Məhkəmə qərarları › İş №3(066)-471/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-471/2023

19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-471/2023 19.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X3 və Şəxs X5 müdiri Mİzəyev Vaqif iştirakı ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Göygöl rayon polis şöbəsinin X10 Bölməsindən daxil olmuş 22 sentyabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs mülkiyyətində və ya istifadəsində olan “Hundai İX35 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin), yəni Göygöl rayon polis şöbəsinin DYPBnin bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla Şəxs Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də protokol tərtib etmiş orqan - Göygöl rayon polis şöbəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X4 göstərdi ki, inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barəsində məlumat verilməsi barədə bildiriş Göygöl rayon polis şöbəsi tərəfindən Göygöl rayon Telekommunikasiya Qovşağına göndərilmiş, bu barədə Şəxs MMC-nin hüquqi ünvanına hər hansı sorğu daxil olmamışdır. Lakin buna baxmayaraq Şəxs MMC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını və Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclаsındа Göygöl rayon Telkommunikasiya Qovşağının rəisi Vaqif Mirzəyev göstərdi ki, “Hundai İX35 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi hadisə baş verməmişdən əvvəl, yəni xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə Gəncə Telekommunikasiya İdarəsinə təhvil verilmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs barəsindədə İXM-nin 347-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Göygöl rayon Telkommunikasiya Qovşağının balansında olan «Hundai İX35 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi həmin tarixdən Gəncə TKİNS-nin balansına təhvil verilmişdir. Göygöl RPŞ-nin DYPB-nin X1 ünvanladığı sorğudan və xəbərnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:37-də Şəxs mülkiyyətində (istifadəsində) olan «Hundai İX35 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 142-ci kilometrliyində müəyyən edilmiş hərəkət sürətinin 14 km/saat həddində aşıldığı üçün inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatın verilməsi xahiş olunmuşdur və sorğu xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Göygöl RPŞ-nin DYPB-nin İTÜ baş inspektoru polis baş leytenantı X6 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs mülkiyyətində və ya istifadəsində olan «Hundai İX35 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Göygöl rayon polis şöbəsinin DYPB-nin bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İXM-nin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş hüquqi şəxs Şəxs mülkiyyətində və ya istifadəsində olan “Hundai İX35 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin), yəni Göygöl rayon polis şöbəsinin DYPB-nin bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməməsi göstərilmiş və ona görə də Şəxs barəsində 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 347-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmək olmur. Çünki onun mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməməsi inzibati işin materialları və məhkəmə iclasında verilən izahatlarla sübut olunmur. Belə ki, iş materiallarında olan Göygöl RPŞ-nin DYPB-nin X1 ünvanladığı sorğudan və xəbərnamədən görünür ki, Şəxs hüquqi ünvanına sorğu göndərilməmişdir. Həmçinin təqdim edilmiş Təhvil-təslim aktından görünür ki, Göygöl rayon Telkommunikasiya Qovşağının balansında olmuş «Hundai İX35 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verməmişdən əvvəl, yəni xx.xx.2022ci il tarixdən Gəncə TKİNS-nin balansına təhvil verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-nin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Göründüyü kimi, Şəxs təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qüvvəyə minmiş qərarı ilə müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda Şəxsnun təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində məhz İXM-nin 347-ci maddəsinin tərkibi yoxdur. İXM-nin 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamasına görə iş üzrə icraata xitam verməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ___________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-23-84 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-471/2023 «19» oktyabr 2023-cü il Göygöl rayon polis şöbəsina Göygöl şəh., A.Hacıyev küçəsi, 93 Surəti: Şəxsnə Bakı şəhəri, Yasamal rayonu,Tbilisi prospekti, 187 Göygöl Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 3(066)-471/2023 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar