Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-490/2023 13.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Şəmkir rayon Təzəkənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 13 oktyabr 2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci mаddəsi ilə inzibаti xətа haqqında prоtоkоl tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 00 radələrində Göygöl rayonu, Nadil kəndi ərazisində Zərərçəkmiş şəxs döymüşdür. Protokol tərtib etmiş şəxs Göygöl RPŞ-nin İTB-nin sahə rəisi X8 məhkəmə iclasında çıxış edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 00 radələrində Göygöl rayonu, Nadel kəndində yerləşən "Nadel" kafenin yaxınlığında şəxsi münasibətlər zəminində X10, X9, Şəxs, X6, Zərərçəkmiş şəxs və X16 arasında mübahisə olmuş, mübahisə zamanı X10, Şəxs və X6 əlləri ilə Zərərçəkmiş şəxs vuraraq ona sağ diz, sol əl nahiyələrinin səthi yaraları, sağ gicgah, alın, sağ said, sağ bazu, sol dirsək, sağ kürək, döş qəfəsinin və sol diz nahiyələrinin sıyrıqları, başın-ənsə və sağ qalça nahiyyələrinin qançırları ilə müşayiət edilən və sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmişlər. Eyni zamanda baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs əli ilə X2 və Şəxs, X16 əli ilə X7 və X4, Kazımlı Bəxtiyar Qacǝr oğlu və X9 da X12 vuraraq döymüşdür. Aparılan araşdırma zamanı X6, Şəxs, X16, X9 və X10 da şikayətləri olmadığını və almış olduqları xəsarətlərin sağalmasını bildirərək məhkəmə-tibbi ekspertiza müayinəsindən keçməkdən imtina etmişlər. Şikayətlə əlaqədar Göygöl RPŞ-nin TB-də araşdırma aparılmış, araşdırma zamanı X9, X10, Şəxs, X6 və X16 ərizə verərək heç bir şikayət və tələblərinin olamdığını bildirmişlər. Göygöl RPŞ-nin TB-nin xx.xx.2023-cü il tarixli qərarı ilə X3, X5, Şəxs, X1, Zərərçəkmiş şəxs və X11 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs döyən X5, Şəxs və X1 barələrində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib təhbeh tədbiri görülməsi üçün qərarın surəti Göygöl RPŞ-nin İTB-yə göndərilmişdir. Tərəfindən Göygöl RPŞ-də xx.xx.2023-cü il tarixdə Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək sonuncunun barəsində qanuni tədbir görülməsi üçün rayon məhkəməsinə gətirmişdir. Odur ki, protokolunu müdafiə edir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bidlirdi və barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclаsındа Zərərçəkmiş şəxs çıxış edərək ifadəsində Şəxs ilə barışmadıqlarını, ondan şikayətçi olduğunu bildirərək Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Göygöl rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla, zərərçəkmiş şəxsin ifadəsi və protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 avqust 2023-cü il tarixli qərarla tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında araşdırılmış Göygöl RPŞ-nin TB-nin təhqiqatçısı Nizami Şəbəndəyev tərəfindən qəbul olunmuş 17 avqust 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başalanması rədd edilməklə bərabər, onların barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Göygöl RPŞ İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Göygöl rayon PŞ-nin sahə rəisi Vüsal Mustafayev tərəfindən tərtib edilmiş MN № ******* nömrəli, 13 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 00 radələrində Göygöl rayonu, Nadel kəndində yerləşən "Nadel" kafenin yaxınlığında Zərərçəkmiş şəxs döymüşdür. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə Göygöl rayon PŞ-nin sahə rəisi V.Mustafayev tərəfindən tərtib edilmiş protokola, Göygöl RPŞ-nin TB-nin təhqiqatçısı Şəbəndəyev Nizami tərəfindən qəbul olunmuş 17 avqust 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara, iş üzrə zərəçəkənin və barəsində inzibati xəta haqqında iş uzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatına əsasən Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir, məhkəmə hesab edir ki Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106-119-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-490/2023 13 oktyabr 2023-cü il Göygöl rayon Polis Şöbəsinə Göygöl şəhəri A.Hacıyev küç 93 Şəxs Şəmkir rayon Təzəkənd kəndi Zərərçəkmiş şəxs Bakı şəhəri Polad Həşimov küçəsi ev 1 Göygöl Rayon Məhkəməsinin 3(066)-490/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma : qərarın surəti « » vərəq. Hakim: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №3(066)-490/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-490/2023
13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver