Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-498/2023 24.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, xx xxxxxx 1976-cı ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Göygöl rayonu Üçtəpə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 24 oktyabr 2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs 04 sentyabr 2023-cü il tarixdə Göygöl rayonu Üçtəpə kəndində qayınanası Zərərçəkmiş şəxs itələyib yıxaraq ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətmişdir . Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, onun qayınanası Zərərçəkmiş şəxs ilə mübhisəsi düşmüş ancaq onu itələyib yıxmadığını bildirmişdir . Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs gəlini Şəxs şikayətçi olduğunu. Gəlini qonşudan şəkillər götürüb gəldiyini və o şəkilləri istəyəndə mübahisə düşdüyünü, gəlini onun başına çəkiclə zərbələr vuruğunu bildirərək məhkəmədən Şəxs cəzalandırılmasını xahiş etmişdir . Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Göygöl rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla, zərərçəkmiş şəxslərin ifadələri və protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 oktyabr 2023-cü il tarixli qərarla tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında araşdırılmış Göygöl RPŞ-nin TB-nin təhqiqatcısı, polis baş leytenantı Elməddin Kamalov tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başalanması rədd edilməklə bərabər, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Göygöl RPŞ İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Göygöl rayon PŞ-nin sahə rəisi Elnur Həsənov tərəfindən tərtib edilmiş MN № ******* nömrəli, 24 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 04 sentyabr 2023-cü il tarixdə Göygöl rayonu Üçtəpə kəndində qayınanası Zərərçəkmiş şəxs itələyib yıxaraq ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə Göygöl rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş protokola, Göygöl RPŞ-nin TB-nin təhqiqatcısı, polis baş leytenantı Elməddin Kamalov tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara, iş üzrə zərəçəkənlərin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdikləri izahatlara əsasən Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106-119-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-498/2023 24 oktyabr 2023-cü il Göygöl rayon Polis Şöbəsinə Göygöl şəhəri A.Hacıyev küç 93 Şəxs Göygöl rayonu Üçtəpə kəndi Zərərçəkmiş şəxs Göygöl rayonu Üçtəpə kəndi Göygöl Rayon Məhkəməsinin 3(066)-498/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma : qərarın surəti « » vərəq. Hakim: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №3(066)-498/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-498/2023
24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver