Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-439/2025 26.12.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl Rayon Polis Şöbəsinin polis baş leytenantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X6 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl Rayon Polis Şöbəsinin polis baş leytenantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixində saat 13:30 radələrində etibarnamə ilə istifadəsində olan ** ND *** dövlət nömrə nişanlı QAZ 31105 120 markalı minik nəqliyyat vasitəsi ilə Daşkəsən rayonu istiqamətindən Gəncə şəhər istiqamətinə hərəkətdə olarkən, Hunday markalı ** EN *** dövlət nömrə nişanlı nəqliyyat vəsitəsində sükan arxasında əyləşmiş və Orxan kimi tanıdığı şəxs tərəfindən onun idarə etdiyi nəqliyyat vasitəsi onunla eyni xətdə hərəkətdə olan nəqliyyat vasitəsi ilə vurularaq, nəqliyyat vasitəsinə ciddi zərər yetirilmişdir. Hadisənin təfərrüatları belə olmuşdur ki, o, hərəkət zamanı manevr etdikdən sonra sol tərəfə dönüş işıqlarını yandıraraq yola çəkilmiş bütöv xəttin qırıq-qırıq olan hissəsindən yəni dönüşə icazə verilən hissəsindən Göygöl rayonunun Yeni Qızılca kəndinə dönüş edərkən, Hunday markalı ** EN *** dövlət nömrə nişanlı nəqliyyat vəsiləsini idarə edən şəxs həm surət həddini gözləmədən, həm də bütöv xətti kobudcasına ayaqlayaraq (bütöv xətt nəqliyyat vasitəsinin düz ortasında qalmışdı) ötüb keçmə əməliyyatı yerinə yetirərkən qəza törədərək onun idarə etdiyi nəqliyyat vasitəsini zədələmişdir. Hadisənin araşdırılması ilə məşğul olan Göygöl rayon Polis şöbəsinin Polis Baş leytenantı Nümayəndə hadisənin törədilməsində onu təqsirli bilərək, barəsində tərtib edilmiş İXP ******* nömrəli Protokol əsasında barəsində söz açdığı TP ******* saylı X10, X3 Təmin Edilməsi və Avtomobil yollarından İstifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xatalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu İXM-nin 327.1-ci maddəsinə uyğun şəkildə 40 manat həcmində cərimələmişdir. O, bu qərarla razı olmadığından barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TR ******* saylı “X10”, “X3 Təmin edilməsi və Avtomobil yollarından İstifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsinə dair Daşkəsən Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib. Məhkəmə hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi ilə İş № 3(030)-196/2025 saylı xx.xx.2025-ci il tarixli Qərarı ilə xx.xx.2025-ci il tarixli TR ******* saylı “X10”, “X3 Təmin edilməsi və Avtomobil yollarından İstifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” Qərarı ləğv edilmiş və işin yenidən baxılması üçün Göygöl rayon DYPŞ-nə göndərilməsi qənaətinə gəlmişdir. Beləliklə Göygöl rayon DYPŞ-nin Polis Baş leytenantı cənab Nümayəndə heç bir araşdırma həyata keçirmədən əvvəlki qərarın tarix və nömrəsini dəyişərək yenidən barəsində TP ******* saylı xx.xx.2025-ci il tarixli “X10”, “X3 Təmin edilməsi və Avtomobil yollarından İstifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında" qərar qəbul etmişdir. O, belə bir qərarla razı deyil və hesab edir ki, Polis orqanının Polis zabiti olan şəxs, məsuliyyətlilik və həmçinin hər cürə subyektiv yanaşmalardan uzaqda dayanan Azərbaycan insanını Azərbaycan Dövlətindən (dövlət idarəetməsindən) razı salan davranışları ilə başqalarına müsbət nümunələr təqdim etməlidir. Lakin, əvvəlki şikayət ərizəsində göstərdiyi kimi, həmçinin, indiki şikayət ərizəsinə səbəb olan təfərrüatlardan da göründüyü kimi, cənab Polis Baş leytenantı Nümayəndə, işdə lüzumsuz yenilməzlik və təkəbbürlülük nümayiş etdirərək dərhal heç bir hüquqi əsası olmayan inzibati tənbeh vermə haqqında Qərarı təzələmişdir. Bu isə vəzifə səlahiyyətlərinə xas olmayan xüsusiyyət olmaqla paralel olaraq şəxsən onu və təfərrüatlarla məlumatlı olan onlarla Azərbaycan vətəndaşlarını polisin qərəzli və subyektivizmə söykənən davranışlarından narazı salmışdır. Odur ki, barəsində qəbul edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında yeni QƏRAR Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və MPM-nin 14-cü maddəsinə uyğun olaraq ləğv edilməlidir. Tərəflərə işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini, inzibati xəta haqqında qərarı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, təqsirlilik məsələsini müzakirə etmədən hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, işdə olan Göygöl Rayon Məhkəməsinin 3(066)-439/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair Göygöl Rayon Polis Şöbəsinin polis baş leytenantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından barəsində qərar qəbul edilmiş şəxs X6 tərəfindən verilmiş şikayətə hakim Leyla Hüseynzadənin sədrliyi ilə baxılaraq şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan X1 Rayon Məhkəməsinin 3(066)-439/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(104)-640/2025 nömrəli qərarı ilə X6 tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(066)-439/2025 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən araşdırılması üçün Göygöl Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İşə əlavə edilmiş X4 izahatında göstərilmişdir ki, xx.xx.2025-ci il tarixində saat 13:30 radələrində idarə etdiyi **-ND-*** dövlət nömrə nişanlı QAZ 31105 120 markalı minik nəqliyyat vasitəsi ilə Daşkəsən rayonu istiqamətindən Gəncə şəhər istiqamətinə hərəkətdə olarkən sola dönmə işığını yandırıb qarşıdan gələn avtomobili buraxıb sola yarıya kimi dönmüşdür ki, arxadan gələn Hunday markalı **-EN-*** dövlət nömrə nişanlı avtomobil ötmə əməliyyatı edərək qarşı hərəkət zolağına çıxıb onun avtomobilinin sol yan hissəsindən vurmuşdur. İşdə olan X5 izahatında göstərilmişdir ki, xx.xx.2025-ci il tarixində saat 13:30 radələrində Göygöl rayonu Yeni Qızılca kəndində idarə etdiyi Hunday markalı ** EN *** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olduğu zaman qarşıda hərəkət edən “QAZ 31105 120” minik markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil sağa manevr edərək sürəti azaldaraq onun yanından keçmək istədiyi vaxt qəfil sola dönərək maşınının sağ hissəsindən vurmuşdur. Göründüyü kimi Hunday markalı **-EN-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü izahatında onunla eyni istiqamətdə qarşıda hərəkət edən “QAZ 31105 120” minik markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağa manevr etməsini, sonra isə qəflətən sola dönməsini və avtomobilinin sağ hissəsindən vurduğunu göstərmişdir. “QAZ 31105 120” minik markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü isə sola dönmə işığını yandırıb qarşıdan gələn avtomobili buraxıb sola yarıya kimi döndüyünü arxadan gələn Hunday markalı ** EN *** dövlət nömrə nişanlı avtomobil ötmə əməliyyatı edərək qarşı hərəkət zolağına çıxıb onun avtomobilinin sol yan hissəsindən vurduğunu göstərmişdir. İş materialına əlavə edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərara əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxemindən məlum olur ki, avtomobillərin toqquşma nöqtəsi “QAZ 31105 120” minik markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönərək hərəkət edib qarşı yola çıxdıqdan sonra əks istiqamətdən avtomobillərin hərəkət etdiyi yoldadır. Məhkəmə hesab edir ki, inzibati protokolu tərtib etmiş orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlarla əlaqədar hər hansı araşdırma aparılmamış, avtomobillərin toqquşma nöqtəsi “QAZ 31105 120” minik markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönərək hərəkət edib qarşı yola çıxdıqdan sonra əks istiqamətdən avtomobillərin hərəkət etdiyi yolda olmasını, nəyə görə Hunday markalı **-EN-*** dövlət nömrə nişanlı avtomobilin öz hərəkət zolağından qarşıdakı hərəkət zolağına çıxmasını aydınlaşdırmamışdır. Ona görə də məhkəmə hesab edir ki, göstərilən məsələlər inzibati orqan tərəfindən araşdırılmalı və bunun üçün inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxsə (orqana) göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.2-ci maddəsinə əsasən, Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. İXM-in 76.1-cı maddəsinin tələblərindən aydın olur ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, yeni araşdırma işin həqiqi halları tam, hərtərəfli araşdırmalı, ərizədə göstərilən xüsusatlarla bağlı və elektron inzibati tənbeh vermə haqqında qərar və ona əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxemi, avtomobillərin toqquşma yerinin nəyə görə qarşı hərəkət zolağında baş verməsi və Hunday markalı ** EN *** dövlət nömrə nişanlı avtomobilin nə üçün əks yola çıxması araşdırılmalı, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin təqsirinin olub-olmaması dəqiq müəyyən edilməli, onlara hüquqi qiymət verilməli və bundan sonra hüquqi nəticəyə gəlinməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl Rayon Polis Şöbəsinin polis baş leytenantı Nümayəndə tərəfindən araşdırılma aparmadan qərar çıxarıldığından X7 tərəfindən verilmiş şikayət təmin edilməli və onun barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl Rayon Polis Şöbəsinin polis baş leytenantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Göygöl Rayon Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 tərəfindən verilmiş şikayət təmin edilsin. X6 barəsində Göygöl Rayon Polis Şöbəsinin polis baş leytenantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İş araşdırılması üçün Göygöl Rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-439/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-439/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver