Məhkəmə qərarları › İş №3(066)-449/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-449/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-449/2023 18.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 Məhəmmədəli qızının və inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 iştirakları ilə, xx xxxxxx 1995-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Göygöl rayonu Hacıməlik qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 18 sentyabr 2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs 27 iyul 2023-cü il tarixdə, saat 20 radələrində Göygöl rayonu Hacıməlik qəsəbəsində Zərərçəkmiş şəxs1 evinə gələrək mübahisə etmişdir. Mübahisə zamanı Şəxs əli ilə Zərərçəkmiş şəxs2 vuraraq ona sağ bayır topuq oynağı nahiyyəsinin qançırı ilə müşayiət olunan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, həmin vaxt orda olan Zərərçəkmiş şəxs1 Məhəmmədəli qızını da əli ilə vuraraq ona hər iki said nahiyyələrinin sıyrıqları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək döymüşdür. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, təxminən üç ay əvvəl onunla eyni kənddə yaşayan X1 ilə qeyri-rəsmi ailə həyatı qurmuşdur. İyul ayında Aysel Qurbanova gözündən əməliyyat olduğu üçün xəstəxanadan çıxdıqdan sonra nənəsi Zərərçəkmiş şəxs1 məxsus evə gedərək orada qalmışdır. 27 iyul 2023-cü il tarixdə evdə olan zaman ona məlum olmuşdur ki, qaynanası Zərərçəkmiş şəxs2 cehiş əşyalarını onların evindən çıxararaq onları ayırmaq istəyir. O ailəsini bərpa etmək məqsədilə həmin gün saat 20 radələrində onların yaşadığı evə getmişdir. Evin həyətinə daxil olarkən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun üzərinə gəlib onunla mübahisə etmişlər. Mübahisə zamanı Zərərçəkmiş şəxs2 dırnaqları ilə onun qollarını cızmışdır. Həmin vaxt o özünü müdafiə etmək üçün Rahilə və Bənövşəni əli ilə geriyə itələmişdir. Hazırda əməlindən peşimandır. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 göstərmişdir ki, onunla eyni kənddə yaşayan Nurlan 2023-cü ilin aprel ayında qızı Aysel ilə nişanlanmış may ayında isə ayrılmışlar. Lakin, 28 may 2023-cü ildə Nurlan yaşadıqları evə gələrək qızı Ayseli qaçırtmışdır. 14 iyul 2023-cü il tarixdə Aysel gözündən əməliyyat olduqdan sonra anası Zərərçəkmiş şəxs1 məxsus evə gələrək orda qalmışdır. Daha sonra ailə daxili söz-söhbət yarandığından o qızının cehizlərini çıxarmaq isdəmiş və bu barədə polisə müraciət etmişdir. 27 iyul 2023-cü il tarixdə Nurlan mobil telefonla zəng edərək onları nalayiq ifadələrlə təhqir etmiş və həmin gün saat 20 radələrində Nurlan onların yaşadıqları evə gələrək onlarla mübahisə edib onun üzərinə gəib əli ilə onun boğaz nahiyyəsindən tutub boğarkən anası Bənövşə onu Nurlanın əlindən almışdır. Həmin vaxt Nurlan onun anası Bənövşəni vuraraq yerə yıxmışdır. O Nurlana tərəf gedərkən Nurlan onun döş qəfəsindən yumruqla vurmuşdur. Daha sonra Nurlanın atası İxtiyar gələrək Nurlanı aparmışdır. Hazırda Şəxs şikayətçidir və onun inzibati qaydada cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 Məhəmmədəli qızı göstərmişdir ki, onunla eyni kənddə yaşayan Nurlan 2023-cü ilin aprel ayında nəvəsi Aysel ilə nişanlanmış may ayında isə ayrılmışlar. Lakin, 28 may 2023-cü ildə Nurlan yaşadıqları evin qarşısına gələrək nəvəsi Ayseli qaçırtmışdır. 14 iyul 2023-cü il tarixdə Aysel gözündən əməliyyat olduqdan sonra ona məxsus evə gələrək orda qalmışdır. Daha sonra ailə daxili söz-söhbət yarandığından qızı Rahilə cehizlərin çıxarılması ilə bağlı rayon polis şöbəsinə müraciət etmişdir. 27 iyul 2023-cü il tarixdə Nurlan mobil telefonla zəng edib onları nalayiq ifadələrlə təhqir etdikdən sonra onların yaşadıqları evə gəlib onlarla mübahisə etmişdir. Mübahisə zamanı qızı Rahilənin üzərinə gəlib əli ilə onun boğaz nahiyyəsindən tutub boğarkən o Rahiləni Nurlanın əlindən almışdır. Bu zaman Nurlan onu vurub yerə yıxaraq təpiklə qarnına vurmuşdur. Sonra isə qızı Rahilənin döş qəfəsindən yumruqla vuraraq onları döymüşdür. Nurlanın atası İxtiyar gələrək Nurlanı aparmışdır. Hazırda Şəxs şikayətçidir və onun inzibati qaydada cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Göygöl rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla, zərərçəkmiş şəxslərin ifadələri və protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 sentyabr 2023-cü il tarixli qərarla tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında araşdırılmış Göygöl RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X3 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başalanması rədd edilməklə bərabər, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Göygöl RPŞ İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Göygöl rayon PŞ-nin sahə rəisi Elvin Əliyev tərəfindən tərtib edilmiş MN № ******* nömrəli, 18 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Hacıməlik kəndində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Məhəmmədəli qızını vuraraq onlara dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əlavə edilmiş vəsiqələrin surətindən görünür ki, Şəxs vətən müharibəsi iştirakçısıdır. Beləliklə Göygöl rayon PŞ-nin sahə rəisi E.Əliyev tərəfindən tərtib edilmiş protokola, Göygöl RPŞ-nin İB-nin müstəntiqi Röyal Sadıqov tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara, iş üzrə zərəçəkənlərin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdikləri izahatlara əsasən Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir. Məhkəmə Şəxs əməlindən peşiman olmasını, ilk dəfə inzibati xəta törətməsini, ailəsinin bərpa edilməsini istəməsini, müharibə iştirakçısı olmasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106-119-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar