Məhkəmə qərarları › İş №3(066)-460/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-460/2023

29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-460/2023 29.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və İnzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl Rayon Polis Şöbəsinin sahə rəisi polis mayoru X1 iştirakları ilə, xx.xx.1972-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, deməyinə görə əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu Şurtan kəndində qeydiyatda olan Göygöl rayonu Balçılı kəndindı yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 29 sentyabr 2023-cü il tarixdə Göygöl rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Balçılı kəndi ərazisində polis əməkdaşlarının qaununi tələblərinə qəsdən tabe olmamışdır Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə özünü təqsirli bilərək, törətdiyi əməldən peşiman olmasını bildirmişdir . Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl Rayon Polis Şöbəsinin sahə rəisi polis mayoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 29 sentyabr 2023-cü il tarixdə Göygöl rayonu Balçılı kəndində Şəxs tikiti apardığını, ərazidə xidmət aparan polis əmakdaşlarının Şəxs tikintiyə icazə sənədinin və tikinti ilə bağlı sədlərinin olub olmamasını soruçduqda Şəxs sənədinin olmadığını və tikitini davam etdirəcəyini bildirərək polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq yüksək səslə ucadan nəlayiq ifadələr işlətmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, Göygöl rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş protokola və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilkin və məhkəmə iclasında verdiyi izahatlarına əsasən Şəxs yuxarıda təsvir edilən inzibati xətanı törətməsi tam sübuta yetirilir və onun ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və əməlindən peşiman olmasını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati cəza təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-460/2023 29 sentyabr 2023-cü il Göygöl rayon Polis Şöbəsinə Göygöl şəhəri A.Hacıyev küçəsi 93 Şəxs Göygöl rayonu Balçılı kəndinə Şəxs barəsində olan Göygöl rayon məhkəməsinin 3(066)-460/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti «01» vərəqə. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar