Məhkəmə qərarları › İş №3(066)-459/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-459/2023

23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-459/2023 23.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş şəxs X6, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1976-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Gəncə şəhəri Gülüstan qəsəbəsi, bina 33, mənzil 6-da yaşayan Şəxs Məhəmmədəli oğlu (AZE ********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, Göygöl rayonu Üçtəpə kəndində Zərərçəkmiş şəxs məxsus “Nissan Navara” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına qəsdən zərər yetirərək 1000 (bir min) manat maddi ziyan vurmuşdur. Protokol tərtib etmiş şəxs Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi X13 məhkəmə iclasında çıxış edərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə Göygöl rayon İcra və Probasiya şöbəsinin icraçıları tərəfindən Göygöl rayon Məhkəməsinin qərarına əsasən X7 yaşadığı evin Zərərçəkmiş şəxs təhvil verilməsi zamanı Gəray İsayevin qohumu Şəxs Zərərçəkmiş şəxs məxsus “Nissan Navara” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəsdən zərər yetirərək, Zərərçəkmiş şəxs 1000 (bir min) manat ziyan vurmuşdur. Bundan başqa Şəxs Zərərçəkmiş şəxs vuraraq ona xəsarətlər yetirməklə döymüşdür. Həmin fakt Göygöl Rayon Polis X4 araşdırılarkən cinayət işinin başlanmasının rədd edilməsi barədə 01 avqust 2023-cü il tarixli qərar qəbul edilməklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Şəxs barəsində olan inzibati materialın İXM-nin 157-ci maddəsinə aid hissəsinə tərəfindən baxılaraq Şəxs 500 (beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs çıxış edərək ifadəsində bildirdi ki, 2 il bundan əvvəl Göygöl rayonu Üçtəpə kəndində yerləşən Gəray İsayevə məxsus evi rəsmi qaydada alqı-satqı yolu ilə almışdır. X23 evdən çıxması üçün ondan 6 ay vaxt istəmişdir. Həmin vaxt bitdikdən sonra Gəray İsayev evdən çıxmadığından o məhkəməyə müraciət etmişdir. Məhkəmə G.İsayevin evdən çıxarılmasıyla bağlı qərar qəbul etmişdir. 01 dekabr 2022-ci il tarixdə Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmurları icra sənədini icra edərkən Şəxs daşla onun avtomobilinə zərbələr vuraraq ona 1000 (bir min) manat ziyan vurmuşdur. Daha sonra Şəxs yumruqla onu vurmuşdur. Ona dəymiş ziyan ödənilməmişdir. Şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, o Zərərçəkmiş şəxs məxsus avtomobilə heç bir ziyan vurmamışdır. İnzibati protokola etiraz edərək barəsində olan inzibati materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X2 Şəxs barəsində olan inzibati materiala etiraz edərək inzibati xətanın Şəxs tərəfindən törədilməsinə sübutun olmamasını bildirərək onun barəsində olan inzibati materialın icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş Göygöl Rayon Polis Şöbəsinin polis sahə rəisi X5 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Göygöl rayon İcra və Probasiya şöbəsinin icraçıları tərəfindən Göygöl rayon Məhkəməsinin qərarına əsasən X7 yaşadığı evin Zərərçəkmiş şəxs təhvil verilməsi zamanı Gəray İsayevin qohumu Şəxs həmin yerə gələrək yüksək səslə nalayiq ifadələr işlədərək Zərərçəkmiş şəxs məxsus “Nissan Navara” markalı avtomobilə daşla vurmuşdur. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 bildirmişdir ki, icraatlarında olan icra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə X7 yaşadığı evin Zərərçəkmiş şəxs təhvil verilməsi zamanı Gəray İsayevin qohumu Şəxs həmin yerə gələrək yüksək səslə nalayiq ifadələr işlətmişdir. Onlar Şəxs sakitləşdirmək istəsələrdə Anar öz hərəkətlərini davam etdirmişdir. Daha sonra Şəxs avtomobilinə əyləşərək yüksək sürətlə Zərərçəkmiş şəxs arxasınca getmişdir. Hadisə yerinə çoxlu insanlar toplaşdığından Şəxs tərəfindən Zərərçəkmiş şəxs avtomobilinə zərər yetirilməsini görməmişdir. Baş vermiş hadisə ilə bağlı tərəflərindən akt tərtib edilmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 eyni məzmunli izahat verərək şahid Anar İsgəndərovun ifadəsini təstiqlədi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 232- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Göygöl rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X12 tərəfindən qəbul edilmiş 01 avqust 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, şəxs barəsində İXM-in 157-ci və 232-1-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Göygöl RPŞ İTB-yə göndərilmişdir. İşdə olan Göygöl rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini X11 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli qərarın surətindən görünür ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Göygöl RPŞ İTB-nin polis sahə rəisi, X13 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli protokoldan görünür ki, vət. Şəxs xx.xx.2022-ci il tarixdə Göygöl rayonu Üçtəpə kəndində Zərərçəkmiş şəxs məxsus “Nissan Navara” markalı, **- DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına qəsdən zərər yetirərək 1000 (bir min) manat maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs müraciəti əsasında Göygöl rayon Polis Şöbəsində araşdırılmış HK- 1/2108 nömrəli rədd materialı məhkəmə tərəfindən tələb edilib baxılarkən Zərərçəkmiş şəxs məxsus “Nissan Navara” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına Şəxs tərəfindən 1010 (bir min on) manat ziyan vurulması məlum olmuşdur. İşdə olan Göygöl rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13- 77/2-18468/23 nömrəli məktubdan görünür ki, Göygöl rayon Polis Şöbəsinin təhqiqat Bölməsinin cinayət işi başlanmasının rədd edilməsinə dair 01 avqust 2023-cü il tarixli qərarı qüvvədədir və həmin qərardan şikayət verilməmişdir. Belə ki, materiala əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" istehsalat birliyi "xxxx" Gəncə Müəssisəsi tərəfindən verilmiş 06 dekabr 2022-ci il tarixli, 78/12 nömrəli qüsur aktından görünür ki, Zərərçəkmiş şəxs mülkiyyətində olan “Nissan Navara” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına 1010 (bir min on) manat maddi ziyan dəymişdir. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə olan halda, Şəxs İXM-in 232-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1000 (bir min) manat cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-in 232-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli yəni, 1000 (bir min) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, zərərçəkmiş şəxsə və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84, Faks: (02220) 5-23- 84 İş № 3(066)-459/2023 «23» noyabr 2023-cü il Göygöl rayon polis şöbəsinin rəisi, polis polkovniki cənab Zaur Nəsirova Hörmətli Zaur müəllim, Göygöl Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 3(066)-459/2023 nömrəli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “04” səhifə. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84, Faks: (02220) 5-23- 84 İş № 3(066)-459/2023 «23» noyabr 2023-ci il Şəxs Gəncə şəhəri Gülüstan qəsəbəsi, bina 33, mənzil 6 Zərərçəkmiş şəxs Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 58, mənzil 12 Göygöl Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 3(066)-459/2023 nömrəli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “04” səhifə. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar