Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-503/2023 31.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş şəxs X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkı ilə xx.xx.1987-ciRusiya Federasiyası, Rostov vilayəti, Morozov rayonu, Step kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Göygöl şəhəri, Ə.Cavad küçəsi, ev 10-da yaşayan Şəxs (AZE ********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Göygöl rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-1-ci mаddəsi ilə inzibаti xətа haqqında Göygöl rayon İcra və probasiya şöbəsində (bundan sonra Göygöl RİPŞ) 31 oktyabr 2023-cü il tarixdə, MN № ******* saylı protokol tərtib edilmişdir ona görə ki, o, Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)-309/2019 saylı icra sənədi üzrə icra məmurunun irəli sürdüyü tələbləri yerinə yetirmədiyindən Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(066)-441/2022 saylı qərarı ilə inzibati tənbeh edilməsinə baxmayaraq qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə eyni əməli təkrar olaraq törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş orqanın nümayəndəsi, Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X10 çıxış edərək göstərdi ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)-309/2019 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutulub X2 xeyrinə ödənilməlidir. Həmçinin Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-1224/2020 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 xeyrinə tutulan 120 manat sabit pul məbləğində alimentin miqdarının xx.xx.2020-ci il tarixdən artırılaraq hər ay 130 manat sabit pul məbləğində müəyyən edilmişdir və Şəxs 20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Bundan başqa Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(045)-689/2022 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində aliment tutulub X4 xeyrinə ödənilməlidir. İcra sənədləri qanuni qüvvəsini aldığından icra edilməsi üçün Göygöl RİPŞ-yə göndərilmiş, xx.xx.2019-cu il tarixdə Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Rüfət Mahmudov tərəfindən Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)- 309/2019 saylı, xx.xx.2020-ci il tarixdə onun tərəfindən Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-1224/2020 saylı və xx.xx.2022-ci il tarixdə Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Anar İsgəndərov tərəfindən Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(045)-689/2022 saylı icra sənədlərinə əsasən Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarların surətləri ilə bərabər icra sənədindən irəli gələn tələbləri yerinə yetirmək üçün 10 gün vaxt verilməsi barədə bildirişlər göndərilmişdir. xx.xx.2022-ci il tarixdə icra sənədləri bir icraatda birləşdirilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, icra sənədini yerinə yetirməkdən yayınmışdır. Ona görə də borclunun barəsində xx.xx.2022-ci il tarixdə İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq barəsində inzibati tənbeh tətbiq edilməsi üçün məhkəməyə göndərilmiş və Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(066)-441/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 10 (on) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsinə baxmayaraq qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni əməli eyni icra sənədinə münasibətdə təkrar olaraq törətmiş və məhkəmə qətnamələrini icra etməkdən imtina etmişdir. Borclu xx.xx.2023-cü il tarixdə Göygöl RİPŞ-yə çağırılmış və barəsində MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək qanuni tədbir görülməsi üçün rayon məhkəməsinə gətirilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək bildirdi ki, o, barəində olan hazırki icra sənədləri üzrə borcunu ödəməkdən imtina etmir, ancaq borcunu ödəməyə maddi imkanı yoxdur. Odur ki, qeyd etdiklərini nəzərə alaraq işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 528.1- 1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Göygöl Rayon Məhkəməsinin 2(066)-309/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh Şəxs iddiaçı X2 xeyrinə hər ay sabit məbləğdə 120 manat aliment tutulmalıdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-1224/2020 saylı icra sənədinin surətindən görünür ki, Şəxs xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 xeyrinə tutulan 120 manat sabit pul məbləğində alimentin miqdarının xx.xx.2020-ci il tarixdən artırılaraq hər ay 130 manat sabit pul məbləğində müəyyən edilmiş və Şəxs 20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(045)-689/2022 saylı icra sənədinin surətindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində aliment tutulub X4 xeyrinə ödənilməlidir. Göygöl RİPŞ-nin icra məmurunun xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-309/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədnə əsasən Şəxs barəsində icraat başlanmışdır. xx.xx.2019-cu il tarixli bildirişin surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-309/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən irəli gələn öhdəlikləri, yəni icra sənədi üzrə yaranmış aliment borcunu könüllü icra etməsi üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. Göygöl RİPŞ-nin icra məmurunun xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-1224/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs barəsində icraat başlanmışdır. xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-1224/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən irəli gələn öhdəlikləri, yəni icra sənədi üzrə yaranmış borcunu könüllü icra etməsi üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. Göygöl RİPŞ-nin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-689/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs barəsində icraat başlanmışdır. xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-689/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən irəli gələn öhdəlikləri, yəni icra sənədi üzrə yaranmış borcunu könüllü icra etməsi üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(066)-441/2022 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 10 (on) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi qərara alınmışdır. Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokolda göstərilmişdir ki, borclu İsayev X9 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)-309/2019 saylı icra sənədi üzrə icra məmurunun irəli sürdüyü tələbləri yerinə yetirmədiyindən Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(066)-441/2022 saylı qərarı ilə inzibati tənbeh edilməsinə baxmayaraq qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə eyni əməli təkrar olaraq törətmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi xətasının inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu İsayev X9 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)-309/2019 saylı, Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-1224/2020 saylı və Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(045)-689/2022 saylı icra sənədləri üzrə tələbkara olan aliment borcunu heç bir üzrlü səbəb göstərmədən ödəməmiş və bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən yetirmədiyindən Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(066)-441/2022 saylı qərarı ilə inzibati tənbeh edilməsinə baxmayaraq qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə eyni əməli təkrar olaraq törətmişdir. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə icraata başlanıldığı tarixdən bu günə kimi kifayət qədər uzun müddət keçməsinə baxmayaraq, borcunu tam ödəməmiş, ona dəfələrlə xəbərdarlıq edilsə də borcu ödəməkdən yayınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədi üzrə borcun ödənilməməsinə hansısa qərəzsiz münasibətindən söhbət gedə bilməz. Eyni səbəbdən məhkəmə onun icra sənədi üzrə borcunu yaxın gələcəkdə tam qaytaracağını da inandırıcı hesab etmir. Beləliklə, iş materiallarından görünür ki, borclu məhkəmənin icra sənədini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir və buna görə inzibati tənbeh edilməsinə baxmayaraq qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni əməli təkrar olaraq törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. «İcrа hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnununun 3.1-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qаnunun 3.2-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Göründüyü kimi, borclu uzun müddət keçməsinə baxmayaraq, kifayət qədər yüksək məbləğdə olan (icra sənədləri üzrə cəmi 8870 manat) borcunu ödəməmişdir. Bu da onun icra sənədinin icrasından qəsdən yayındığını sübut edir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsində təsbit edilmişdir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideyinlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində isə göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamaqda borcludurlar. “Uşаq hüquqlаrı hаqqındа” 12 nоyаbr 1989-cu il tаriхli BMT Kоnvеnsiyаsının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda, İXM-in 528.1.1-ci maddəsinin sanksiyasında iki ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 528.1-1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 15 (on beş) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 15 (on beş) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalında həbs edilsin. Həbsetmənin əvvəli 31 oktyabr 2023-cü il tаrixdən, sааt 10:30-dan hesablansın. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, protokolu tərtib edən şəxsə və zərərçəkmiş şəxslərə göndərilsin. Qərаrın icrаsı Göygol rаyоn pоlis şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-23-84 Ünvan: Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A Elektron poçtu:mailto:goygolcourt@gmail.comElektron ünvan 1 İş № 3(066)-503/2023 «31» oktyabr 2023-cü il Göygöl rayon İcra və probasiya şöbəsinə Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A Şəxs ünvan: Göygöl şəhəri, Ə.Cavad küçəsi, ev 10 X3 ünvan: Göygöl rayonu, Yeni Zod kəndi X8 ünvan: Daşkəsən rayonu, Bayan kəndi Göygöl Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 3(066)-503/2023 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-23-84 Ünvan: Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A Elektron poçtu:mailto:goygolcourt@gmail.comElektron ünvan 1 İş № 3(066)-503/2023 «31» oktyabr 2023-cü il Göygöl rayon polis şöbəsinin müvəqqəti saxlama yerinin rəisinə Göygöl Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 3(066)-503/2023 nömrəli qərarının surəti barəsində inzibati həbs tənbehi tətbiq edilən şəxs Şəxs təqdim edilməsi üçün Sizə göndərilir. Şəxs 31 oktyabr 2023-cü il tarixli, 3(066)-503/2023 nömrəli qərarın surətini alması ilə əlaqədar məhkəmə qəbzinin imzalanaraq Göygöl Rayon Məhkəməsinə göndərilməsini xahiş edirəm. Qoşma: Qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ____________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-23-84 Ünvan: Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A Elektron poçtu:Elektron ünvan 1 İş № 3(066)-503/2023 «31» oktyabr 2023-cü il Göygöl rayon polis şöbəsinin rəisi cənab Zaur Nəsirova Hörmətli Zaur müəllim Göygöl Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 3(066)-503/2023 nömrəli qərarının surəti icra edilməsi üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №3(066)-503/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-503/2023
31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver