Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-481/2024 23.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ İş № 3(066)-481/2024 ÇİXARİŞ Azərbaycan Respublikası adından QƏRAR (İnzibati xəta haqqında iş üzrə) xx.xx.2024-cü il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsi Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra X2 icra məmuru İsgəndərov Rövşən oğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Daşkəsən rayonu Bayan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Daşkəsən rayonu Bayan kəndində qeydiyyatda olan, Göygöl rayonu Qızılca kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 8 (səkkiz) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 17:05-dən hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Məmmədov Mübariz AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ-2500 Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A Tel: (0222) 5-23-84, Faks: (0222) 5-23-84 www.goygolcourt.gov.az Elektron ünvan İş № 3(066)-481/2024 xx.xx.2024-cü il Göygöl rayon polis şöbəsinin rəisi, polis polkovniki cənab Şəmşir Kazımova Göygöl Rayon İcra X2 rəisi cənab Oktay Hüseynova Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(066)-481/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan çıxarış icra olunması üçün Sizə göndərilir. Qoşma: qərardan çıxarış “___“ vərəqə Hakim: Məmmədov Mübariz
Məhkəmə qərarları › İş №3(066)-481/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-481/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver