Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-509/2025 23.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl Rayon Polis Şöbəsinin DYPB-nin polis baş leytenantı Nümayəndə, barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1956-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Quşqara kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında Göygöl Rayon Polis Şöbəsinin DYPB-nin polis baş leytenantı Nümayəndə tərəfindən İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Göygöl Rayon Polis Şöbəsinin DYPB-nin polis baş leytenantı Nümayəndə tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində Şəxs “Opel” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Göygöl Rayon Polis Şöbəsinin DYPB-nin polis baş leytenantı Nümayəndə inzibati xəta haqqında protokola uyğun izahat verərək bildirdi ki, hadisə xx.xx.2025-ci il tarixdə Göygöl rayonu, Quşqara kəndində baş vermişdir. Belə ki, Şəxs idarə etdiyi “Opel” markalı avtomobillə yaşadığı evin qarşısından yola çıxrkən diqqətsizlik edərək, hərəkətdə olan avtomobili görməmiş və nəticədə öz avtomobilinin ön hissəsi ilə həmin avtomobili sağ yan hissəsindən vurmuşdur. Hadisə yerinə baxış keçirmişlər və bu zaman müəyyən edilmişdir ki, artıq onun sürücülük hüququ iki ilə yaxındın bitmişdir. Bundan sonra tərəflərindən hazırkı protokol tərtib edilmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Əlavə olaraq bildirdi ki, digər şəxsin avtmobilinə yüngül zərər dəymiş, həmin hissədə isə onu sığorta şirkətinə göndərmişlər. Qarşı tərəfin avtomobilinin sağ yan hissəsində çox cuzi bir batıq vardır və sığorta şirkıti zərəri müəyyən etdiyindən, onlar tərəfindən zərər aktı tərtib edilməmişdir. Şəxs cərimə tənbehinin təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü tam təqsirli bilərək göstərdi ki, onun idarə etdiyi avtomobil Opel markalı, **-BK-*** markalı avtomobildir və həmin avtomobil onun öz adınadır. Hadisə xx.xx.2025-ci il tarixdə baş vermişdir. Onun sürücülük vəsiqəsinin müddəti bitmiş, yaşına görə avtomobil sürmədiyindən və avtomobili uşaqlar sürdüyündən sürücülük vəsiqəsini dəyişməmişdir. Onların əkinləri vardır və o işə getmək istəyərkən ehtiyyatsızlıqdan qarşıdan Vaz 2107 markalı avtomobili vurmuşdur. Həmin avtomobilin sahibi ondan 700 manat pul tələb etmiş, o isə sığortası olmasını və sığortanın həmin məbləği qarşılayacağını bildirmişdir. Əlavə olaraq bildirdi ki, hadisə törədən zaman sərxoş olmamışdır. Məhkəmədən yaşının nəzərə alınmasını və ona yüngül tənbeh növündə cəza təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla inzibati həbs tətbiq olunur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində Şəxs “Opel” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş, İN 642731, protokollaşdırma 09549, tarix xx.xx.2024-ci il tarixli, vaxt 17:35, operator nömrəsi 0172, Manual Alkolun miqdarından görünür ki, **-BK-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Əliyev 0,000 promil sərxoşluq müəyyən edilməmişdir. İş materiallarında olan yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, barəsində inzibati iş aparılan şəxs Şəxs idarə etdiyi “Opel” minik markalı, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının hadisə zamanı, ön hissəsi əzilmiş, X2 idarə etdiyi “VAZ2107” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomaşının isə sağ yan hissəsinə zərər dəymişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahid izahatı və digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, ona təqsirli olduğu İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbehi tətbiq edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, cərimə növündə tənbeh tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-509/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-509/2025
23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver