə qərarları › İş №3(066)-429/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-429/2024

11.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-429/2024 11.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞnin İTB-nin sahə rəisi, polis kapitanı X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Göygöl rayonu, Üçtəpə kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510cu maddələri ilə Göygöl RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə xırda xuliqanlı etmiş və psixotrop maddələr qəbul etmişdir. Məhkəmə iclası zamanı Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X6 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolu müdafiə edərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Üçtəpə kəndində yaşayan X5 DİN-nin “102” xidmətinə zəng edərək və Göygöl rayon polis şöbəsinə ərizə ilə müraciət edərək nəvəsi Şəxs onunla münaqişə edərək onu öldürməklə hədələməsini bildirmişdir. Qeyd olunan məsələ ilə bağlı Göygöl RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılmış və Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra qərar əsasında Şəxs barəsində onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə protokol tərtib edilmişdir. O, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə axşam vaxtı evdə həyat yoldaşı ilə arasında mübahisə olmuşdur. Bundan sonra həyat yoldaşı anasına zəng edib çağırmış və anası gələrək həyat yoldaşını aparmışdır. Onlar arasında olan mübahisə qısqanclıq zəmnində yaranmışdır. Belə ki onun həyat yoldaşı onun evdən kənarda dostu tanışı ilə oturmasına qarşı çıxır və qısqanclıq edir. Onun nənəsi və xalası həyat yoldaşının arxası ilə danışmaq üçün getmişlər, lakin 3-4 saat keçsə də qayıtmamışlar. Bundan sonra xx.xx.2024-cü il tarixdə təxminən saat 16-17 radələrində o yoldaşının nənəsigilə gedərək əsəbləşdiyindən darvazaya bir iki təpik vurmuşdur. Həmin vaxt onun nənəsi yaşlı olduğu üçün orada özündən getmiş, bu vaxt nənəsinin telefonundan istifadə edərək kimsə DİN-in 102 xidmətinə zəng vurmuş və şikayət etmişdir. O evə qayıdanda PPX avtomobili onu avtomobilə qoyaraq Göygöl RPŞ-nə gətirmişlər, həmin vaxt orada polisə kimsə zəng vuraraq onun narkotik vasitədəndə istifadə etməsini bildirmişlər, bundan sonra o yoxlamaya aparılmış və həqiqətəndə narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. Əlavə olaraq bildirdi ki, o adətən narkotik vasitə olan marixuanadan istifadə edir. Lakin hadisədən bir gün əvvəl, xx.xx.2024-cü il tarixdə metanfetamindən və marixuanadan istifadə etmişdir. O, narkotiki haradan alması barədə polisə məlumat vermişdir. Marixuananı 20 manata almış, metanfetamini isə yoxlamaq üçün ona pay vermişlər. Marixuananı 2 siqaretlik almış, ondan birini itirmiş digərini isə çəkmişdir. Təxminən 1 il-6 aydır ki marixuanadan istifadə edir. Onun evdə balaca seyfi vardır və həmin seyfdə yoldaşına məxsus qızılların olduğu seyf vardır və həmin seyfin açarları həyat yoldaşındadır. Həmin seyf yoldaşı nənəsigilə getdikdən sonra atasını razılığı ilə açılmış və seyfə baxanda qızılların yerində olmadığı görülmüşdür. Bundan sonra onun nənəsi xalası ilə birlikdə həyatyoldaşıgilə getmişlər və əliboş qayıtmışlar. Bundan sonra o onları təkrar həyatyoldaşı gilə göndərmiş lakin onlardan xəbər çıxmadığı üçün o əsəbləşərək darvazaya bir iki təpik vurmuş və əlindəki dam örtüyünün kiçik parçası ilə darvazanı döymüşdür. Hazırda əməlindən çox peşimandır. Məhkəmdən ona cərimə növündə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göygöl RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Şahid ifadəsində bildirdi ki, o xx.xx.2024-cü il tarixdə əməliyyat qurupunun tərkibində olmuş, hadisə yerində olduqları vaxt onlara DİN-nin 102 xidmətinə öldürməklə hədələmə ilə bağlı məlumat daxil olması bildirilmişdir. Onlar həmin yerə gedənədək təkrar DİN-nin 102 xidmətinə müraciət edilmişdir. Bundan sonra onun tərəfindən X2 zəng vurulmuş, həmin vaxt ətrafdan səslər gəlmiş və telefonda onları ödürmələri tez gəlmələrini bildimişlər. Onlar hadisə yerinə getdikləri zamanı Şəxs xalası təlaşlı və qorxmuş vəziyyətdə olmuşdur. Onlar həmin vaxt Şəxs xalası və nənəsi ilə danışmışdır. Söhbət zamanı onlara məlum olmuşdur ki, Şəxs 3 aydır ki evli olmuş və yoldaşı ilə aralarında yaranmış problem zamanı yoldaşı küsüb getmiş və qızıllarını da aparmışdır. Şəxs narkotik vasitədən istifadə etdiyi üçün əvvələ öz qızıllarını satmış bu səbəbdən onun yoldaşı da gedəndə öz qızıllarını aparmışdır. Əvvələ xx.xx.2024-cü il tarixdə Şəxs sakit şəkildə yoldaşının arxası ilə getmiş, sabahsı gün isə nənəsi və xalasını qızıllara görə göndərmişdir. Lakin onlar Şəxs qızılları satmaması üçün vermək istəməmişlər, bundan sonra Şəxs əsəbləşərək getmiş darvazaya təpik vurmuş və əlindəki dam örtüyünün parçası ilə darvazanı döymüşdür. Həmin vaxt onun xalası çıxmış və Şəxs qolundan tutaraq evə qaytarmışdır. Şəxs polis şöbəsinə gətirilmiş və izahatı alınan vaxt narkotik vasitədən istifadə etməsini etiraf etmişdir. Polis şöbəsində olarkən şəxs özünü qeyri səmimi aparmış və etdiyi əməldən peşman olmamasını təkrar narkotik vasitə istifadə edəcəyini və çıxdıqdan sonra qohumlarının başına oyun açacağını bildirmişdir. Hətda o MSY-də saxlanılarkən özünü asmağa cəhd etmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü iul tarixdə, saat 17:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 4004/2024 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs narkotik vasitə olan marixuana və psixotrop maddə olan metanfetamin qəbul edib. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Göygöl rayonu Üçtəpə kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 cu və 206-cı -ci maddələri ilə inzibati icraat başlanması, qəbul edilmiş qərarın surəti maraqlı şəxslərə göndərilməsi və onlara qərardan narazı olduqları halda Göygöl rayon prokuroruna və ya məhkəməyə müraciət etmək hüququna malik olmalarının izah edilməsi, qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessul rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi və toplanmış material arxivdə saxlanılması üçün Göygöl RPŞnin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və şahidin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 206-cı maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddələrin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməlidir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206cı maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici ifadəsi, şahidin ifadəsi və Göygöl RPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs narkotik vasitə olan marixuana qəbul etmiş və xx.xx.2024-cü il tarixdə xırda xuliqanlıq etmişdir. Bununla da İXM-nin 510 və 206-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- cərimə və ya inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 510 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə həbs seçilməli, həbsdə saxlama müddətinin əvvəli onun tutulduğu və hüquqlarının məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 17:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyası çərçivəsində 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli tutulduğu və hüquqlarının məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 17:10-dan hesablansın. Həbsdə saxlanma ilə bağlı qərarın icrası Göygöl Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar