Məhkəmə qərarları › İş №3(066)-477/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-477/2023

19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-477/2023 19.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Samux rayonunda doğulmuş, subay, orta təhsilli, Gəncə şəhəri, ADAU-6 ətrafında yaşayan Şəxs (AZE ******** ) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Göygöl rayon polis şöbəsindən daxil olmuş İXP № ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023- cü il tarixdə saat 09:20 radələrində Zərərçəkmiş şəxs özünə məxsus Vaz 2107 markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Daşkəsən rayonundan yaşadığı Goranboy rayonu, Xoylu kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə təxminən 40-50 km/saat sürətlə yolun özünə məxsus olan hərəkət zolağında hərəkət edərkən Göygöl rayonu, Yalqışlaq kəndinin ərazisində yolun qarşı hərəkət zolağında olan və üzü Daşkəsən rayonu istiqamətində hərəkətdə olan Vaz-21093 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilnin sürücüsü Şəxs ötmə əməliyyatı etmək məqsədi ilə Zərərçəkmiş şəxs hərəkət etdiyi yolun hərəkət zolağına çıxmış, bu zaman Zərərçəkmiş şəxs qəzadan yayınmaq üçün əyləcə basaraq avtomobilini yolun sağ hissəsinə tərəf hərəkət etdirməyə çalışsa da yol dar olduğu və qarşıdan gələn Vaz-21093 markalı avtombobil sürətli hərəkət etdiyi üçün qəzadan yayına bilməmiş və nəticədə onların avtomobilləri toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə Vaz 2107 markalı, 20-DT442 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs sağ gicgah nahiyyəsinin və sol qulaq seyvanının yaraları, sol qulaq seyvanının qançırı və şişkinliyi, sol bazu nahiyyəsinin sıyrığı kimi yüngül bədən xəsarəti almışdır. Bununla da Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də protokolu tərtib etmiş orqanın nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, əməlindən peşiman olduğunu bildirdi və nəzərə alınmasını xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-nin 327.8-ci maddəsi ilə inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Göygöl RPŞ-nin TB-nin təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlnması rədd edilmiş və onun barəsində İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş tənbeh tədbirinin seçilməsi üçün qəbul edilmiş qərarın surəti Göygöl RPŞ-nin DYPB-yə göndərilmişdir. İş materiallarında olan “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən” inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:45-də idarə etdiyi "VAZ 21093 minik" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2023- cü il tarixdə saat 09:20 radələrində Zərərçəkmiş şəxs özünə məxsus Vaz 2107 markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Daşkəsən rayonundan yaşadığı Goranboy rayonu, Xoylu kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə təxminən 40-50 km/saat sürətlə yolun özünə məxsus olan hərəkət zolağında hərəkət edərkən Göygöl rayonu, Yalqışlaq kəndinin ərazisində yolun qarşı hərəkət zolağında olan və üzü Daşkəsən rayonu istiqamətində hərəkətdə olan Vaz-21093 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilnin sürücüsü Şəxs ötmə əməliyyatı etmək məqsədi ilə Zərərçəkmiş şəxs hərəkət etdiyi yolun hərəkət zolağına çıxmış, bu zaman Zərərçəkmiş şəxs qəzadan yayınmaq üçün əyləcə basaraq avtomobilini yolun sağ hissəsinə tərəf hərəkət etdirməyə çalışsa da yol dar olduğu və qarşıdan gələn Vaz-21093 markalı avtombobil sürətli hərəkət etdiyi üçün qəzadan yayına bilməmiş və nəticədə onların avtomobilləri toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə Vaz 2107 markalı, 20-DT442 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs sağ gicgah nahiyyəsinin və sol qulaq seyvanının yaraları, sol qulaq seyvanının qançırı və şişkinliyi, sol bazu nahiyyəsinin sıyrığı kimi yüngül bədən xəsarəti almışdır. Ona görə də Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, ona təqsirli olduğu İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehi tətbiq edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, ona üç yüz manat məbləğində cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 109, 112, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərk, bаrəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Gəncə şəhəri üzrə İcra İdarəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _______________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-477/2023 «19» oktyabr 2023-cü il Göygöl rayon polis şöbəsinə, (Göygöl şəhəri, A.Hacıyev küçəsi, 93) Şəxs (Gəncə şəhəri, ADAU-6 ətrafı) Göygöl Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 3(066)-477/2023 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar