Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-435/2024 15.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qurbanov Ruslan Məhərrəm oğlunun katibliyi və Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxx 1979-cu ildə Göygöl rayonu, Əzgilli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Göygöl rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Göygöl Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(076)-2827/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 12398 manat maddi ziyanın əvəzi, 1000 manat vəkilə ödənilən xidmət haqqının və 17,25 manat məbləğində notariat xərcinin əvəzi olmaqla, cəmi 13.415 (on üç min dörd yüz on beş) manat, 25 (iyirmi beş) qəpik və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 140 manat müştərək qaydada tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Borclu Şəxs hal-hazıra kimi 13.415 (on üç min dörd yüz on beş) manat, 25 (iyirmi beş) qəpik pulu tələbkar Zərərçəkmiş şəxs ödəməmişdir. Şəxs Şəmkir Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(076)-2827/2023 saylı qətnaməsinə və icra vərəqəsini icra etməkdən boyun qaçırtmasına görə Göygöl Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 3(066)-284/2024 saylı qərarı ilə 500 (beş yüz) manat inzibati qaydada cərimə edilməsinə baxmayaraq qeyd edilən icra vərəqəsini icra etməkdən qərəzli surətdə boyun qaçırtmışdır. Buna görə də Göygöl rayon İcra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında 15 noyabr 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, Göygöl şəhəri, Hummel küçəsi, ev 33 ünvanında qeydiyyatda olmaqla, yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2827/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 13.415 (on üç min dörd yüz on beş) manat, 25 (iyirmi beş) qəpik pul alınıb tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Hal-hazırda yaranmış olan borclarını birdəfəyə imkanı olmadığı üçün ödəyə bilməz. Himayəsində 6 nəfər azyaşlı uşaq vardır. Vaxt verilərsə hissə-hissə borclarını ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2827/2023 saylı icra sənədi şöbənin icraatına daxil olduqdan sonra borclu Şəxs tələbin könüllü icrası barədə icraata başlamaq haqqında bildiriş və rəsmi xəbərdarlıqlar göndərilmişdir. Borclu Şəxs Göygöl Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 3(066)-284/2024 saylı qərarı ilə 500 (beş yüz) manat inzibati qaydada cərimə edilməsinə baxmayaraq Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2827/2023 saylı icra sənədi üzrə 13.415 (on üç min dörd yüz on beş) manat, 25 (iyirmi beş) qəpik pulu ödəməkdən imtina etmişdir. İş materallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 15.12. 2023-cü il tarixli, 2(066)-2827/2023 saylı icra sənədindən məlum olur ki, borclu Şəxs 13.415 (on üç min dörd yüz on beş) manat, 25 (iyirmi beş) qəpik pul alınıb tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İş materillarında olan Göygöl rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 3(066)-284/2024 saylı qərarından məlum olur ki, Bağırov X5 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2827/2023 saylı qətnaməsini icra etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat inzibati qaydada cərimə inzibati tənbeh edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 15 noyabr 2024-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Göygöl rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №3(066)-435/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-435/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver