Məhkəmə qərarları › İş №3(066)-444/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-444/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-444/2025 27.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi ilə, şikayət vermiş şəxs X13 vəkili Vəkil və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X25 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarla, X21 "xxxx" MMC fəaliyyəti ilə bağlı X7 müvafiq rəyini almadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2500 manat məbləğində cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X21 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X25 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış X21 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Qərarda göstərilmişdir ki, X7 müsbət rəyi olmadan ətraf mühitə İXM-nin 275.1.1-ci maddəsinə əsasən bilavasitə və dolayı yolla mənfi təsir göstərdiyinə görə vəzifəli şəxs kimi 2500 (iki min beş yüz) manat cərimə edilmişdir. Qərara münasibət bildirilməmişdən öncə İXM-nin 275.1.1-ci maddəsinin dispozisiyasını olduğu kimi diqqətə çatdırır. İXM-nin 275.1.1-ci maddəsində göstərilir ki, X7 müsbət rəyi olmadan ətraf mühitə biləvasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə X7 rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə görə fiziki və vəzifəli şəxslər cərimə edilirlər. Hal-hazırkı törədilməsi ehtimal edilən inzibati xəta tərkibinin yaranması üçün "xxxx" MMC tərəfindən təsərrüfat və sair fəaliyyətin ekoloji təhlükə yaratması öz təsdiqini tapmalıdır. Qərarı qəbul edən inzibati orqan "xxxx" MMC tərəfindən ətraf mühitə biləvasitə və dolayı yolla mənfi təsirin nədən ibarət olmasını sübut etməmiş və dövlət ekspertizası rəyinin nədən ibarət olması ilə bağlı hər hansı sənəd təqdim etməmişdir. Ona görə də, pozulmuş hüququnun bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X13 vəkili Vəkil şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, inzibati xəta ilə bağlı tərkib yaradan maddənin mahiyyəti ondan ibarətdir ki, X7 müsbət rəyi olmadan ekologiyaya zərər yetirmə faktı müəyyən edilməlidir. İş materialları ilə tanış olmuşdur. İki nəfər sakin qaynar xəttə zəng edərək iyidən dura bilmədikləri bildirmişlər. Bununla bağlı onların izahatı alınmış və izahatlarında gül zavodundan istehsal olunan iyinin hər tərəfə yayılmasını bildirmişlər. Bununla bağlı həmin ərazidə araşdırma aparılmış və müəyyən edilmişdir ki, havada ammonyakın miqdarı artmışdır və həmin yerdə quyu var quyuya dərmanlar vurulub çəkildikdə iyi yayılır. "xxxx" MMC-nin fəaliyyəti un istehsalı ilə bağlıdır. Orada ancaq taxılın üyüdülməsi olur. Hər hansı dərmandan istifadə edilməsi, havanın zəhərlənməsi, un istehsalında ammonyakın havaya buraxılması ehtimalı yoxdur. Hər hansı bir dərman yuyulmasından söhbət ola bilməz. Hesab edir ki, "xxxx" MMC-nin fəaliyyətində ekoloji tarazlığı pozan hər-hansı bir hal yoxdur. Maddədə qeyd edilir ki, müsbət rəy olmamalıdır. Həmçinin bir başa və dolayısı yolla ətrafa zərər yetirməlidir. Onlarda müsbət rəy yoxdur. Hazırkı vaxtadək onlardan rəy tələb edilməmişdir. Həmin ərazidə əlcək zavodu var. İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinin məzmumunundanda görünür ki, yeganə olaraq ekoloji ekspertizanın müsbət rəyinin olmaması inzibati xətanın tərkibini yaratmır. Həmçinində ekologiyaya biləvasitə və ya dolayı yolla mənfi təsir göstərilməlidir. İşin halı odur ki, onların müsbət rəyləri yoxdur. Ancaq, ekologiyaya "xxxx" MMC tərəfindən biləvasitə və ya dolayı yolla hər hansı bir mənfi təsir göstərilməsi ilə bağlı sübutlar mötəbər deyil. Çünkü, şikayətçi olmuş adamlar izahatlarında yun istehsalı zavodundan şikayət etdiklərini bildirmişlər. Onların yun istehsalı zavodundan şikayətçi olmalarını "xxxx" MMCyə yönləndirmişlər. Həmçinin həmin ərazidə əlcək zavoduda var. Məhkəmədən şikayətin təmin edilməsini və "xxxx" MMC-nin direktoru X13 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, X1 maddələrində də qeyd edildiyi kimi bütün istehsalat müəssisələri, sənaye, emal müəssisələri fəaliyyətə başlamamışdan əvvəl X15nın müsbət rəyini almalıdırlar. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 qaynar xətt əlaqə mərkəzinə 4 nəfər şəxs müraciət edərək "xxxx" MMC-dən havaya pis qoxu gəlməsini bildirmişlər. Həmin şikayətlərdə əlcək zavodu bildirilməmişdir. Həmin ərazidə başqa sexlərin zavodların olmasını onlara "xxxx" MMC-nin direktoru bildirmişdir. Yekunda inzibati protokolu X15nın rəyi olmadığından fəaliyyət göstərməsinə görə yazmışlar. Göstərilənləri nəzərə alaraq verilmiş şikayət ərizəsinin təmin edilməməsini xahiş etdi. Şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru X4 məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilmiş iclasında iştirak etmiş şikayətçi X21 bildirmişdir ki, ətraflı olaraq araşdırma aparılmamışdır. Bundan başqa Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onların göstərdiyi fəaliyyət sahəsi üzrə ekologiyaya hər hansı bir mənfi təsirin olub-olmadığının sübut edilməsinin mümkün olmadığı fikrindədir. Çünkü faktiki olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən obyektə baxış keçirilən zaman onlarda olan bütün müəssisənin avadanlıqlarını görmüşlər və faktiki olaraq ətraf mühitə hər hansı bir təsiri olmadığını bilmişlər. Onlar buğda üyüdərək un satırlar. Atılan tullantı olmur. Onun ekologiyaya heç bir təsiri yoxdur. Eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 2001-ci ildən yaranmışdır. X17 haqqında qanunda 1990-cı ildə çıxmışdır. Həmin müəssisədə 1993-cü ildən fəaliyyətə başlamışdır. Dəyirman kimi çıxarışı var. "xxxx" MMC isə 2023-cü ildə yaranmışdır və həmin vaxtdan müəssisəni icarəyə götürmüşdür. 30 il ərzində Ekologiya Nazirliyi həmin müəssisəni ekoloji rəyini görməmiş yalnız o fəaliyyətə başladıqdan sonra görmüşdür. O, fəaliyyətə başlayarkən ondan lisenziya tələb edilsəydi o gedib ekoloji ekspertizadan keçərdi. Onun fəaliyyəti lisenziya tələb etməyən fəaliyyət sahəsidir. O ekologiyaya heç bir ziyan vurmasada ona ekoloji ekspertizanın sənədlərini almaq tələb kimi qoyulmuşdur. O, ekoloji ekspertizanın rəyini almamışdır. Havadan ammonyak iyi gəldiyi üçün şikayət etmişlər. Bildirmişlər ki, Osmanlı Taxıl MMC-nin ətrafından iyi gəlir. X22 Monitorinq İdarəsinin əməkdaşları gəlib baxış keçirərkən özləridə görmüşlər ki, "xxxx" MMC-də hər hansı bir iyi yoxdur və onların ekologiyaya təsirləri yoxdur. Un zavodundan ümumiyyətlə ammonyak iyi gəlməsi mümkün deyil. Bu barədə akt tərtib etmişlər. Lakin, yenədə onlara bildirirlər ki, gedib ekoloji ekspertizadan keçməlidirlər. Onların ətraf ərazilərində 200 hektardan artıq kənd təsərrüfatı təyinatlə torpaq sahəsi var. Ammonyak kənd təsərrüfatı kübrələrində istifadə oluna bilər. Onların müəssisəsində mümkün deyil ki, ammonyak istifadə olunsun. Həmin obyektdə ondan əvvəldə bir neçə vöenlə başqa şəxslər fəaliyyət göstəriblər. Obyekt tikilərkən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi mövcud olmamışdır. Həmin Nazirliyin yerinə yəqinki o fəaliyyəti həyata keçirən Mənzil Kommunal Təsərrüfatı İdarəsi olmuşdur. Onların müəssisəsində müasir avadanlıqların içərisində taxıl keçib birbaşa istehsala gedir. Taxıl suya qoyulub yuyulmur ki, orda qıcqırsın spirt yaransın. Spirt düzəldilən müəssisələrdə spirt iyi gəlmə ehtimalı var. Onların məqsədləri yalnız cərimələmək olmuşdur. 2023-cü ildən həmin obyektin 1400 kvm hissəsini icarəyə götürüb fəaliyyət göstərir. Əvvəl orda dəyirman olmuşdur. O, müasir avadanlıqlar alaraq fəaliyyət göstərir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X21 Azərbaycan Respublikası İXM-nin 275.1.1-ci maddəsi ilə təqsirli bilinərək, vəzifəli şəxs qismində 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 90576 nömrəli aktın surətindən görünür ki, 22 iyul-16 sentyabr 2025-ci il tarixində Göygöl rayonu Quşqara kəndində yerləşən "xxxx" MMC-nin barəsində daxil olmuş, xx.xx.2025-ci il tarixli Quşqara kənd sakinləri tərəfindən edilmiş müraciətlərə dair aşkar edilmişdir ki, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 iyul 2025-ci il tarixli, 0092 saylı, 22 iyul 2025-ci il tarixli 0093 saylı, xx.xx.2025-ci il tarixli, 0119 saylı və xx.xx.2025-ci il tarixli, 0121 saylı sərəncamları əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xətt əlaqə mərkəzində qeydiyyata alınmış Göygöl rayon Quşqara kənd sakinləri X11, X8, X5 xx.xx.2025-ci il tarixli 30842 iD, 30843 iD, 30844 iD nömrəli eyni məzmunlu Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən "xxxx" MMC dəyirmanından gələn iyinin bütün sakinləri narahat etməsi, həmçinin kanalizasiyaları olmadığı üçün utilizasiya etdikləri dərmanın quyuya tökülməsi və ordan gecə saat 11-12 radələrində çəkilib götürülməsi zamanı gələn iyi-qoxunun bütün sakinləri narahat etməsi ilə bağlı müraciətləri tərəflərindən yerində araşdırılmışdır. Araşdırma zamanı şikayətçilər X19 və X12 şifahi məlumat verərək, ETSNnin qaynar xətt əlaqə mərkəzinə edilmiş müraciətlərin həqiqətən onlar tərəfindən edildiyini təsdiq etmişlər və müraciətlərində qeyd etdikləri məsələ ilə əlaqədar qanunamüvafiq tədbir görülməsini xahiş edərək yazılı izahat verməkdən və araşdırmada iştirak etməkdən imtina etmişlər. X2 isə xx.xx.2025-ci il tarixdə yazılı izahat verərək ETSN-nin qaynar xətt əlaqə mərkəzinə edilmiş müraciətin onun tərəfindən edildiyini bir daha təsdiq etmiş və müraciəıtinə qanunamüvafiq qaydada baxılıb tədbir görülməsini xahiş etmişdir. Sözügedən məsələ tərəflərindən araşdırılmış və araşdırma zamanı məlum olmuşdur ki, "xxxx" MMC qaynar xətt müraciətində yun fabriki kimi qeyd edilsədə həmin müəssisə un dəyirmanıdır. xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin direktoru X13 iştirakı ilə müəssisənin ərazisinə baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı dəyirmanın ətrafında az miqdarda iyi-qoxu hiss edilmişdir. X24 şifahi olaraq müəssisənin kanalizasiya quyusunun 1993-cü ildən qazıldığını və üstünün torpaqla örtülü olduğunu bildirmişdir. Qeyd olunan səbəbə görə sözügedən müəssisədə ölçmə işlərinin aparılması üçün X22 Monitorinq İdarəsinə rəsmi məktub ünvanlanmışdır. xx.xx.2025-ci il tarixdə XKEMİ-si tərəfindən "xxxx" MMC-də SKY- 2000 R-5 səyyar cihazı vasitəsilə ölçmə işləri aparılmış və ammonyaq qazı (NH3) – 0.336 mq/m3 (morma: 02 mq/m3) təşkil edərək ətraf mühüt üçün yol verilən norma daxilindən artıq olduğu müəyyən edilmişdir. Bundan əlavə aparılan araşdırma zamanı "xxxx" MMCnin fəaliyyəti ilə bağlı ekoloji ekspertiza rəyi və digər ekoloji normativ sənədlərin alubolmadığını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan sənədlərin mövcudluğunun yoxlanılması üçün X15 Agentliyinə rəsmi məktub ünvanlanmışdır. DEEA-dən xx.xx.2025-ci il tarixdə daxil olmuş cavab məktubunda sözügedən fəaliyyətlə bağlı X15 Agentliyinə müraciət daxil olmadığı qeyd edilmişdir. Beləliklədə "xxxx" MMC-nin direktoru X21 tərəfindən “X17 Haqqında” və “X9 Haqqında” Azərbaycan Respublikası Qanunlarının tələbləri pozularaq inzibati xəta törədilmişdir. X16 aparılan araşdırma ilə bağlı rəsmi məktubla və şifahi olaraq telefon nömrəsi ilə əlaqə saxlanılaraq idarəyə dəvət olunsada o imtina etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin direktoru X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 275.1.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı X15nın müvafiq rəyi alınmamış, müəssisənin fəaliyyəti zamanı atmosfer havasına atılan ammonyak qazının (NH3)-0.336 mq/m3 (norma: 0.2 mq/m3) miqdarı yol verilə bilən normativdən artıqdır. İşdə olan X17 sahəsində pozuntuların aradan qaldırılması barədə xx.xx.2025-ci il tarixli tələbdən görünür ki, "xxxx" MMC-nin direktoru X16 "xxxx" MMC-nin fəaliyyəti ilə əlaqədar X15nın müsbət rəyi və digər ekoloji normativ sənədlərin alınmasının təmin edilməsi tapşırılmışdır. İcra müddətinin 90 (doxsan) gün olması, “X17 haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1.4-cü bəndinin (X17 sahəsində dövlət nəzarətini həyata keçirən orqanların tələbi ilə lazımı məlumatları təqdim etmək) müddəalarına əsasən verilən tapşırıqların icra edilməsi barədə xx.xx.2025-ci il tarixinədək 10 saylı Regioanl Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verilməsi, yuxarıda qeyd edilən müddətlərdə qarşıya qoyulan tələblər icra edilmədiyi təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə vəzifəli şəxs qismində 3000- 4800 manat məbləğində cərimə edilərək, həmin Məcəllənin 116-cı maddəsində göstərilən qaydada barəsində müvafiq prosedurların həyata keçiriləcəyi bildirilmişdir. İşdə olan inzibati xəta haqqında işin baxılmağa hazırlanması barədə xx.xx.2025-ci il tarixli 132/99 saylı qərardaddan görünür ki, X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 275.1.1-ci maddələri ilə olan inzibati işə baxılması 30 sentyabr 2025-ci il tarixə, saat 11-00-a 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin binasına təyin edilməsi və işin baxılmasında iştirak etməsi üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X13 çağırılması qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli, Ç-BM/4925-275 nömrəli bildirişdən görünür ki, inzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq "xxxx" MMC-nin direktoru X16 bildiriş göndərilmişdir. İşdə olan X22 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 29 avqust 2025-ci il tarixli imtina aktından görünür ki, xx.xx.2025-ci il tarixdə Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən "xxxx" MMC-də ölçmə işləri həyata keçirilmişdir. Aparılan ölçmə işləri zamanı "xxxx" MMC-nin direktoru Vahid Rzayevlə telefon əlaqəsi yaradılmış və araşdırmada onun və ya rəsmi nümayəndəsinin iştirakının vacibliyi diqqətinə çatdırılmışdır. Lakin, həmin şəxs özü və heç bir nümayəndəsinin araşdırmada iştirak etməyəcəyini bildirmişdir. Qeyd olunan səbəbə görə ölçmə işləri X13 iştirakı olmadan aparılmışdır. İşdə olan X22 Monitorinq İdarəsi tərəfindən 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış məktubdan görünür ki, monitorinq müddətində ərazidə kəskin iyi-qoxu hiss edilmişdir. Tərəflərindən atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını təyin etmək məqsədilə müəssisənin ətraf ərazilərində SKY 2000 R 5 səyyar cihazı vasitəsilə ölçmə işləri aparılmış, nəticəyə əsasən ammonyak qazı (NH3)- 0.336 mq/m3 (norma: 0.2 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən norma daxilindən artıq olması müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X15 Agentliyi tərəfindən verilmiş məktubdan görünür ki, Göygöl rayonu Quşqara kənd sakinləri tərəfindən “Qaynar xətt” əlaqə mərkəzinə edilən müraciətlər əsasında "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı ekspertiza rəyinin və digər ekoloji normativ sənədlərinin olub-olmaması ilə bağlı müraciətə baxılmışdır. Sözügedən fəaliyyətə dair X15 Agentliyinə müraciət daxil olmamışdır. İşdə olan X22 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 003599 nömrəli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə XKEM-nin əməkdaşları tərəfindən Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən "xxxx" MMC-nin ətraf ərazilərində monitorinq keçirilmişdir. Monitorinq zamanı müəssisənin nümayəndəsi Vahid adlı şəxslə (*** *** ** **) telefon vasitəsilə əlaqə saxlanılmış, lakin iştirak etməkdən imtina etmişdir. Ərazidə kəskin iyi qoxu müşahidə olunmuşdur. Həmin iyi qoxunun tərkibində zərərli qaz qarışıqlarının miqdarını müəyyən etmək üçün SKY 2000 R 5 səyyar cihazı vasitəsilə ölçmə işləri aparılmışdır. Ölçmənin nəticələrinə görə NH3-0.336 mq/m3 (norma: 0.2 mq/m3) təşkil etmişdir. Bu da ətraf mühit üçün yol verilən norma daxilindən artıqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2.-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 275.1.1–ci maddəsinə əsasən X7 müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə X7 rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 233.1–ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görəvəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. X17 haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə görə ekoloji ekspertiza təsərrüfat fəaliyyətinin ətraf mühitə ola bilən mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılması məqsədilə ətraf mühitin keyfiyyət normativlərinə və ekoloji tələblərə uyğunluğunun müəyyən edilməsidir. Ekoloji ekspertiza dövlət və ictimai ekoloji ekspertiza formalarında həyata keçirilir. Həmin qanunun 51-ci maddəsinə görə

1. Ekoloji ekspertizanın əsas məqsədi ekoloji ekspertiza obyektlərinin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayı mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılmasından, qəbul olunan qərarların ekoloji təhlükəsizlik dərəcəsini və X17 üzrə tədbirlərin səmərəsini müəyyən etməkdən ibarətdir.

2. Ekoloji ekspertizanın vəzifələri aşağıdakılardır: 2.1. ekoloji ekspertiza obyektlərinin ekoloji təhlükəsizlik səviyyəsini və ətraf mühitə potensial təsirini tam, hərtərəfli və elmi əsaslandırılmış təhlil əsasında qiymətləndirmək; 2.2. ətraf mühitə bilavasitə və ya dolayısı ilə təsir göstərə biləcək qərarların qəbul edilməsinin qarşısını almaq; 2.3. ekoloji ekspertiza obyektlərinin X17 və təbii ehtiyatlardan istifadə sahəsində normativ hüquqi aktlara uyğunluğunu müəyyən etmək; 2.4. X17 üzrə tədbirlərin səmərəliliyini, dolğunluğunu və tamlığını qiymətləndirmək və onların ekoloji tələblərə uyğunluğunu müəyyən etmək; 2.5. ekoloji ekspertiza obyektlərinin ətraf mühitə potensial təsiri və onun nəticələri barədə maraqlı şəxsləri məlumatlandırmaq. Həmin qanunun 52-ci maddəsinə görə X15sına dair tələblər

1. X15sı bu Qanunun 54-cü maddəsində göstərilən obyektlərə münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

2. X7 həyata keçirilməsi qaydası, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

3. Təsərrüfat fəaliyyəti yerin təkindən istifadə ilə bağlı olduqda, həmin fəaliyyətə dair X15sı bu işlər “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə uyğun olaraq dövlət uçotuna və dövlət qeydiyyatına alındıqdan sonra aparılır.

4. Ekoloji ekspertiza rəyi olmadan sənaye və qida məhsullarının istehsalı, işlərin, xidmətlərin yerinə yetirilməsi və ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qadağandır.

5. X15 obyektləri xüsusi mühafizə olunan təbiət ərazilərinə və obyektlərinə yaxın ərazilərlə bağlı olduqda, X15sı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndələrinin iştirakı ilə aparılır.

6. X15sı həyata keçirilərkən aşağıdakılar rəhbər tutulur: 6.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər; 6.2. ekoloji ekspertiza obyektlərinin ətraf mühitə təsirinin kompleks (sosial-iqtisadi, ekoloji) qiymətləndirilməsinin nəticələri; 6.3. ekoloji tarazlığın, genofondun və canlı təbiətin müxtəlifliyinin qorunub saxlanılmasının təmin edilməsi zərurəti; 6.4. X7 keyfiyyətinin və ekoloji ekspertiza rəyinin tərəflərin mövqelərindən asılılığının yolverilməzliyi; 6.5. X15sı metodologiyasının inkişafı və təkmilləşdirilməsi üçün şəraitin yaradılması zərurəti.

7. İrihəcmli və mürəkkəb ekoloji ekspertiza obyektlərinin, habelə transsərhəd təsirə malik olan ekoloji ekspertiza obyektlərinin X7 həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Ekspert Komissiyası təşkil olunur.

8. Ekoloji ekspertiza obyektlərinin realizəsi zamanı onların transsərhəd təsiri müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ekspert komissiyasının fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla maraqlı ölkələrin mütəxəssislərini və beynəlxalq ekspertləri cəlb edir.

9. Ekspert Komissiyasının səlahiyyətləri, fəaliyyət qaydası və tərkibi, onun fəaliyyətinə cəlb edilən ekspertlərə dair tələblər, ekspertlərin hüquq və vəzifələri, habelə X7 həyata keçirilməsinə beynəlxalq ekspertlərin cəlb edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən Əsasnamə ilə tənzimlənir.

10. Sifarişçi X7 keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim edir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özü həmin sənədlər barədə məlumatları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsində göstərilən qaydada əldə edə bilmədikdə): 10.1. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti; 10.2. ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti və vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti; 10.3. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti və vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti; 10.4. ərizədə qeyd olunan obyektin üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər obyektin X7 keçirilməsi istənilirsə); 10.5. torpaq sahəsindən mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənəd; 10.6. X7 maliyyələşdirilməsini təsdiq edən sənəd; 10.7. nəzərdə tutulan fəaliyyəti barədə məlumat (hər bir istehsalat və xidmət sahəsi göstərilməklə); 10.8. istifadə olunan avadanlıqların texniki sənədləri; 10.9. istehsalatda istifadə olunan əsas və köməkçi xammal növləri barədə məlumat; 10.10. istifadə olunan enerji növləri barədə məlumat; 10.11. müəssisədə su təchizatı və tullantı sularının axıdılması barədə məlumat (texniki şərt); 10.12. əmələ gələn tullantıların idarə olunması, o cümlədən istehsalat tullantılarının təkrar istifadəsinin mümkünlüyü və həcmi barədə məlumat; 10.13. X15sı obyektləri üçün layihə sənədlərin hazırlanmasına sərf olunan maliyyə vəsaitinin məbləğinə və ya layihənin ümumi smeta dəyərinə dair sənəd (müqavilə); 10.14. ərazidə aparılmış mühəndisi-geoloji işlərin hesabatı. 10-1. X7 keçirilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar sifarişçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.

11. X15sı bu Qanunun 54-cü maddəsinin birinci hissəsinin 2-ci bəndində göstərilən ƏMTQ sənədlərinə və 8-ci bəndində göstərilən ekoloji ekspertiza obyektlərinə münasibətdə həyata keçirildikdə bu hissənin 10.2-10.10-cu bəndlərində nəzərdə tutulan sənədlər və məlumatların təqdim edilməsi tələb olunmur.

12. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) X7 təşkili və həyata keçirilməsi, habelə ekoloji ekspertiza rəyinin verilməsi zamanı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun, bu Qanunun və X17 ilə bağlı digər normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarəti təmin edir. Həmin qanunun 54-cü maddəsinə görə X7 obyektləri aşağıdakılardır:

1. ölkə və iqtisadiyyat sahələri üzrə məhsuldar qüvvələrinin inkişafına və yerləşdirilməsinə dair dövlət və yerli proqramların layihələri strateji sənədlərin layihələrinə dair strateji ekoloji qiymətləndirmə (SEQ) sənədləri;

2. istehsal, sosial, ticarət, ictimai iaşə və digər xidmət obyektləri, infrastruktur obyektləri və komplekslərinin layihələri, onların konservasiyası, ləğv olunması, yeni texnika ilə təchiz edilməsi və genişləndirilməsi üzrə layihələr, texniki-iqtisadi əsaslandırılmalar (TİƏ), ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) və transsərhəd konteksdə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləri;

3. yeni texnikanın, texnologiyanın, materialların və maddələrin yaradılmasına, o cümlədən idxalına və ixracına dair sənədlər;

4. X17 sahəsində metodiki təlimatların və texniki normativ hüquqi aktların layihələri;

5. ərazilərin kompleks ekoloji-tədqiqat materialları, ərazilərə xüsusi mühafizə statusunun verilməsi, ekoloji fəlakət zonalarının və fövqəladə ekoloji vəziyyətin elan olunmasının əsaslandırılması sənədləri, habelə həmin ərazilərin bərpası proqramları;

6. regionların, ayrı-ayrı ərazilərin və təbiət komplekslərinin ekoloji vəziyyətinə dair sənədlər;

7. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən təbiətdən (təbii ehtiyatlardan) istifadəni nəzərdə tutan müqavilə (kontrakt) və razılaşmaların layihələri;

8. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda tikinti layihələrinin ekologiya bölməsi. Məhkəmə şikayətin dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materialları, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Göygöl rayonu Quşqara kəndində yerləşən "xxxx" MMC-dən axşam saatlarında istehsal prosesi zamanı gələn iyi-qoxunun narahatlıq yaratması ilə əlaqədar həmin kənd sakinlərinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə etdikləri müraciətlərlə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC fəaliyyəti ilə bağlı X15nın müvafiq rəyini almadan fəaliyyət göstərir. Bu səbəbdən "xxxx" MMC-nin direktoru X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 275.1.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X25 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən "xxxx" MMC-nin direktoru X21 "xxxx" MMC fəaliyyəti ilə bağlı X15nın müvafiq rəyini almadığından Azərbaycan Respublikası İXM-nin 275.1.1-ci maddəsi ilə təqsirli bilənərək vəzifəli şəxs qismində 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edilmiş və məhkəmə iclasında öz təsdiqini tapmışdır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru X13 İXM-in 275.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetdiyindən məhkəmə hesab edir ki, X13 şikayəti əsassız olduğundan təmin edilməməli və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X25 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" MMC-nin direktoru X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X25 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar qəbul edilmiş şəxs "xxxx" MMC-nin direktoru X21 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər.

Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar