Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-437/2024 03.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qurbanov Sənan Vüsal oğlunun katibliyi, ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 719 saylı postunun, 6-cı X9 Xitmətinin inspektoru X5 tərəfindən tərtib edilmiş 23 avqust 2024-cü il tarixli, İXP ******* saylı xəta haqqında protokolının ləğv edilməsi barədə şikayətə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə Müəyyən etdi: Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X4 məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 719 saylı postunun, 6-cı X9 Xitmətinin inspektoru X5 ə tərəfindən tərtib edilmiş 23 avqust 2024-cü il tarixli, İXP ******* saylı xəta haqqında protokolnın ləğv edilməsini xahiş etmişdir. Onun şikayətindən məlum olur ki, X4 həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 600 (altı yüz) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsində əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. ünvan 1 sakini X4 şikayətini onunla əsaslandırmışdır ki, o, 23 avqust 2024-cü il tarixdə idarə etdiyi Kamaz 5511 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bakı şəhərindən mişar daşı gətirərkən Bakı şəhəri Qaradağ rayonu ərazində yol polisi əməkdaşları onu saxlamışlar onun idarə etdiyi Kamaz 5511 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yükünün artıq olması səbəbi ilə onun barəsində 23 avqust 2024-cü il tarixli, İXP ******* saylı xəta haqqında protokol tərtib edilmişdir. Hesab edir ki, 23 avqust 2024-cü il tarixli, İXP ******* saylı xəta haqqında protokol qanunsuzdur onun idarə etdiyi Kamaz 5511 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə artıq yük olmamışdır. Ona görə də qeyd edilən protokolun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 məhkəmə iclasında şikayət ərizəsinə uyğun izahat verdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin surətindən məlum olur ki, X4 xx.xx.1973-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 719 saylı postunun, 6-cı X9 Xitmətinin inspektoru X5 tərəfindən tərtib edilmiş 23 avqust 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolından məlum olur ki, X1 Əsgər Cabbbar oğlu həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 600 (altı yüz) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə-səksən manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə iclasında aydın oldu ki, X4 23 avqust 2024-cü il tarixdə idarə etdiyi Kamaz 5511 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bakı şəhərindən mişar daşı gətirərkən Bakı şəhəri Qaradağ rayonu ərazində yol polisi əməkdaşları onu saxlamışlar onun idarə etdiyi Kamaz 5511 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yükünün artıq olması səbəbi ilə onun barəsində 23 avqust 2024-cü il tarixli, İXP ******* saylı xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, şikayət əsassız olmasına görə təmin edilməməlidir. Belə ki, X4 şikayət ərizəsində qeyd edilən halları təsdiq edən subutları məhkəməyə təqdim etmədi. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati tənbehvermə haqqında qərardan məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Orada inzibati xəta haqqında protokolından şikayət verilməsi nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə qərara aldı : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 719 saylı postunun, 6-cı X9 Xidmətinin inspektoru X5 tərəfindən tərtib edilmiş 23 avqust 2024-cü il tarixli, İXP ******* saylı xəta haqqında protokolundan verdiyi şikayət təmin edilməsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(066)-437/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-437/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver