Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-508/2025 03.11.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X14 iclas katibliyi, təqdimatı vermiş orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X12 Xidmətinin 10 saylı X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X12 Xidmətinin 10 saylı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə başladılmış inzibati xəta haqqında iş üzrə icraata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokola əsasən hüquqi şəxs Şəxs barəsində AR İXM-in 262.2.3-cü maddəsi ilə inzibati xəta törətməsi qeyd edilərək protokol tərtib edilmiş, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin nümayəndəsi protokolu imza etməmişdir. “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardad ilə baxılması üçün protokol və materiallar Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan: 17 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli protokola əsasən Şəxs Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisində fəaliyyət göstərən avtoyuma məntəqəsində formalaşan tullantı sularının xx.xx.2025-ci il tarixədək quyuya, oradan isə daşaraq təyinatsız olaraq əraziyə axıdılması aşkar edilmiş və bu barədə İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 10 saylı X7 08 oktyabr 2025-ci il tarixli 0013 saylı sərəncamı əsasında 09 oktyabr 2025-ci il tarixli aktında qeyd edilmişdir ki, Göygöl rayonu Quşqara kəndi ərazisindən keçən Qoşqarçay çayının sağ sahilində fəaliyyət göstərən avtoyuma məntəqəsində formalaşan tullantı sularının məntəqənin yaxınlığında yerləşən quyuya, oradan isə daşaraq təyinatsız olaraq Qoşqarçayın sağ sahil mühafizə zonasına, əraziyə axıdılması müəyyən olunmuşdur. Fakt üzrə tərtib edilmiş aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina barədə xx.xx.2025-ci il tarixli 17 nömrəli aktda göstərilmişdir ki, 10 saylı X2 böyükməsləhətçi müfəttişi, məsləhətçi müfəttişi Nümayəndə və X16 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci və 100-cü maddələrinə uyğun olaraq tərtib edilmiş xx.xx.2025-ci il tarixli 002043 nömrəli akt və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol Şəxs MMC-nin qanuni təmsilçisi X8 imzalamaq üçün təqdim edilmişdir. O, qeyd olunan aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina edərək bildirdi ki, rəsmi dəvət olunub ancaq araşdırmaya gəlməyib. 10 saylı X7 tərəfindən 17 oktyabr 2025-ci il tarixli məktubda göstərilir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə əsasən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol qərardad qəbul edilərək baxılması üçün Göygöl rayon Məhkəməsinə göndərilmişdir. 10 saylı X7 tərəfindən Şəxs MMC-yə ünvanlanmış 09 oktyabr 2025-ci il tarixli məktubda göstərilir ki, su qanunvericiliyinin tələblərinə riayət olunması vəziyyəti ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X12 Xidmətinin 10 saylı X2 (bundan sonra - Bölmə) əməkdaşları tərəfindən xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə aparılmış nəzarət tədbirləri zamanı, onlara məxsus Göygöl rayonu, Quşqara kəndi ərazisində fəaliyyət göstərən “Lykoil" yanacaqdoldurma məntəqəsinin fəaliyyəti nəticəsində formalaşan tullantı sularının məntəqənin yaxınlığında yerləşən quyuya, oradan isə təyinatsız olaraq Qoşqarçayın sağ mühafizə zonasına əraziyə axıdılması müəyyən olunmuşdur. Aşkarlanan faktlarda inzibati xətanın əlamətlərinin olması müəyyən edilmiş və Bölmə tərəfindən inzibati araşdırma aparılmışdır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə, saat 11:00-da Bölməyə (Ünvan: Göygö rayonu, Ağdağ qəsəbəsi, Əlaqə: 022 205-03-77) dəvət olunduqları bildirilmişdir. Onların və ya səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməkləri və iş üzrə onlarda olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunmuşdur. Məhkəmə araşdırılması zamanı Şəxs MMC-nin qanuni təmsilçisi X6 etibarnamə üzrə nümayəndəsi X9 məhkəməyə müraciət edərək bildirmişdir ki, Göygöl rayonu Quşqara kəndi ərazisində Qoşqarçayının sağ sahilində yerləşən Lykoil YDM-ni (Şəxs MMC) etibarnamə əsasında idarə edir. Səhhəti ilə bağlı problemlər olduğuna görə bir müddət YDM-nin fəaliyyətinə nəzarət edə bilməyib, ona görə də obyektdə formalaşan tullantı suları düzgün idarə edilməmişdir yəni, obyektin fəaliyyəti zamanı formalaşan tullantı suları ərazidə yerləşən quyuya oradan isə daşaraq təyinatsız olaraq çöl əraziyəətraf mühitə axıdılmışdır. Bu qanun pozuntusu 10 saylı X2 əməkdaşları tərəfindən aşkar olunduqdan sonra onlar bununla bağlı təxminən 10 gün bundan əvvəl lazımi tədbirləri görüblər və qanun pozuntusu yaradan halları aradan qaldırıblar. Hal-hazırda obyektin tullantı suları düzgün idarə olunur. Habelə, məhkəmə araşdırılmasına təqdim edilən etibarnamənin surətindən X6 X5 10 il müddətinə hüquqlarının etibar edilənə ötürməsi müəyyən edilir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X12 Xidmətinin 10 saylı X2 nümayəndəsi Nümayəndə bildirdi ki, protokol tərtib edildikdən sonra X9 yaxınlaşaraq həmin yanacaqdoldurma məntəqəsini onun idarəetdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Şəxs bаrəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib оlunmuş inzibati materiala əlavə edilmiş sənədlər natamam olduğundan və məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığına görə inzibati iş materialı geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X12 Xidmətinin 10 saylı X7 tərəfindən Şəxs bаrəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq həmin məcəllənin 262.2.3-cü maddəsinə münasibətdə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətanın törədilməsi ilə bağlı hüquqi şəxsin qanuni nümayəndəsi kimi X11 qeyd edilmiş, lakin məhkəmə icraatı zamanı X3 yanacaqdoldurma məntəqəsini işlətməsi qeyd edilmişdir. Habelə, İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xətaya dair müvafiq sübutlar tam təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə -fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8-ci maddəsinin tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta Haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsindən bəhs edən İXM-nin 12-ci fəslində yer almış normalara görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan səxsin, zərərçəkmiş səxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (84-cü maddə). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 106.0-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025ci il tarixli MN ******* nömrəli protokol və sənədlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X12 Xidmətinin 10 saylı X4 geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106- 111-ci maddələrini rəhbər tutaraq, qərаraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X12 Xidmətinin 10 saylı X1 daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol və ona əlavə edilmiş iş materialı geri qaytarılsın. Qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(066)-508/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-508/2025
03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver