Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-433/2024 14.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi və Qurbanov Sənan Vüsal oğlunun katibliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş yetkinlik yaşına çatmayan Şəxs onun qanuni nümayəndəsi, atası X1 iştirakı ilə, xx xxxxx 2008-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonun, Seyidlər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1,511.1.3,327.1,332.2-ci maddələri ilə Göygöl rayon Polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Göygöl Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 13 noyabr 2024-cü il tarixdə Göygöl rayonun, inzibati ərazisində, idarə etdiyi «Mersedes E240» markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürücülük hüququ olmadan, yol nişanlarının tələblərinə əməl etməyərək ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1,327.1,332.2-ci 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş qanunpozuntusu ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1,327.1,332.2-ci 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs qanuni nümayəndəsi-atası X2 vermiş olduğu izahatında göstərdi ki, 13 noyabr 2024-cü il tarixdə, oğlu Şəxs idarə etdiyi «Mersedes E240» markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göygöl rayonunun inzibati ərazisində, sürücülük hüququ olmadan, yol nişanlarının tələblərinə əməl etməyərək ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Hazırda oğlu etdiyi əməldən peşmanlıq hissi keçirir. Bir daha avtoxuliqanlıq hərəkətləri etməyəcəkdir. Məhkəmə iclası zamanı Göygöl rayon polis şöbəsin YPB-nin inspektoru, X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Göygöl YPX əməkdaşları tərəfindən Şəxs Göygöl rayonun ərazisində 13 noyabr 2024-cü il tarixdə, Şəxs idarə etdiyi «Mersedes E240» markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göygöl rayonunun inzibati ərazisində, sürücülük hüququ olmadan, yol nişanlarının tələblərinə əməl etməyərək ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsi müəyyən olunmuşdur. Bunun əsasında müvafiq protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərimişdir. Məhkəmə iclasında ifadə verən şahidlər, X3 və X4 oxşar məzmunlu ifadə verərək Şəxs idarə etdiyi «Mersedes E240» markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göygöl rayonunun inzibati ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozmasının şahidi olduqlarını bildirdilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları,şahid ifadələri, videogörüntü ilə tam sübuta yetirilmişdir. İnzibati materiala əlavə edilmiş videogörüntülərdən də bu hal təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 327.1-ci maddəsinin tələbinə görə Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat cərimə edilir. 332.1-ci maddəsində isə qeyd edilir ki, Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə- qırx manat məbləğində cərimə edilir. 332.2-ci maddəsində göstərilir ki, Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan olduğu müəyyən olunur. Şəxsin vəziyyətini ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsində imperativ qayda da göstərilir ki, eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb məhkəmə ona istinad edilən maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi xətaya münasibətdə, yəni Azərbaycan Respubllikası İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilərək, nəzərdə tutulmuş 500 manat inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Göygöl rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(066)-433/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-433/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver