Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-461/2024 02.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qurbanov Sənan Vüsal oğlunun katibliyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Kəlbəcər rayonu, Yellicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri Gülüstan qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 327.1, 332.4-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.4-cü maddələri ilə inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Göygöl rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs ğlu xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində idarət etdiyi «VAZ 2121» markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili Göygöl rayonu Qızılqaya qəsəbəsində idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə baxış iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 327.1, 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bildi və göstərdi ki, o, xx.xx.2024cü il tarixdə saat 15:00 radələrində idarət etdiyi «VAZ 2121» markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən “Lukoyl” yanacaq doldurma məntəqəsində çıxarkən yolda plakat olmasına görə gələn avtomobili görmədən yola çıxmış və həmin vaxtı yolu ilə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes-Benz Vita 11” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Nəticədə o xəsarət almış avtomobillərə ziyan dəymişdir. Məhkəmə baxış iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində idarət etdiyi “Mersedes-Benz Vita 11” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonu Qızılqaya qəsəbəsində hərəkətdə olarkən Şəxs idarət etdiyi «VAZ 2121» markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Lukoyl” yanacaq doldurma məntəqəsində onun hərəkət istiqamətinə çıxmışdır. Nəticədə avtomobillər toquşmuş, onlara ziyan dəymiş və Şəxs xəsarət almışdır. Hal-hazırda Şəxs ona dəyən ziyanı ödəməmiş, ancaq ondan şikayət və tələbi yoxdur. Ona dəyən ziyan sığorta təşkilatı tərəfində ödəniləcəkdir. İnzibati materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən məlum olur ki, Yol-nəqliyyat hadisəsi xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən “Lukoyl” yanacaq doldurma məntəqəsinin qarşısında baş vermişdir. Məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.4-cü maddəsinin tərkibi vardır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1, 332.4-cü maddələrinə əsasən inzibati protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görəbeş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsində göstərilir ki, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, daha ağır inzibati tənbeh nəzərdə tutulan Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən 500 (beş yüz) manat inzibati cərimə edilməli, inzibati tənbehin məqsədlərinə çatmaq baxımından onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106-119, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, o, Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra idarəsinə həvalə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №3(066)-461/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-461/2024
02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver