Məhkəmə qərarları › İş №3(066)-447/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-447/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-447/2024 27.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qurbanov Sənan Vüsal oğlunun katibliyi və Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1986-cı il tarixdə Xanlar (Göygöl) rayonunun Balçılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Göygöl rayonu, Balçılı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Göygöl rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Göygöl rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göygöl rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(066)-826/2021 saylı icra sənədinə əsasən borclu Şəxs 10 noyabr 2010-cu il təvəllüdlü Ələkbərova yağmur Namiq qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər 150 manat aliment alınıb X1 ödənilməlidir. Şəxs bu günki günə 3072 manat aliment borcu vardır. qızına ödəməli olduğu halda, ödəməmiş, ümumilikdə 5600 (beş min altı yüz) manat aliment borcu yaranmışdır. Şəxs Göygöl Rayon Məhkəməsinin iyul 22 iyul 2021-ci il tarixli, 2(066)-826/2021 saylı qətnaməsinə və icra vərəqəsini icra etməkdən boyun qaçırtmasına görə Göygöl Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 3(066)-192/2024 saylı qərarı ilə 08 (səkkiz) gün inzibati qaydada həbs edilməsinə baxmayaraq qeyd edilən icra vərəqələrini icra etməkdən qərəli surətdə boyun qaçırtmışdır. Buna görə də Göygöl rayon İcra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə 27 noyabr 2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, Göygöl rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(066)- 826/2021 saylı icra sənədinə əsasən ondan 10 noyabr 2010-cu il təvəllüdlü Ələkbərova yağmur Namiq qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər 150 manat aliment alınıb X1 ödənilməlidir. qızına ödəməlidir. Maddi imkanı olmadığından aliment borcunu ödəməmişdir. Ona vaxt verilərsə hissə-hissə ödəyəcəkdir. Məhkəmə iclası zamanı Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında göstərdi ki, Göygöl Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(066)-826/2021 saylı saylı icra vərəqəsi 25 avqust 2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə də müvafiq icraata başlama qərarlar və bildirişlər icra vərəqələrinin icra edilməsi üçün Şəxs göndərilmiş, Şəxs qeyd edilən icra vərəqələrini icra etməkdən boyun qaçırtmasına görə Göygöl Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 3(066)-192/2024 saylı qərarı ilə 08 (səkkiz) gün inzibati qaydada həbs edilməsinə baxmayaraq qeyd edilən icra vərəqələrini heç bir yerdə işləmədiyini bəhanə gətirərək məhkəmə qətnaməsinin icrasından qəsdən boyun qaçırtmaqla aliment borcunu halhazırda ödəyə bilməyəcəyini bildirmişdir. İş materillarında olan Göygöl Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(066)- 826/2021 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən Şəxs 10 noyabr 2010-cu il təvəllüdlü Ələkbərova yağmur Namiq qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər 150 manat aliment alınıb X1 ödənilməlidir. İş materillarında olan Göygöl rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 3(066)- 192/2024 saylı qərarından məlum olur ki, Şəxs Göygöl rayon Məhkəməsinin 22 iyul 2021ci il tarixli, 2(066)-826/2021 saylı qətnaməsini icra etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün inzibati qaydada tənbeh edilmişdir. İş materillarında olan bildiriş və icraata başlamaq haqqında qərarlardan məlum olur ki, məhkəmə qətnaməsi və icra vərəqəsi icra edilməli olması izah edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 27 noyabr 2024-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Göygöl rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar