Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-462/2024 02.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3561/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 10 mart 2005-ci il təvəllüdlü X4 və 09 may 2008-ci il təvəllüdlü X1 üçün qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Zərərçəkmiş şəxs xeyrinə tutulan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-977/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay hər bir uşaq üçün sabit məbləğdə 120 manat olmaqla, cəmi 240 manat müəyyən edilməsi qət edilmişdir. İcra sənədi qanuni qüvvəsini aldığından icra edilməsi üçün Göygöl RİPŞ-yə göndərilmiş və xx.xx.2021-ci il tarixdə onun tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 3561/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri yerinə yetirmək üçün 10 gün vaxt verilməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmışdır. 2023cü ilin dekabr ayında borclunun barəsində 4000 manat borcu olması səbəbdindən protokol tərtib edilmiş və razılıq əldə edildiyi üçün icraata xitam verilmişdir. Hazırda borclunun icra sənədi üzrə 3950 manat borcu yaranmışdır. Borclunun əvvəl aylıq ödənişi 240 manat olmuş, lakin 2023-cü ilin mart ayında uşaqlardan birinin 18 yaşı tamam olması səbəbindən aylıq ödəniş 120 manata düşmüşdür. Borclu tərərfindən 2024-cü ilin yanvar 200 manat, aprel ayında 350 manat, iyul ayında 150 manat, xx.xx.2024-cü il tarixində isə 350 manat ödəniş edilmişdir. 2024-cü ilin geri qalan aylarında borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, özünü qismən təqsirli bilir. Belə ki, 2021-ci il tarixdə onu 9 ay müddətinə həbs edilmiş və həmin vaxt onun tərəfindən borc tam şəkildə ödənmiş bundan sonra 2021-ci ilin avqust ayında azad edilmişdir. Bundan 3-4 ay sonra o 8 sutka inzibati həbs edilmiş, daha sonra isə qolbaq cəzası təyin edilmiş və onun qolbağı 2024-cü ilin avqust ayında çıxarılmışdır. Ona işləməyə imkan vermədikləri üçün o işləyə bilmir. Əlavə olaraq bildirdi ki, mobil telefon işlədir. Onun başqa ailəsindən hazırda 2 uşağı vardır və həmin uşaqlara da o baxır. Onun uşağına elçi gəlmiş, onu ata kimi sayıb çağırmamışlar. Onun imkanı olmadığı üçün aliment borcundan ödəniş etməmişdir. Onun digər ailədən olan uşaqlarına baxmağa anası da kömək edir. O Göygöl rayonunda restoranda iş tapmış, axtarış verildiyi üçün çıxmışdır. O, 1 ay bundan qabaqdan işlədiyi üçün borcundan ödəniş edə bilmişdir. Bakıda işləmiş çağırıldığı üçün gəlmiş və ordan işdən çıxmışıdr. O, 200 manat borc alıb borcundan ödəyə bilər və hər ay stabil 200 manat ödəyəcək. 2024-cü ildə o tutulmamış, lakin ayağında qolbaq olduğu üçün iş tapa bilməmişdir. O yeni iş tapmışdır. Məhkəmə tərəfindən ona vaxt verilsə xx.xx.2024-cü il tarixədək o borcundan cəmi 500 manat ödəyə bilər. Məhkəmə iclas zalında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclu daim məhkəmə zalında borcundan ödəniş edəcəyini desə də məhkəmədən sonra o borcundan heç bir ödəniş etmir. Həmçinin onu zəng vuraraq təhqir edir və ondan pul istəməməsini bildirir. Onun qızının ailəsinə gedib deyəcəyini və qızının ailəsini dağıdacağını bildirir. O əvvəlcə də borcun 200 manat aliment ödənməsinə razı olsa da, borclu onu aldadaraq borcunu ödəməmişdir. O uşağının hazırlıq pulunu ödəməkdə çətinlik çəkir və borcdan ən azı 2000 manat ödənməsini istəyir. Məhkəmə tərəfindən borcluya vaxt verilməsinə razı deyil, qanuni qərar qəbul edilməsini xahiş etdi. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədlərinin tələbi heç bir üzrlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3561/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin surətindən görünür ki, 10 mart 2005-ci il təvəllüdlü X4 və 09 may 2008-ci il təvəllüdlü X1 üçün qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Zərərçəkmiş şəxs xeyrinə tutulan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-977/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay hər bir uşaq üçün sabit məbləğdə 120 manat olmaqla, cəmi 240 manat müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3561/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 2 uşaq üçün hər ay 240 manat aliment tutularaq X3 ödənilməlidir. Hazırki tarixə onun 3950 manat borcu qalmışdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3561/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 10 mart 2005-ci il təvəllüdlü X4 və 09 may 2008-ci il təvəllüdlü X1 üçün qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Zərərçəkmiş şəxs xeyrinə tutulan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-977/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay hər bir uşaq üçün sabit məbləğdə 120 manat olmaqla, cəmi 240 manat müəyyən edilməsi qət edilmişdir. İcra sənədi qanuni qüvvəsini aldığından icra edilməsi üçün Göygöl RİPŞ-yə göndərilmiş və xx.xx.2021-ci il tarixdə onun tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3561/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri yerinə yetirmək üçün 10 gün vaxt verilməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmışdır. Hazırki icra sənədi üzrə borc 3950 manatdır. Məhkəmə tərəfindən borcluya ödəniş edilməsi təklif edilməsinə baxmayaraq heç bir ödəniş edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədi üzrə ödəniş edilməyərək borcun yaranması, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmasını və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarıın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 12:05-dən hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-462/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-462/2024
02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver