Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-431/2025 06.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Göygöl rayonu, Xanlar qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Göygöl Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2025-ci il tarixdə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə izahatında protokolu müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirmişdir ki, hər ay borcundan 100 manat ödəniş edir, qalan borcunu da ödəyəcəyini bildirdi. Alimentin indeksasiya edilməsindən xəbəri olmadığını bildirib. İş materiallarında olan: Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə Oqtay oğlu tərəfindən qəbul edilmiş 22 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Göygöl rayon Məhkəməsinin 2(066)-2547/17 nömrəli ,xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs 1 uşağın saxlanması üçün 100 manat alınıb Zərərçəkmiş şəxs verilməsi, Göygöl rayon Məhkəməsinin 8(066)-9/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən 0.86 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Şəxs öhdəliyini icra etməmiş, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu günkü tarixə onun 1708 manat aliment borcu var. Göygöl rayon Məhkəməsinin 2(066)-2547/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarı hər ay 100 (yüz) manatadək artırılması qərara alınmışdır. Göygöl rayon Məhkəməsinin 8(066)-9/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən xx.xx.2008-ci il təvəllüdlü X1 üçün Göygöl rayon Məhkəməsinin 2(066)-2547/17 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.86 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. 08 yanvar 2018-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən Göygöl rayon Məhkəməsinin 2(066)-2547/17 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Tələbin könüllü icrası haqqında bildirişə əsasən Şəxs Göygöl rayon Məhkəməsinin 2(066)-2547/17 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbin dərhal icra edilməli olduğu bildirilmişdir. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən Göygöl rayon Məhkəməsinin 8(066)-9/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişə əsasən Göygöl rayon Məhkəməsinin 8(066)-9/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. Borclu Şəxs Göygöl rayon İcra və Probasiya şöbəsində verdiyi yazılı izahatında qeyd olunur ki, Göygöl rayonu, Xanlar qəsəbəsində yaşayır. Göygöl rayon Məhkəməsi tərəfindən verilmiş 8(066)-9/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən ondan 1 uşağa görə hər ay əmək haqqının 0.86 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Bildirmək istəyir ki, hər ay 100 manat ödəniş edir. Köhnə borcu yoxdur. İndeksasiya ilə bağlı xəbəri olmayıb. Alimentin azaldılması ilə bağlı iddia verib. xx.xx.2025ci il tarixdə məhkəmə prossesi olacaq. Nəzərə alınmasını xahiş edir. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İşin hallarından məlum olur ki, Göygöl rayon Məhkəməsinin 2(066)-2547/17 nömrəli xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs 1 uşağın saxlanması üçün 100 manat alınıb Zərərçəkmiş şəxs verilməsi, Göygöl rayon Məhkəməsinin 8(066)-9/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadına əsasən 0.86 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Bundan sonra Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 22 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib etmiş və əlavə sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Maddənin tövsifinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki halda barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin hərəkətlərində məhkəmə qətnaməsinin icrasına qarşı hər hansı qərəzli hərəkət olmamış, icra qismən və periodik olaraq davam etmiş, ödənişlərin etməməsinin kökündə əsaslı və üzrlü səbəb dayanmışdır. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(066)-431/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-431/2025
06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver