Məhkəmə qərarları › İş №3(066)-440/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-440/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-440/2024 04.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qurbanov Sənan Vüsal oğlunun katibliyi, barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X1 və Göygöl Rayon Polisi şöbəsinin DYB-nin əməkdaşı polis baş leytenantı X3 iştirakı ilə barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl Rayon Polisi şöbəsinin DYB-nin əməkdaşı polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş 18 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl Rayon Polisi şöbəsinin DYB-nin əməkdaşı polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş 18 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Göygöl rayon Aşıqlı kənd sakini X2 13 noyabr 2024-cü il tarixdə saat 07:14-də Göygöl rayon Aşıqlı kəndindəki yolda mal-qaranı nəzarətsiz qoymuşdur. Buna görə də onun nbarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 338.5.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 338.5.1ci maddəsi ilə təqsirli bilinib, 40 (qırx) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə baxış iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X2 məhkəmə iclasında göstərdi ki, o, 18 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla razı deyildir. Belə ki, həmin qərarda yol-nəqliyyat hadisəsinin baş verməsi vaxtı düzgün qeyd edilməmiş, həmçinin müvafiq araşdırma aparılmamışdır. Belə ki, X4 11 noyabr 2024-cü il tarixdə saat 14:45-də “Mersedes” markalı **-HU-*** dövlət qeydiyyatlı avtomobili yaşayış yeri olmasına baxmayaraq Göygöl rayon Aşıqlı kəndindən keçən yolda saatda 100 kilometrdən artıq sürətlə hərəkətdə olarkən ona məxsus olan bir baş iribuynuzlu inəyi vurmuşdur. Bu hal araşdırılmamışdır. Ona görə də qeyd edilən qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Göygöl Rayon Polisi şöbəsinin DYB-nin əməkdaşı polis baş leytenantı X6 məhkəmə iclasında göstərdi ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X1 iradları ilə razıdır. Belə ki, onun tərəfindən 18 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılarkən tələsikliyə yol verilmiş, ətraflı araşdırma aparılmamışdır. Həmçinin hadisə baş verən yolda müvafiq yol nişanı olmamışdır. Ona görə də o, da qeyd edilən qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Gəncə şəhər X9 Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsində əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin və şəhid ailə üzvünün vəsiqəsinin surətindən məlum olur ki, X2 14 fevral 1993-cü il tarixdə anadan olmuşdur və şəhid ailə üzvüdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl Rayon Polisi şöbəsinin DYB-nin əməkdaşı polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş 18 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan və fotoşəkillərdən məlum olur ki, Göygöl rayon Aşıqlı kənd sakini X2 13 noyabr 2024-cü il tarixdə saat 07:14-də Göygöl rayon Aşıqlı kəndindəki yolda mal-qaranı nəzarətsiz qoymuşdur. Anacaq həmin hadisə baş verən yolda müvafiq yol nişanı olmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.5.1-ci maddəsinə əsasən mal-qara ötürən tərəfindən mal-qaranın yolda nəzarətsiz qoyulmaqla yol hərəkəti qaydalarının pozulması görə- qırx manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə iclasında aydın oldu ki, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl Rayon Polisi şöbəsinin DYB-nin əməkdaşı polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş 18 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ətraflı araşdırma aparılmadan, hadisənin vaxtı dəqiq müəyyən edilmədən qəbul edilmişdir. Həmçinin həmin hadisə baş verən yolda müvafiq yol nişanı olmamışdır. Məhkəmədə həmçinin aydın oldu ki, qeyd edilən inzibati xəta haqqında protokol və qərar qəbul edilərkən X1 hüquqları pozulmuşdur. Ona hüquqları izah edilməmiş, izahatı alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə qərara aldı : Barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl Rayon Polisi şöbəsinin DYB-nin əməkdaşı polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş 18 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından qərarından verdiyi şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl Rayon Polisi şöbəsinin DYBnin əməkdaşı polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş 18 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işin icraatına xitam verilsin. X2 inzibati məsuliyyətdən azad edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar