Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-482/2024 26.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, tələbkar Zərərçəkmiş şəxs Zeynalabdin qızının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 pr, 475 inzibati bina ünvanında qeydiyyatda olmaqla Göygöl rayonu, Quşqara kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-784/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimnetin məbləği artırılıaraq hər ay sabit məbləğində 190 (bir yüz doxsan) manat məbləğində müəyyə edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-66/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən təmir xərclərinin əvəzi qismində 8316 (səkkiz min üç yüz on altı) manat 23 (iyirmi üç) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 11 (on bir) manat pul cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs Zeynalabdin qızına ödənilməsi qət edilmişdir. İcra sənədi qanuni qüvvəsini aldığından icra edilməsi üçün Göygöl RİPŞ-yə göndərilmiş və xx.xx.2024-cü il tarixdə onun tərəfindən Göygöl Rayon Məhkəməsinin 2(066)-784/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən və xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinin 2(125)-66/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri yerinə yetirmək üçün 10 gün vaxt verilməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmışdır. Hər iki icra sənədi xx.xx.2024-cü il tarixdə bir icraatda birləşdirilmişdir. Hazırda borclunun alimentlə bağlı icra sənədi üzrə 2190 manat borcu yaranmışdır. Əlavə olaraq bildirdi ki, əvvəlcə də şəxsin barəsində inizbati protokol tərtib edilmiş və razılıq əldə edildiyi üçün xitam verilmişdir. Alimentlə bağlı aylıq ödəniş 190 manatdır. İkinci icra sənədi üzrə cəmi 700 manat ödəniş edilmişdir. Şəxsin barəsində axtarış qərarı qəbul edilmişdir. Borclu Şəxs alimentlə bağlı xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 10 manat, xx.xx.2024-cü il tarixdə 30 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 30 manat, xx.xx.2024-cü il tarixdə 40 manat, xx.xx.2024-cü il tarixdə 30 manat, xx.xx.2024-cü il tarixdə 30 manat, xx.xx.2024-cü il tarixdə 30 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 30 manat, xx.xx.2024-cü il tarixdə 10 manat olmaqla cəmi dekabr ayı üzrə 100 manat, noyabr ayı üzrə 110 manat, oktyabr ayı üzrə 80 manat, sentyabr ayı üzrə 110 manat, avqust ayı üzrə 120 manat, iyul ayı üzrə 80 manat, iyun ayı üzrə 180 manat, may ayı üzrə 160 manat, aprel ayı üzrə 40 manat, mart ayı üzrə 130 manat, fevral ayı üzrə 100 manat, yanvar ayı üzrə 150 manat ödəniş edilmişdir. Qeyd olunan hesablamalarla borclunun alimentlə bağlı 2190 manat borcu yaranmışdır. Digər icra sənədi üzrə borcdan 700 manat ödənilmiş və hazırda 7627 manat borc yaranmışdır. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, özünü təqsirli bilir. Hesab edir ki, onun alimentlə bağlı 1400 manat borcu vardır. Digər icra sənədi üzrə borcundan 500 manat və 200 manat olmaqla cəmi 700 manat ödəniş etmişdir. Ona guya ki evin təmirinə yardım etdiklərini bildirmişlər və daha sonra isə artıqlaması ilə tələb etmişlər. Onun hazırda imkanı yoxdur. Ev satışa qoyulmuşdur, satıldıqdan sonra borcunu verəcək. Əlavə olaraq bildirdi ki, onun aylıq aliment ödənişi 190 manatdır. İşsiz olduğu üçün o heç vaxt aylıq alimenti olan 190 manatı tam ödəyə bilməmişdir. Qiyməti 1.80 manat olan “Classic” markalı siqaret çəkir. Aprel ayında işləmədiyi üçün az ödəmişdir. İyul ayında işləmiş lakin daimi işləmədiyi üçün az ödəniş etmişdir. Hazırda onun alimentlə bağlı 1400 manat borcu var. O alimentlə bağlı olan borcundan hazırda 150 manat ödəniş edə bilər. Ona 10 gün vaxt verilərsə borcundan 500 manat ödəyə bilər. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclas zalında tələbkar Zərərçəkmiş şəxs Zeynalabdin qızı izahatında bildirdi ki, o borclu tərəfindən 150 manat ödənilməsinə razı deyil. Borcun tam şəkildə ödənilməsini əks təqdirdə borclunun həbs edilməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, məhkəmədə alimentlə bağlı borcdan qeyd olunan hesablama ilə bağlı razılaşır həmin məbləğlər ona ödənilmişdir. Digər icra sənədi üzrə borcdan cəmi 700 manat ödənilmişdir. Məhkəmə tərəfindən borcluya vaxt verilməsinə razı deyil. Borcun tam şəkildə ödənməsini əks təqdirdə borclunun həbs edilməsini xahiş etdi. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədlərinin tələbi heç bir üzrlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 2(066)-784/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin sürətindən görünür ki, Şəxs xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimnetin məbləği artırılıaraq hər ay sabit məbləğində 190 (bir yüz doxsan) manat məbləğində müəyyə edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 2(125)-66/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin sürətindən görünür ki, təmir xərclərinin əvəzi qismində 8316 (səkkiz min üç yüz on altı) manat 23 (iyirmi üç) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 11 (on bir) manat pul cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs Zeynalabdin qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-784/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 1 uşaq üçün hər ay 190 manat aliment tutularaq Zərərçəkmiş şəxs Zeynalabddin qızına ödənilməlidir. Məhkəmənin 2(125)-66/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən isə 8327 manat pul tələbi Z.Zərərçəkmiş şəxs ödənilməlidir. Hal-hazırda borclu Şəxs 2024-cü ilin dekabr ayı daxil olmaqla 2190 manat aliment borcu yaranmışdır. Şəxs hər iki qətnamə üzrə borcunu hissə-hissə ödəyəcəyini borcunu bu gün tam bağlaya bilməyəcəyini qısa zamanda ödəyib bağlayacağını bildirdi. İş materiallarında olan “borclunun axtarışı” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu xx.xx.1985-ci il təvəllüdlü ünvan 1 pr-ti 475 inzibati binada qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi və qərarın icra edilməsi üçün Gəncə şəhər 1-ci Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan “icra sənədlərinin bir icraatda birləşdirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-66/2024 saylı xx.xx.2024-cü il tarixli və Göygöl Rayon Məhkəməsinin 2(066)-784/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-784/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimnetin məbləği artırılıaraq hər ay sabit məbləğində 190 (bir yüz doxsan) manat məbləğində müəyyə edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-66/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən təmir xərclərinin əvəzi qismində 8316 (səkkiz min üç yüz on altı) manat 23 (iyirmi üç) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 11 (on bir) manat pul cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs Zeynalabdin qızına ödənilməsi qət edilmişdir. İcra sənədi qanuni qüvvəsini aldığından icra edilməsi üçün Göygöl RİPŞ-yə göndərilmiş və xx.xx.2024-cü il tarixdə onun tərəfindən Göygöl Rayon Məhkəməsinin 2(066)-784/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən və xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinin 2(125)-66/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri yerinə yetirmək üçün 10 gün vaxt verilməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmışdır. Hər iki icra sənədi xx.xx.2024-cü il tarixdə bir icraatda birləşdirilmişdir. Hazırda borclunun alimentlə bağlı icra sənədi üzrə 2190 manat, pul tələbi ilə bağlı icra sənədi üzrə 7627 manat borc yaranmışdır. Məhkəmə tərəfindən borcluya ödəniş edilməsi təklif edilməsinə baxmayaraq heç bir ödəniş edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədi üzrə ödəniş edilməyərək borcun yaranması, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmasını və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarıın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 12:15-dən hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-482/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-482/2024
26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver