Məhkəmə qərarları › İş №3(066)-430/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-430/2025

26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-430/2025 26.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Hüseynzadə Leyla Vəliyyəddin qızı, X1 inzibati xəta haqqında qərardan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyən etdim: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində olan EQ 27841631 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar əsasında hesablanmış 360 manat məbləğdə dəbbə pulunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(002)- 1391/2025 nömrəli qərarından görünür ki, X1 şikayəti təmin edilməmiş, AR DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27841631 nömrəli inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(002)-1391/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, şikayət onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, hazırki halda mübahisələndirilən dəbbə pulunun hesablanmasına əsas olan inzibati tənbeh vermə haqqında qərar məhkəmə qaydasında mübahisələndirilmiş, qərarın qanuniliyi, əsaslılığı yoxlanmış, inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanmışdır. Mövcud qanunvericilikdə inzibati tənbeh vermə haqqından qərardan əlavə qaydada dəbbə pulundan şikayət nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 125.8. İnzibati xəta haqqında iş üzrə qərar elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun hesablanması) tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz. 127-1.7. Bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş nəqliyyat vasitəsini idarə edən şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin nəzarət məntəqəsində saxlanılması üçün haqqı həmin yerdə bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödəyə bilər. Bu halda saxlanılmış nəqliyyat vasitəsi onu idarə edən şəxsə bu Məcəllənin 127-1.6-cı maddəsində qeyd olunan hallar istisna olmaqla dərhal qaytarılır. 122.2. İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir.

126. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 128.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 130.1. Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Hazırki halda X2 barəsində EQ 27841631 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar tam formada məhkəmə qaydasında mübahisələndirilmiş, qərarın əsaslılığı və qanuniliyi yoxlanmışdır. Yenidən qərar əsasında hesablanan dəbbə pulunun mübahisələndirilməsində yol verilmir. Şərh edilənlərə əsasən hesab edirəm ki, X1 inzibati tənbeh vermə haqqında qərarla əsassız hesablanmış dəbbə pulunun silinməsi barədə şikayətinə məhkəmədə baxılması mümkün olmadığı üçün geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 106-111, 128-ci maddələrini rəhbər tutaraq məhkəmə,

q ə r a r a a l d ı:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar