Məhkəmə qərarları › İş №3(066)-43/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-43/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-43/2024 05.02.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iclas katibliyi ilə, X3 Goranboy rayon Yol patrul xidməti inspektoru tərəfindən barəsində tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP № ******* saylı protokoldan verdiyi şikayətə baxaraq MÜƏYYƏN ETDİ: Göygöl Rayon Məhkəməsinə X3 barəsində olan inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP № ******* saylı protokoldan verdiyi şikayət daxil olmuşdur. Şikayətini belə əsaslandırmışdır ki, Goranboy rayon Yol patrul xidməti inspektoru tərəfindən barəsində tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən X3 xx.xx.2024-cü il tarixdə saat 17:42-də Goranboy rayonu, Rəhimli kəndində “Ford Tranzit yük” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onu təmiz saxlamamasına görə İXM-nin 342.1.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmşdir. Halbuki o, heç bir inzibati xəta törətməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 17:42-də Goranboy rayonu, Rəhimli kəndində “Ford tranzit yük” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən idarə etdiyi avtomobil DYP inspektoru tərəfindən saxlanılmış və ona ötmə əməliyyatını səhv yerinə yetirdiyi bildirilmiş, o isə həmin halda heç bir ötmə əmliyyatı etmədiyini bildirmişdir. Bu zaman DYP inspektoru avtomobilin dövlət qeydiyyat nişanının çirkli olduğunu ona irad tutmuşdur. Bunun hava şəraiti ilə bağlı olduğunu və dövlət qeydiyyat nişanlarının oxunacaq vəziyyətdə olduğunu bildirməsinə baxmayaraq ona xəbərdarlıq etmədən barəsində İXM-nin 342.1.7-ci maddəsi ilə inibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP № ******* saylı protokol tərtib olunmuşdur. Hadisə vaxtı çəkdiyi fotoşəkillərdən də məlum olur ki, o, İXM-nin 342.1.7-ci maddəsinin tələblərini pozmamışdır. Ona görə də hesab edir ki, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsassız olduğu üçün ləğv edilməli və iş üzrə inzibati icraata inzibati xəta hadisəsi olmadığı üçün xitam verilməlidir. Məhkəmə verilən şikayətə baxmağa hazırlıqla bağlı müəyyən etmişdir ki, X3 barəsində Goranboy rayon Yol patrul xidməti inspektoru tərəfindən xx.xx.2024-cü il tarixli, İXP № ******* saylı protokol tərtib edilmişdir və həmin protokol əsasında qərar çıxarılmış, həmin qərarla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.7-ci maddəsinə əsasən 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir:inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokoldan verilən şikayəti icraata götürərək baxmaq hazırda mümkün deyildir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokoldan verilən şikayəti icraata götürərək baxmaq hazırda mümkün deyildir. Mübahisələndirilən qərarın təqdim edilməməsi, inzibati xətaya dair işə baxılmasının nəticəsində hansı qərarın qəbul edilməsinin məlum olmaması, qanuniliyinin yoxlanılmasının mümkün olmaması inzibati xəta haqqında iş üzrə şikayətin icraata götürülməsini rədd edən hallardır. Odur ki, X3 özünün barəsində olan inzibati xəta haqqında protokoldan verdiyi şikayət icraata qəbul edilə bilməz. X1 izah edilməlidir ki, göstərilən nöqsanları aradan qaldıraraq qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət edə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 Goranboy rayon Yol patrul xidməti inspektoru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 30 yanvar 2024-cü il tarixli, İXP ******* saylı protokoldan verdiyi şikayət icraata qəbul edilməsin. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _________________________________________________ ___________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-43/2024 «05» fevral 2024-cü il X4 ünvan: ünvan 1024-cü il tarixli, 2(066)-43/2024 nömrəli qərardadının surəti və digər sənədlər Sizə göndərilir. Qoşma: qərardadın surəti və digər sənədlər, cəmi: “ “ vərəqə. Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar