Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-431/2024 12.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bayramlı Farid Abil oğlunun katibliyi, Zərərçəkmiş şəxs, protokol tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı Elşən Eminbəyli və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Xanlar (Göygöl) rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Göygöl rayonu Zurnabad kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Göygöl rayon Polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Göygöl Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 19 sentyabr 2024-cü il tarixdə, saat 15:00 radələrində yaşadıqları Göygöl rayonu Zurnabad kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi ailə mübasibətləri zəminində münaqişə baş vermiş və münaqişə zamanı Şəxs əlləri ilə arvadı Zərərçəkmiş şəxs zərbələr endirərək ona alt dodağının səthi yarası və sol bazu nahiyəsinin qancırı xəsarətləri ilə müşayiət edilən dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə onu qəsdən döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş sağlamlıq əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 12 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan şəxs Şəxs vermiş olduğu izahatında göstərdi ki, Göygöl rayonu Zurnabad kəndində yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. 19 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs dayısı Zərərçəkmiş şəxsgilin həyətində olan qoz ağacının məhsulunu yığmağı xahiş etmişdir. O, həmin qoz ağacının məhsulunu yığmış və o əmək haqqını tələb etmişdir. Buna görə də onunla və Zərərçəkmiş şəxs arasında mübahisə baş vermişdir. O, əsəbləşib, yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir neçə dəfə vurmuşdur. Hal-hazırda əməlindən peşman olmuşdur. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs vermiş olduğu izahatında göstərdi ki, Göygöl rayonu Zurnabad kəndində yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. 19 sentyabr 2024cü il tarixdə Şəxs dayısının xahişi ilə onlara məxsus olan həyətdə qoz ağacının məhsulunu yığmış və həmin məhsulun yarısını ona verməyi xahiş etmişdir. O, isə onunla belə şərt kəsmçədiyini bildirmiş və aralarında mübahisə baş vermişdir. Həmin vaxtı Şəxs yumruqla onun sifət nahiyəsindən bir neçə dəfə vurmuşdur. Şəxs ilə barmamışdır və onun cəzalanmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid X1 vermiş olduğu izahatında göstərdi ki, Şəxs onun qardaşıdır. Şəxs 19 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs dayısının xahişi ilə onları həyətində olan qoz ağacının məhsulunu yığmış, ancaq Zərərçəkmiş şəxs qardaşının zəhmət haqqını verməmidir. Onların dalaşmalarını isə görməmişdir. İş materiallarında olan “MTE və PA” birliyinin Göygöl rayon şöbəsindən təqdim edilmiş 20 sentyabr 2024-cü il tarixli 1289 nömrəli rəydə göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədən səthində alt dodağının səthi yarası və sol bazu nahiyəsinin qancırı bərk küt əşyanın təsirindən törənməyə xarakterikdirlər müayinə olunannın dediyi vaxtda və şəraitdə əmələ gəlməyə uyğundurlar. Sağlamlığın pozulmasına səbəb olamdığından dərəcələri təyin olunmur. İşdə olan inzibati qaydada tutma haqqında 12 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 12 noyabr 2024-cü il tarixdə, saat 12:20-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, onun zərəçəkmiş şəxslə barışmağa cəhd etməməsini, 12 noyabr 2024-cü il tarixdə, saat 12:20-dan inzibati qaydada tutulmasını nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 12 noyabr 2024-cü il tarixdə, saat 12:20-dan hesablansın. Qərarın icrası Göygöl rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(066)-431/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-431/2024
12.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver