Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-445/2025 28.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş orqan Göygöl RPŞ-nin nümayəndəsi Nümayəndə, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Göygöl rayonu Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göygöl rayonu Çaylı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Göygöl RPŞ YHH inspektoru polis baş leytinantı Nümayəndə tərəfindən İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli protokol tərtib olunaraq Şəxs 327.2 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş orqan Göygöl RPŞ-nin nümayəndəsi Nümayəndə protokolu müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs zərərin hələ ödənilmədiyini , sığorta ödənişini gözlədiklərini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 sentyabr 2025-ci il tarixli qərara əsasən sürücü Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmaması əsası ilə rədd edilmişdir. Şəxs tərəfindən verilmiş izahatdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:20 radələrində X2 məxsus idarəetmə etibarnamə ilə 2025-ci il tarixdə ona verilmiş idarə etdiyi “Super Maz“ markalı, **-DN-*** dövlət nömrə nişanlı Super Maz və **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqu ilə çınqıl ilə yüklü vəziyyətdə Göygöl rayonu Qızılca kəndində Gəncə şəhəri istiqamətində hərəkətdə olan zaman sərt döngədə təhlükəsiz dönmək məqsədi ilə döngədə məcburən digər hərəkət hissəsinə çıxaraq dönmə əməliyyatını edib, lakin avtomobil yuklü olduğu üçün ağırlıq nəticəsində dönmə etmək çətin olub və həmin vaxtı qarşıdan gələn “Kamaz 65115 yük” markalı, **-DP-*** dövlət nömrə nişanlı yük avtomobili döngədə oz hərəkət hissəsi ilə hərəkətini davam etdirib və həmin vaxtı idarə etdiyi avtomobilin qabaq hissəsi digər avtomobilin sol yan tərəfinə dəyərək yolun sağ kənarına qədər həmin avtomobili qarşısında aparıb. Hadisə vaxtı yolun kənarında olan yol təhləksizliyi üçün qurulmuş metal konstruksiya da yerindən qopub. Toqquşma nəticəsində hər iki avtomobil zədələnib. Həmin vaxt hər iki avtomobildə sərnişin olmayıb. Toqquşma nəticəsində onun qabırğası sınıb və ayağı əzilib. Material üzrə izahatı alınmış Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 14:20 radələrində Daşkəsən rayonu Qabaqtəpə kəndində qeydiyyatda olan X3 məxsus, idarəetmə etibarnamə ilə xx.xx.2023-cü il tarixdə ona 10 il müddətinə verilmiş idarə etdiyi “Kamaz 65115 yük" markalı **-DP-*** dövlət nömrə nişanlı avtomobil ilə yüksüz vəziyyətdə Göygöl rayonu Qızılca kəndində Daşkəsən rayonu istiqamətində hərəkətdə olan zaman qarşıdan gələn Super Maz markalı **-DN-*** dövlət nömrə nişanlı yük avtomobili döngədə onun hərəkət zolağına çıxıb və həmin vaxtı qeyd olunan avtomobilin qabaq sol hissəsi onun idarə etdiyi avtomobilin sol yan hissəsinə dəyərək yolun kənarına çıxardıb və həmin vaxtı onun idarə etdiyi avtomobil də yolun kənarındakı qoruyucu dəmirlərə dəyərək yerindən çıxardıb. Hadisə vaxtı hər iki avtomobil zədələnib. Həmin vaxt Super Maz markalı **-DN-*** dövlət nömrə nişanlı yük avtomobilində sərnişin olmayıb, o da tək olub. Toqquşma nəticəsində onun boyun nahiyyəsi bir az ağrıyıb. Lakin digər sürücü xəsarət aldığı üçün xəstəxanaya gedib. MTE və PA Birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsindən daxil olmuş 406 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol bazu nahiyyəsinin yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi), sol qulaq, sol gicgah nahiyyələrinin qançırları-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir. Əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə gorə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. Hadisə yerinə baxış keçirilmiş, şəkillər çəkilərək potokola əlavə edilmişdir. Araşdırma zamanı xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sərxoşluq vəziyyətinin yoxlanılmasına dair 3013/2025 nömrəli protokol əsasında Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olmaması müəyyən edilmişdir. Araşdırma zamanı xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sərxoşluq vəziyyətinin yoxlanılmasına dair 3015/2025 nömrəli protokol əsasında Şəxs sərxoş vəziyyətdə olmaması müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində inzibati cərimə növündə inzibаti tənbeh təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Eyni zamanda Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.2ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən, İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən, şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 manat məbləğində cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə münasibətdə baxılması üçün Göygöl Rayon Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43,115,128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə münasibətdə baxılması üçün Göygöl Rayon Polis Şöbəsinə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(066)-445/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-445/2025
28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver