Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-467/2024 18.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Qurbanov Sənan Vüsal oğlunun katibliyi ilə, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə Azərbaycan Respublikas Dövlət Reklam X1 Reklam İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala Göygöl rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikas Dövlət Reklam X1 Reklam İdarəsinin baş inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 28 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Göygöl rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan görünür ki, Şəxs 28 noyabr 2024cü il tarixdə saat 11:35-də Göygöl şəhəri M.C.Paşayev küçəsində açıq məkanda reklam sahəsində nəzarəti həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmişdir. Baş vermiş inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında 28 noyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı protokol tərtib edilmiş, həmin protokollar və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikas Dövlət Reklam X1 Reklam İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında içə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan “Açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamın təsvir olunması barədə” olan 28 avqust 2024-cü il tarixli, 2743 nömrəli aktdan məlum olur ki, Şəxs tərəfindən Göygöl şəhəri M.C.Paşayev küçəsində açıq məkanda “Reklam haqqında” Azərbaycan Respublikasnın qanunun tələbəri pozulmaqla 19,06 kvadrat metr sahədə reklam yayımlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikas Dövlət Reklam X1 Reklam İdarəsinin rəisinin 28 avqust 2024-cü il tarixli, 11-3-3/2-1728/2024 nömrəli “Açıq məkanda reklam yayımının həyata keçirilmə ilə bağlı qanunvericiliyin tələbləri pozulması hallarının aradan qaldırılması barədə” “Yazılı Göstərişindən” məlum olur ki, Şəxs tərəfindən Göygöl şəhəri M.C.Paşayev küçəsində yerləşən “Manqal dönəri” adlı obyekdə açıq məkanda yayımlanan reklamın yayımının dərhal dayandırılması, icazənin alınması üçün 5 gün müddətindəAzərbaycan Respublikas Dövlət Reklam X1 Reklam İdarəsinə müraciət edilməsi tələb edilmişdir. İş materiallarında olan “Açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamlarla bağlı tərtib edilmiş yazılı göstəriş tələblərinə əməl edilməsi vəziyyətinin yoxlanması barədə” olan 05 noyabr 2024-cü il tarixli, 4950 nömrəli aktdan məlum olur ki, Azərbaycan Respublikas Dövlət Reklam X1 Reklam İdarəsinin rəisinin 28 avqust 2024-cü il tarixli, 11-3-3/2-1728/2024 nömrəli “Açıq məkanda reklam yayımının həyata keçirilmə ilə bağlı qanunvericiliyin tələbləri pozulması hallarının aradan qaldırılması barədə” “Yazılı Göstərişin” tələblərini icra etməyərək Şəxs tərəfindən Göygöl şəhəri M.C.Paşayev küçəsində açıq məkanda “Reklam haqqında” Azərbaycan Respublikasnın qanunun tələbəri pozulmaqla 19,06 kvadrat metr sahədə reklam yayımlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikas Dövlət Reklam X1 Reklam İdarəsinin rəisinin Şəxs ünvanladığı 05 noyabr 2024-cü il tarixli məktubdan məlum olur ki, inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak etməsi üçün o, 28 noyabr 2024cü il tarixə saat 10:00-a Azərbaycan Respublikas Dövlət Reklam X1 Reklam İdarəsinə dəvət edilmişdir. İş materiallarında olan Şəxs barəsində tərtib edilmiş, 28 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan məlum olur ki, Şəxs tərəfindən Şəxs tərəfindən Göygöl şəhəri M.C.Paşayev küçəsində yerləşən “Manqal dönəri” adlı obyekdə açıq məkanda yayımlanan reklamın yayımının dərhal dayandırılması, icazənin alınması üçün 5 gün müddətində Azərbaycan Respublikas Dövlət Reklam X1 Reklam İdarəsinə müraciət edilməsi barədə olan 28 avqust 2024-cü il tarixli, 11-3-3/2-1728/2024 nömrəli “Açıq məkanda reklam yayımının həyata keçirilmə ilə bağlı qanunvericiliyin tələbləri pozulması hallarının aradan qaldırılması barədə” “Yazılı Göstərişinin” tələbi yerinə yetirilməmişdir. İş materiallarında olan Dövlət Reklam X1 Reklam İdarəsinin 29 noyabr 2024-cü il tarixli məktubdab məlum olur ki, 28 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surəti Şəxs göndərilmişdir. Bütün bunlara əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(066)-467/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-467/2024
18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver