Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-46/2024 06.02.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, X3 iclas katibliyi, Göygöl rayon Prorkurorluğunun nümayəndəsi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkı ilə, xx.xx.2005-ci ildə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Göygöl rayon Toğanalı kəndində yaşayan Şəxs (AA 3669751) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 332.4-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: xx.xx.2023-cü il tarixdə təxminən saat 13:00 radələrində sürücü Şəxs idarə etdiyi VAZ 21074 markalı, ** EK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə X2 idarə etdiyi VAZ 21061 markalı ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin toqquşması ilə nəticələn yol nəqillyat hadisəsi baş vermiş və VAZ 21061 markalı ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sərnişini X1 bazu sümüyünün aşağı1\3-nin qəlpəli, yerdəyişmiş qapalı sınığı, alın nahiyyəsinin siyrılmış yarası ilə müşahidə olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan,sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almışdır . Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, idarə etdiyi VAZ 21074 markalı, ** EK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə X2 idarə etdiyi VAZ 21061 markalı ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil toqquşmuş və VAZ 21061 markalı ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sərnişini X5 xəsarət almışdır. Həmçinin Şəxs bildirmişdir ki 2 ildir sürücülük hüququ olmadan avtomobil idarə edir və bu yaxınlarda etibarnamə almışdır. Məhkəmə iclаsındа Göygöl rayon Prorkurorluğunun nümayəndəsi X6, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh görülməsini istədi . Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-nin 332.4-cü maddəsi ilə inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 332.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, inzibаti iş mаteriаllarına əlаvə edilmiş: xx.xx.2024-cü il tarixli, Təqrirlə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 13:00 radələrində sürücü Şəxs idarə etdiyi VAZ 21074 markalı, ** EK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə X2 idarə etdiyi VAZ 21061 markalı ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin toqquşması ilə nəticələn yol nəqillyat hadisəsi baş vermiş və VAZ 21061 markalı ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sərnişini X1 bazu sümüyünün aşağı1\3-nin qəlpəli, yerdəyişmiş qapalı sınığı, alın nahiyyəsinin siyrılmış yarası ilə müşahidə olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan,sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almışdır. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 13:00 radələrində sürücü Şəxs idarə etdiyi VAZ 21074 markalı, ** EK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə X2 idarə etdiyi VAZ 21061 markalı ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin toqquşması ilə nəticələn yol nəqillyat hadisəsi baş vermiş və VAZ 21061 markalı ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sərnişini X1 bazu sümüyünün aşağı1\3-nin qəlpəli, yerdəyişmiş qapalı sınığı, alın nahiyyəsinin siyrılmış yarası ilə müşahidə olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan,sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almışdır. Bununla da Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında qeyd edilən əməli törətdiyini etiraf edərək əməlindən səmimi peşman olmasını və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Göründüyü kimi Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Odur ki, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, ona təqsirli olduğu İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Belə olan halda Şəxs İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, bаrəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, zərərçəkmiş şəxsə və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Gəncə şəhəri üzrə İcra İdarəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim:Qələmdar Abbasov. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ___ _________________________________________ ___ __ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-23-84 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan _ İş № 3(066)-46/2024 06 fevral 2024-cü il Göygöl rayon Prokurorluğuna Göygöl rayon polis şöbəsinə Göygöl şəhəri, A.Hacıyev küçəsi, 93 Surəti: Şəxs Göygöl rayon Toğanalı kəndi Göygöl Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 3(066)-46/2024 nömrəli qərarının surəti məlumat üçün sizə göndərilir. Qoşma: qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №3(066)-46/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-46/2024
06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver