Məhkəmə qərarları › İş №3(066)-446/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-446/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-446/2024 26.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qurbanov Sənan Vüsal oğlunun katibliyi, Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, 25 may 1988-ci ildə Göygöl rayonun da anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Göygöl rayonu Toğana kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Göygöl rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Göygöl Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu Şəxs, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli, 2(043)-5474/2017 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən cəmi 5100 manat məbləğində pul alınıb, tələbkar Zərərçəkmiş şəxs2 ödənilməlidir. Borclu Şəxs müştərək qaydada Şəki Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli, 2(075)-1398/2019 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən cəmi 7252 manat məbləğində pul alınıb, tələbkar Zərərçəkmiş şəxs1 ASC-yə ödənilməlidir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilsə də, borclu Şəxs məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli, 2(043)-5474/2017 saylı qətnaməsinə və icra vərəqəsi üzrə 2378 manat məbləğində pulu, Şəki Rayon Məhkəməsinin 23 avqust 2019cu il tarixli, 2(075)-1398/2019 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən cəmi 7252 manat məbləğində pulu müəyyən olunmuş müddətdə icra sənədini üzrsüz olaraq icra etməmişdir. Buna görə də Göygöl rayon İcra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 26 noyabr 2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, ondan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli, 2(043)-5474/2017 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən cəmi 5100 manat məbləğində pul alınıb, tələbkar Zərərçəkmiş şəxs2 və müştərək qaydada Şəki Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli, 2(075)-1398/2019 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən cəmi 7252 manat məbləğində pul alınıb, tələbkar Zərərçəkmiş şəxs1 ASC-yə ödənilməlidir. Hal-hazırda yaranmış olan borclarını birdəfəyə imkanı olmadığı üçün ödəyə bilməz. O icra vərəqəsi üzrə borcunu hissə-hissə ödəyə bilər. Vaxt verilərsə hissə-hissə borclarını ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında göstərdi ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli, 2(043)-5474/2017 saylı qətnaməsinə və icra vərəqəsi və Şəki Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli, 2(075)-1398/2019 saylı qətnaməsinə və icra vərəqəsi Göygöl rayon İcra və Probasiya şöbəsinə daxil olduqdan sonra dərhal icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş göndərilmiş o, Göygöl rayon İcra və Probasiya şöbəsinə dəvət edilmişdir. Bundan başqa ona icra sənədinin icra edilməsinin zəruriliyi barədə, həmçinin inzibati məsuliyyəti barədə rəsmi xəbərdrlıq göndərilmişdir. Borclu Şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli, 2(043)-5474/2017 saylı qətnaməsi üzrə 2378 manat məbləğində borcu qalmış, Şəki Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli, 2(075)-1398/2019 saylı qətnaməsinə və icra vərəqəsini icra etməmişdir. İnzibati materiala əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli, 2(043)-5474/2017 saylı icra vərəqəsindən məlum olur ki, borclu Şəxs 5100 manat məbləğində pul alınıb, tələbkar Zərərçəkmiş şəxs2 ödənilməlidir. İnzibati materiala əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli, 2(075)-1398/2019 saylı icra vərəqəsindən məlum olur ki, borclu Şəxs müştərək qaydada cəmi 7252 manat məbləğində pul alınıb, tələbkar Zərərçəkmiş şəxs1 ASC-yə ödənilməlidir. İş materillarında olan sənədlərin məzmunundan görünür ki, qeyd edilən məhkəmə qətnaməsinin, icra sənədinin icra olunması məqsədilə borcluya “tələbin könüllü icrası haqqında” bildiriş, daha sonra rəsmi xəbərdarlıqlar göndərilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin qeyd olunan digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə ...görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 26 noyabr 2024-cü il tarixdən, saat 15:20-dən hesablansın. Qərarın icrası Göygöl rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar