Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-437/2023 15.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əmiralıyev Hicran Telman oğlunun, İnzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 iştirakları ilə, xx xxxx 1991-ci ildə Kəlbəcər rayonunun Dalqılınclı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmamış, Kəlbəcər rayonu Dalqılınclı kəndində qeydiyyatda olan və Göygöl rayonu Üçtəpə kəndində yaşayan Əmiralıyev Hicran Telman oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 15 sentyabr 2023-cü il tarixdə Göygöl rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Əmiralıyev Hicran Telman oğlu 15 sentyabr 2023-cü il tarixdə Göygöl rayonu ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Göygöl Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X6 izahatında inzibati protokolu müdafiə edərək göstərmişdir ki, Əmiralıyev Hicran Telman oğlu 15 sentyabr 2023-cü il tarixdə, saat 08 radələrində Göygöl şəhərində yerləşən “Azpetrol” yanacaq doldurma məntəsinin yaxınlığında idarə etdiyi “KİA CEED” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avtomobilin qeydiyyat nişanının çirkli olmasına görə DYPB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı Hicran Əmiralıyevin sürücülük vəsiqəsinin olmaması və avtomobil idarə etmək üçün etibarnaməsinin olmaması məlum olmuşdur. Həmin vaxt H.Əmiralıyevə avtomobilin cərimə meydançasına yerləşdirilməsi izah edilmişdir. Bu zaman H.Əmiralıyev yüksək səslə polis əməkdaşları ilə mübahisə edərək ünvansız nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etmələrinə baxmayaraq onların qanuni tələblərinə əməl etməmişdir. DYPB-nin əməkdaşları PPXB-nin əməkdaşlarını köməyə çağıraraq H.Əmiralıyevi rayon polis şöbəsinə gətirmişlər. Bu səbəbdən onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək Hicran Əmiralıyevin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əmiralıyev Hicran Telman oğlu özünü təqsirli bilməyərək bildirmişdir ki, 15 sentyabr 2023cü il tarixdə saat 8 radələrində sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi avtomobil Göygöl şəhərində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt o polis əməkdaşlarına qarşı heç bir pozuntu etməmişdir. Polis əməkdaşları ona şər-böhtan atırlar. Polis əməkdaşları onu şöbəyə dəvət edərkən o etiraz etməmişdir. Müharibə iştirakçısıdır, və himayəsində iki azyaşlı övladı var. Məhkəmə iclasında şahid qismində dindirilən Göygöl rayon Polis Şöbəsinin DYPBnin baş inspektoru, polis baş leytenantı X7 bildirmişdir ki, 15 sentyabr 2023-cü il tarixdə, saat 08 radələrində DYPB-nin inspektoru, polis baş serjantı X8 ilə birlikdə xidmətdə olarkən Göygöl şəhərində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında adı sonradan onlara məlum olan Əmiralıyev Hicran Telman oğlunun idarə etdiyi “KİA CEED” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat nişanının çirkli olmasını görüb onu saxlamışlar. Yoxlama zamanı avtomobili idarə edən Hicran Əmiralıyevin sürücülük vəsiqəsinin və avtomobili idarə etmək üçün etibarnaməsinin olmaması məlum olmuşdur. Sürücüyə avtomobilin cərimə meydançasına yerləşdiriləcəyi tərəflərindən izah edilərkən sürücü H.Əmiralıyev yüksək səslə ünvansız nalayiq ifadələr işlədərək onlarla mübahisə etmişdir. Onlar H.Əmiralıyevi nizam-intizama dəvət etmələrinə baxmayaraq qanuni tələblərinə qəsdən tabe olmayaraq həmin yerdən uzaqlaşmaq istəmişdir. Onlar PPXB-nin əməkdaşlarını çağıraraq onların köməkliyi ilə H.Əmiralıyevi rayon polis şöbəsinə gətirərək barəsində tədbir görülməsi üçün raport yazmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Göygöl rayon Polis Şöbəsinin DYPBnin inspektoru, polis baş serjantı X8 məhkəmə iclasında eyni məzmunlu izahat verərək şahid X4 ifadəsini təstiqlədi. Məhkəmə iclasında şahid qismində dindirilən Göygöl rayon Polis Şöbəsinin PPXBnin manqa komandiri vəzifəsində işləyən X10 bildirmişdir ki, 15 sentyabr 2023-cü il tarixdə polis nəfəri X2 ilə birlikdə xidmətdə olarkən saat 08 radələrində DYPB-nin əməkdaşları onları köməyə çağırmışlar. Həmin yerə gedərkən adı sonradan onlara məlum olan Əmiralıyev Hicran Telman oğlunun polis əməkdaşları ilə mübahisə etməsini, yüksək səslə nalayiq ifadələr işlətməsini görmüşlər. Onlar H.Əmiralıyevi nizam-intizama dəvət etmələrinə baxmayaraq onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. H.Əmiralıyevi rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən PPXB-nin polis nəfəri X2 məhkəmə iclasında eyni məzmunlu izahat verərərk şahid X5 ifadəsini təstiqlədi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Əmiralıyev Hicran Telman oğlu Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Göygöl Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla və digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Əmiralıyev Hicran Telman oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə baxışı zamanı Əmiralıyev Hicran Telman oğlunun inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə Göygöl Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş protokola, barəsində inzibati xəta haqqında iş uzrə icraat aparılan şəxsin ilkin və məhkəmə iclasında verdiyi izahatlarına əsasən Əmiralıyev Hicran Telman oğlunun inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində, yəni inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İşdə olan 15 sentyabr 2023-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əmiralıyev Hicran Telman oğlu 15 sentyabr 2023-cü il tarixdə, saat 09:05-də inzibati qaydada tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48, 48-51, 61, 73, 106-114, 128-130, 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Əmiralıyev Hicran Telman oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, onun barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiq edilsin. Həbsetmənin əvvəli 15 sentyabr 2023-cü il tarixdən saat 09-05-dən hesablansın. Qərardan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №3(066)-437/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-437/2023
15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver