Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-472/2024 16.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qurbanov Sənan Vüsal oğlunun katibliyi, Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tələbkar X2 iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Daşkəsən rayonun da anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Daşkəsən rayonu Pirverdilər kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Göygöl rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Göygöl Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu Şəxs, Göygöl Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(066)-28/2024 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********57, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 04 noyabr 2016-cı il olan çıxarışda qeyd edilən iddiaçı X2 mülkiyyətlərində olan 0,07 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 201 kvadrat metr hissəsi cavabdeh Şəxsn İsa oğlunun qanunsuz sahibliyindən (zəbtindən) azad edilsin və iddiaçı X3 qaytarılması və Şəxsn İsa oğlu tərəfindən tutulmuş 201 kvadrat metr torpaq sahəsinin 3,8 kvadrat metr hissəsində, qanunsuz olaraq tikilmiş tikililər onların öz hesablarına sökülməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilsə də, borclu Şəxs məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, Göygöl Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(066)-28/2024 saylı qətnaməsinə və icra vərəqəsi üzrə qanunsuz tutmuş olduğu 201 kvadrat metr torpaq sahəsini boşaldmamış və onun 3,8 kvadrat metr hissəsində, qanunsuz olaraq tikmiş tikililəri sökməmişdir. Buna görə də Göygöl rayon İcra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 16 dekabr 2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, Göygöl Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(066)- 28/2024 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən X2 mülkiyyətində olan 201 kvadrat metr torpaq sahəsini boşaldmamış və onun 3,8 kvadrat metr hissəsində, qanunsuz olaraq tikmiş tikililəri sökməmişdir. Bu isə onun maddi imkanın olmaması ilə bağlıdır. Qeyd edilən icra sənədini icra etmək istəyir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında göstərdi ki, Göygöl Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(066)-28/2024 saylı qətnaməsinə və icra vərəqəsi Göygöl rayon İcra və Probasiya şöbəsinə 29 iyul 2024-cü il tarixdə daxil olduqdan sonra dərhal icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş göndərilmiş o, Göygöl rayon İcra və Probasiya şöbəsinə dəvət edilmişdir. Bundan başqa ona icra sənədinin icra edilməsinin zəruriliyi barədə, həmçinin inzibati məsuliyyəti barədə rəsmi xəbərdrlıq göndərilmişdir. Borclu Şəxs Göygöl Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(066)-28/2024 saylı qətnaməsinə və icra vərəqəsini icra etməmişdir. İnzibati materiala əlavə edilmiş 10 iyun 2024-cü il tarixli, 2(066)-28/2024 saylı icra vərəqəsindən məlum olur ki, borclu Şəxs tələbkar X2 mülkiyyətində olan 201 kvadrat metr torpaq sahəsini boşaldmalı və həmin torpaq sahəsini 3,8 kvadrat metr hissəsində, qanunsuz olaraq tikmiş olduğu tikililəri sökməlidir. İş materillarında olan sənədlərin məzmunundan görünür ki, qeyd edilən məhkəmə qətnaməsinin, icra sənədinin icra olunması məqsədilə borcluya “tələbin könüllü icrası haqqında” bildiriş, daha sonra rəsmi xəbərdarlıqlar göndərilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin qeyd olunan digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə ...görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 16 dekabr 2024-cü il tarixdən, saat 17:05-dən hesablansın. Qərarın icrası Göygöl rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(066)-472/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-472/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver