Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-463/2024 02.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞnin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cü il tarixdə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sahibkar X4 Oğlunun yanında dəmirçi usta işləyən, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Qızılca Ə/D, Qızılca kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Göygöl RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraqməhkəmə müəyyən etdi: Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Göygöl rayonu, Qızılca kəndində uca səslə nalayiq ifadələr işlədərək qaydaları pozmuş, eyni zamanda polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzrədə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək, izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə gecə saat 23 radələrində Göygöl RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 xidmətdə olarkən, Göygöl rayonu, Qızılca kəndində yolun kənarında Şəxs uca səslə nalayiq ifadələr işlətməsini görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib etdiyi əmələ son qoymalarını tələb etmişlər. Lakin Şəxs uca səslə nalayiq ifadələr işlədib öz əməllərinə davam edərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə olan halda Şəxs ictimai qaydanı pozudğu və polisin qanuni tələblərinə qəsdən tabe olmadığında Göygöl RPŞ-nə gətirilmiş və barəsində müvafiq protokol tərtib edilmişdir. Əlavə olaraq bildirdi ki, əməliyyat müvəkilləri Şəxs xx.xx.2024-cü il tarixdə gecə saat 23 radələrində yaxınlaşmışlar. O, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə gecə saat 23 radələrində kəntdə yol kənarında köhnə tanışı ilə telefonla danışarkən əsəbi olduğu üçün bir balaca nalayiq ifadələr işlətmişdir. Həmin vaxt polislər küçədən keçərkən nalayiq ifadələri eşitmiş və ona yaxınlaşaraq özlərini təqdim etmiş və küçədə ucadan nalayiq ifadələr işlədilməsinin yalnış olmasını bildirmişlər. O həmin vaxt əsəbi olduğu üçün nə deməsini tam xatırlamır. O polislərə etiraz etməmişdir. Əlavə olaraq bildirdi ki, o həmin vaxt içkili olmamışdır. Həmin vaxt əsəbi olduğu üçün polis əməkdaşlarına nə deməsini tam xatırlamır. Polislər onu PŞnə dəvət edərkən o etiraz etməmişdir. O yol kənarında ucadan danışarkən polislər onu eşitmişdir. Həmin vaxt fikri telefonda olduğu üçün kənarda əlavə adamların olubolmamasına fikir verməmişdir. O telefonla danışarkən yalnız telefonda danışdığı şəxsə qarşı nalayiq ifadələr işlətmişdir. Belə ki, o “ay oğraş, ay cındır” kimi nalayiq ifadələr işlətmişdir. Yaxınlıqda evlər olmamışdır. O küçədə nalayiq ifadələr işlətməsi hissəsində özünü azda olsa təqsirli bilir. O ilkin olaraq qanunu bilmədiyi üçün özünü təqsirli bilmədiyini demiş, lakin hazırda azda olsa təqsirli olmasını bilir. Əlavə olaraq bildirdi ki, şahidlərin ətrafda insanlar olmasını deməsi ilə razılaşmır. O saxlanılarkən saat təxminən 23:30 radələri olmuşdur. Məhkəmədən etdiyi əmələ görə peşiman olmasını, xəstə anasının olmasının nəzərə alınaraq ona cərimə növündə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göygöl rayon polis şöbəsinin CABnin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində bildirdi ki, Şəxs ilə heç bir qohumluq münasibətləri və ədavəti yoxdur. Onlar Şahid2la birgə xidmətdə olarkən özü yuyulan moykanın yanında, Göygöl rayon Qızılca kəndində adı sonradan onlara məlum olmuş vətandaş Şəxs telefonla danışdığını, agressiv hərəkətlər etməsini və ucadan nalayiq ifadələr işlətməsini görüb ona yaxınlaşaraq onu xidməti vəsiqələrini göstərib onu nizam intizama dəvət etmişlər, lakin vətandaş Şəxs onların qanuni tələblərinə məhəl qoymadan öz hərəkətini davam etdirərək onun və polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra onu polis şöbəsinə dəvət etmişlər, həmin vaxt Şəxs gəlmək istəməmiş dəfələrlə irad bildirdikdən sonra Şəxs onların iki nəfər olmasını gördükdən sonra o PŞ-nə gəlmişdir. Əlavə olaraq bildirdi ki, o Şəxs yaxınlaşmış və özünü təqdim etmiş, həmin vaxt Şəxs telefonla danışmağı saxlamış və ona da söyünc etmişdir. Lakin o polis əməkdaşı olduğunu təkrarladıqdan sonra Şəxs “nə olur polis” olanda demişdir. Bundan sonra onu polis şöbəsinə dəvət etmişlər lakin Şəxs ilkin olaraq etirazını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göygöl rayon polis şöbəsinin CABnin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 ifadəsində bildirdi ki, Şəxs ilə heç bir qohumluq münasibətləri və ədavəti yoxdur. xx.xx.2024-cü il tarixdə gecə saat 23 radələrində Onlar Şahid1lə birgə xidmətdə olarkən Göygöl rayon Qızılca kəndində adı sonradan onlara məlum olmuş vətandaş Şəxs telefonla danışdığını, agressiv hərəkətlər etməsini və ucadan nalayiq ifadələr işlətməsini görüb ona yaxınlaşaraq ona xidməti vəsiqələrini göstərib onu nizam intizama dəvət etmişlər və küçədən insanların keçməsini bildirmişlər. Lakin vətandaş Şəxs onların qanuni tələblərinə məhəl qoymadan öz hərəkətini davam etdirərək onların üzərinə gəlməyə başlamışdır. Bundan sonra onu polis şöbəsinə gətirmişlər. Əlavə olaraq bildirdi ki, Şəxs telefonla danışdığı ərazidən daim insanlar keçir. Belə ki onun arxasında moyka, qarşısında isə market vardır. Həmin yerdə insanlar olmuşdur. Şəxs yaxınlaşaraq ona xidməti vəsiqələrini göstərib onu nizam intizama dəvət edən vaxt ikin olaraq onlara inanmamış və nalayiq ifadələr işlətməyə davam etmişdir. Daha sonra təkrar xidməti vəsiqələrini göstərib onu polis şöbəsinə dəvət edən zaman o bağışlayın səhf etdim demişdir. İlkin olaraq Şəxs PŞ-nə gəlməyə etiraz etmiş, daha sonra isə maşına minmişdir. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün qismən etirafedici ifadəsi, şahid ifadələri və Göygöl RPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs öz hərəkətləri ilə insanların narahat olmasına səbəb olan ifadələri qərəzli şəkildə və ucadan küçədə işlədərək ictimai qaydanı pozmuşdur. Bu zaman ondan hərəkətlərini dayandırmağı tələb edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamaqla, polis əməkdaşının fəaliyyətinə maneçilik yaratmaqla İXM-nin 535.1 və 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsini, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli hüquqlarının faktiki məhdudlaşdığı xx.xx.2024cü il tаrixdən, saat 11:30-dan hesablansın. Qərаrın icrаsı Göygöl rayon X2 Saxlama Yerinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-463/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-463/2024
02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver