Məhkəmə qərarları › İş №3(066)-474/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-474/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-474/2024 26.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl Rayon PŞ-nin YNH inspektoru, polis baş leytenantı Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2005-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam ali təhsilli, GDU-nun Turizm bələdçiliyi fakültəsinin İİ kurs tələbəsi, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində vət. Şəxs özünə məxsus Toyota Corolla markalı **-ZY-*** d.q.n-lı avtomobili ilə Göygöl rayon Yeni Qızılca kəndinin körpüsünü keçib yolun kənarında avtomobili saxlamış və geriyə dönmək istəyərkən yan güzgüdən arxaya baxan zaman VAZ21015 markalı avtomobilin gəldiyini görmüş, buna baxmayaraq həmin avtomobilin keçməsini gözləmədən hərəkətə başlamış, nəticədə arxadan gələn VAZ210154 markalı, **-BU-*** d.q.n-lı avtomobil Şəxs idarə etdiyi avtomobil ilə sol arxa qapı hissəsindən toqquşaraq hər iki avtomobilə maddi zərər dəymişdir. Bundan başqa hər iki avtomobilin sürücüləri Şəxs və Zərərçəkmiş şəxs1 eləcə də avtomobillərdə sərnişin qismində olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa “YÜNGÜL” zərər vurmaya aid edilən bədən xəsarətləri almışlar. Belə olan halda Toyota Corolla markalı **- ZY-*** d.q.n-lı avtomobilin sürücüsü Şəxs eləcə də VAZ210154 markalı, **-BU-*** d.q.n-lı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 'Teymur oğlunun əməllərində cinayət tərkibi yaranmadığından, hər iki sürücü barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, yol nəqliyyat hadisəsini törətmiş Toyota Corolla markalı **-ZY-*** d.q.n-lı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ei, 327.8-ci maddələrinin, yəni yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə tol i m i keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə Toyota Corolla markalı **-ZY-*** d.q.n-lı avtomobilin sürücüsü Şəxs barəsində inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Göygöl RPŞ-nin DYPB- yə həvalə edilmişdir. Buna görə də, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Göygöl Rayon PŞ-nin YNH inspektoru, polis baş leytenantı Nümayəndə inbiati protokolu müdafiə edərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində vət. Şəxs özünə məxsus Toyota Corolla markalı **-ZY-*** d.q.n-lı avtomobili ilə Göygöl rayon Yeni Qızılca kəndinin körpüsünü keçib yolun kənarında avtomobili saxlamış və geriyə dönmək istəyərkən yan güzgüdən arxaya baxan zaman VAZ21015 markalı avtomobilin gəldiyini görmüş, buna baxmayaraq həmin avtomobilin keçməsini gözləmədən hərəkətə başlamış, nəticədə arxadan gələn VAZ210154 markalı, **-BU-*** d.q.n-lı avtomobil Şəxs idarə etdiyi avtomobil ilə sol arxa qapı hissəsindən toqquşaraq hər iki avtomobilə maddi zərər dəymişdir. Bundan başqa hər iki avtomobilin sürücüləri Şəxs və Zərərçəkmiş şəxs1 eləcə də avtomobillərdə sərnişin qismində olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa “YÜNGÜL” zərər vurmaya aid edilən bədən xəsarətləri almışlar. Məhkəmədən barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs cərimə növündə inzibati tənbeh edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, boş vaxtlarında özünə məxsus Toyota Corolla markalı **-ZY-*** d.q.n-lı avtomobili ilə taksilik edir. xx.xx.2024-cü il tarixdə təxminən saat 21 radələrində qonşuları Ayxan və Bəhruzu Göygöl rayon Bəhrəmbəy kəndinə aparan zaman Yeni Qızılca kəndinin körpüsünü keçib birinci döngəni keçəndən sonra, çox getdiyini bilib yolun kənarında avtomobili saxlamış və geriyə dönmək üçün sola dönmə işığını yandıraraq sol yan güzgüdən arxaya baxdıqda VAZ 21015 markalı avtomobilin gəldiyini görmüş, ancaq məsafə uzaq olduğunu zənn edib hərəkətə başlamış və yolun ortasında olanda arxadan gələn VAZ 21015 markalı avrtomobil onun idarə etdiyi avtomobilin sol arxa qapısından vurmuş, nəticədə hər iki avtomobil yerində 180 dərəcə hərlənərək sol qabaq hissədən dəyib dayanmışdır. Nəticədə sol boyun nahiyyəsi avtomobilin orta dirəyinə dəyərək zədələnmişdir. Bundan sonra avtomobildən düşmüş, VAZ 21015 markal avtomobildə olan sürücü və 2 nəfər sərniş avtomobildən düşmüşvə sərnişinlərdən biri onun ünvanına nalayiq idfadə işlətmişdir. Lakin boynunda ağrı olduğuna görə həmin şəxsə cavab qaytarmamışdır. Sonra baxanda Ayxan və Bəhruzun da xəsarət alıdıqlarını, avtomobilinin sol arxa qapısının əzildiyini və şüşəsinin sındığını, sol arxa təkərin əyildiyini, sol qabaq buferin cızıldığını görüb 102 xidmətinə məlumat vermişdir. DYP əməkdaşı gələrək onu və VAZ21015 markal avtomobilin sürücüsünü sərxoşluq müayinəsindən keçirəndən sonra tibbi yardım almaq üçün xəstəxanaya getmişdir. Barəsində olan inizabti xəta haqqında iş üzrə özümü təqsirli bilir. Zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş zərər onun tərəfindən tam olaraq ödənilmişdir. Zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Odur ki, məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 21 radələrində qardaşı Yaviz və tanışı Fazil ilə özünə məxsus VA/.21015 markalı **-BU-*** d.q.n-lı avtomobili ilə Gəncə şəhərindən Göygöl rayon Yeni Qızılca kəndinə gedən zaman Yeni Qızılca kəndinin körpüsünü keçəndən sonra Fazili düşürtmək üçün dayanmış, lakin Fazil düşmək fikirindən daşınaraq, “OBA" marketin yanında düşəcəyini bildirmişdir. Bundan sonra o hərəkətə davam etmiş, Yeni Qızılca kəndinin girəcəyində yolun kənarında dayanan Toyota Corolla markalı avtomobilə çatanda həmin avtomobil qəfildən onun yoluna çıxmış və o təntiyib idarə etdiyi avtomobil ilə həmin avtomobilin arxa sol qapısına dəymiş, nəticədə hər iki avtomobil yerində hərlənərək hər iki avtomobil sol qabaq hissədən dəyib dayanmışdır. Həmin vaxt çənəsi və sinəsi rula dəymiş, alt dodağı və sinəsi zədələnmişdir. Qardaşı Yaviz dizindən, Fazil isə sağ qolundan xəsarət almışdır. Avtomobildən düşüb baxanda, avtomobilin sol qabaq hissəsinin, sol dirəyin əzildiyini, sağ qabaq farasının sındığını, sol qabaq qanad, kapot, akkumlyator, qabaq setka, radiatorun yararsız hala düşdüyünü, avtomiobilin ötürürcü qutusundan yağ töküldüyünü görmüşdür. Bundan sonra DYP əməkdaşı gələrək onun və toyota markalı avtomobilin sürücüsünü sərxoşluq müayinəsindən keçirmiş, bundan sonra o və qardaşı tibbi yardım almaq üçün xəstəxanaya getmişlər. Barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, Şəxs ona dəymiş zərəri tam olaraq ödəmişdir. Onun barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən inzibati xəta törədənə cəza verilməməsini xahiş etdi. Məhkəmə iclasında izahat vermiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 eyni məzmunlu izahatlar verərək, Şəxs və Zərərçəkmiş şəxs1 izahatlarını bir daha təsdiq etmişlər. Əlavə olaraq məhkəməyə ərizə təqdim edərək barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışlar. Şəxs onlara dəymiş zərəri tam olaraq ödəmişdir. Onların barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədən inzibati xəta törədənə cəza verilməməsini xahiş etmişlər. İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi Gəncə-Daşkəsən yolunun Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yolda baş vermişdir. Yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla, hadisə baş verən anda yol quru vəziyyətdə olmuş, avtomobil yolunun asfalt örtüyünün səthi hamar olduğundan sürücülərin hərəkəti üçün heç bir maneə yoxdur. Avtomobil yolu iki tərəfli hərəkət yoludur. Hadisə baş vermiş yer yaşayış sahəsinə aiddir. Baxış zamanı müəyyən olundu ki, sürücü Şəxs idarə etdiyi Toyota-Corolla markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Daşkəsən-Gəncə yolunun Göygöl rayonu Yeni Qızılca kəndindi ərazisində yolun kənarında dayanaraq geriyə Gəncə şəhəri istiqamətinə dönərkən arxadan gələn Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 210154 markalı **-BU-*** d.q.n-li avtomobili ilə Şəxs idarə etdiyi Toyota-Corolla markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısından vuraraq yol nəqliyyat hadisəsi törənmişdir. Həmin yol-nəqliyyat hadisəsi baş vermiş yolunun hərəkət hissəsinin eni 11.7 metrdir olmaqla avtomobillər yolun ortasında sol qabaq hissədən toqquşmuş vəziyyətdədir, yolda tormoz izi yoxdur. Hər iki avtomobilin qabaq sol hissəsi ǝznik Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ210154 markalı **-BU-*** d.q.n-lı avtomobili avtomobilin sağ qabaq farası sınmış, sol qabaq qanad, sol dirək əzilmiş, kapot, akkumlyator, qabaq setka, radiator yayarsız hala düşmüş, avtomiobilin ötrürcü qutusundan yağ tökülür. Şəxs idarə etdiyi Toyota-Corolla markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə sol arxa qapısı əzilmiş və şüşəsi sınmış, sol arxa təkəri əyilmiş, sol qabaq bufer cızılmış vəziyyətdədir. Baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edə biləcək heç bir iz və əşya aşkar edilib götürülməmişdir. Baxış sutkanın qaranlıq vaxtı, suni işıqlandırma şəraitində keçirilmiş, "Samsung" markalı rəqəmsal fotoaparatla şəkillər çəkilmiş, hadisə yerinin sxemi tərtib edilmişdir. MTE vo PA Birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsindən verilmiş ekspert rəylərində qeyd olunmuşdur ki, Şəxs, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər müayinə olunuanların dedikləri tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa “YİJNGÜL” zərər vurmaya aid edilir və xəsarətlərin yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş ərizələrdən görünür ki, barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışlar. O onlara dəymiş zərəri tam olaraq ödəmişdir. Onların barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədən inzibati xəta törədənə cəza verilməməsini xahiş etmişlər. İş materiallarında olan barəsində inzibati icraat aparılan Şəxs tərəfindən verilmiş ərizədən görünür ki, barəsində olan inizabti xəta haqqında iş üzrə özümü təqsirli bilir. Zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş zərər onun tərəfindən tam olaraq ödənilmişdir. Zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Odur ki, məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə “Avtomotoservis və ticarət" müəssisəsindən verilmiş xx.xx.2024-cü il tarixli “Qüsur aktı-Rəyi"ndə qeyd olunmuşdur ki, qəzaya uğramış VAZ210154 markalı, **-BU-*** d.q.n-lı avtomobilə 3.645 (üç min altı yüz qırx beş) manat maddi zərər toxunmuşdur. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək B1,B,C1,C kateqoriaylı nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş alkotester qəbzlərinin sürətindən görünür ki, xx.xx.2024-cü ildə keçirilən alkotester yoxlaması zamanı Şəxsda və Zərərçəkmiş şəxs1da alkoqol müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxslərin ərizələrini nəzərdən keçirdərək, protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, Şəxs törətdiyi əməli səmimi etiraf edib peşman olmasını, zərəçəkmiş şəxslərlə barışmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində inzibati cərimə növündə inzibаti tənbeh təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43, 115, 128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar