Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-490/2024 27.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Göygöl rayonu, Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Şəhriyar kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Göygöl rayonu Şəhriyar kəndində Şəxs ilə həmkəndlisi Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş və mübahisə zamanı Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs vuraraq ona dərəcəsi təyin edilməyəm xəsarət yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Nümayəndə tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında haqqında protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Nümayəndə ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Göygöl rayonu Şəhriyar kəndində Şəxs ilə həmkəndlisi Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş və mübahisə zamanı Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs vuraraq ona dərəcəsi təyin edilməyəm xəsarət yetirməklə AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə olan halda Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilməklə, Şəxs AR tXM-nin 157ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilmiş, bundan sonra tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilərək, baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində o, tanışı Rahib, Rəfail və onun qohumu Samir ilə birlikdə yaşadığı kəndin ərazisində spirtli içki qəbul etmişdir. Bundan sonra onlar birlikdə kəndin ərazisində gəzən zaman Rəfail ilə onun arasında səbəbsiz yerə mübahisə baş vermişdir. Mübahisə zamanı Rəfail onun üzərinə gəldikdə o, Rəfaili geri itələmişdir. Rəfail cibindən boz rəngli bıçağı çıxararaq yenidən onun üzərinə gəlmək istədikdə o, əl zərbəsilə Rəfailin üz nahiyəsindən vurmuşdur. Bundan sonra Rahib və onun qohumu Samir Rəfaili sakitləşdirmişdir. Daha sonra qohumu Samir Rəfaili yaşadığı evə aparmışdır. O, da öz yaşadığı ünvana getmişdir. Törətdiyi əməldən peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmış, zərərçəkmişin ondan heç bir şikayət və tələbi yoxdur bu barədə məhkəməyə ərizə təqdim edərək məhkəmədən barəsində inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə iştirakı ilə izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində yaşadığı kəndin ərazisində olan zaman onunla eyni kəndə yaşayan X2 və Şəxs sərxoş vəziyyətdə ona yaxınlaşaraq 5 manat pul verib onlara mağazadan siqaret almağını ondan xahiş etmişlər. O, isə Rahib və Mövlaya etiraz edərək mağazaya getməyəcini demişdir. Bu zaman Şəxs ayağına vuraraq onu yerə yıxmışdır. Həmin vaxt Rahib yumruq zərbəsilə onu vuraraq döymüşdür. Bundan sonra o, Rahib və Mövlanı geri itələyərək yanlarından uzaqlaşmış və yaşadığı ünvana getmişdir. Hazırda Şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayəti və tələbi yoxdur və bu barədə məhkəməyə ərizə təqdim edərək inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə çıxışında göstərdi ki, hazırda Şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayəti və tələbi yoxdur və bu barədə məhkəməyə ərizə təqdim edərək inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş Göygöl Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 15 noyabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilməklə Şəxs AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilməsi, qəbul edilmiş qərarın surəti maraqlı şəxslərə göndərilməsi və qəbul edilmiş qərardan narazı qaldıqları halda Göygöl rayon prokurorluğuna, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququna malik olmalarının izah edilməsi, qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi və toplanmış materialın arxivdə saxlanılması üçün Göygöl RPŞnin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. Odur ki, Şəxs törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə uyğun olduğundan baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş “MTE və PA” birliyinin Göygöl rayon şöbəsindən təqdim edilmiş 617 saylı rəydə göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədən səthində, sağ çiyin və sol qulaq arxası sahənin sıyrıqları, sağ sarğı nahiyyəsinin qançırı, üst dodağın selikli qişasının səthi yarası - bərk küt əşyanın təsirindən törənməyə xarakterikdirlər müayinə olunanın dediyi vaxtda və şəraitdə əmələ gəlməyə uyğundurlar. Sağlamlığın pozulmasına səbəb olmadığından dərəcələri təyin olunmur. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi və inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-cı maddəsi ilə protokollaşdırılmışdır. İşdə olan zərərçəkmiş Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə tərəfindən verilmiş ərizədən görünür ki, Şəxs ilə barışmışlar ondan heç bir şikayət və tələbləri yoxdur. İşin icraatına xitam verilməsini xahiş etmişlər. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş ərizədən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs ondan heç bir şikayəti və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu-maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibаti xətаlаr hаqqındа işlər üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 114.2.1-cı mаddəsinə görə, bu Məcəllənin 53-cü mаddəsində nəzərdə tutulmuş hаllаrdаn biri mövcud оlduqdа, inzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаr qəbul edir. İnzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаrın surəti bаrələrində belə qərаr qəbul edilmiş şəxslərə göndərilir. Оnа görə də, məhkəmə hesаb edir ki, Zərərçəkmiş şəxs inzibаti xətаnı törədən şəxs ilə bаrışdıqlаrındаn Şəxs bаrəsində İXM-in 157-ci mаddəsi ilə bаşlаnmış inzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаr qəbul edilməli, qəbul edilmiş qərаrın surəti tərəflərə göndərilməlidir. Məhkəmə şərh оlunаnlаrа əsаslаnаrаq və Аzərbаycаn Respublikаsı İXM-in 30-34, 53, 106-115 və 157-ci mаddələrini rəhbər tutаrаq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrdаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Sədrlik edən:Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-490/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-490/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver