Məhkəmə qərarları › İş №3(066)-511/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-511/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-511/2023 13.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bakı Şəhər BPİ-nin X2 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə, «MERCEDES BENZ 190» minik markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində İXM-in 327.2-ci maddəsi ilə protokol tərtib edilərək 60 (altmış) manat miqdarında cərimə olunması barədə TP ******* saylı nömrəli qərar qəbul olunmuşdur. Lakin, Şəxs barəsində çıxarılmış qərarla tanış olaraq qərarın, protokolun surətlərini və cərimə bildirişini rəsmi qaydada almasına baxmayaraq barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarı icra etməmiş, 40 manat cərimə məbləğinin üzərinə 36 manat dəbbə pulu əlavə olunaraq cərimənin məbləği 96 manat təşkil etmişdir. İş üzrə inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 529.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Həmçinin, inzibati işin materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs TP ******* saylı saylı qərar üzrə 60 manat cəriməni və 36 manat dəbbə pulunu tam olaraq dövlət büdcəsinə ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, o, inzibaiti xəta üzrə cəriməni və dəbbə pulunu tam ödədiyindən inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, İXM-nin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs müvafiq vəsaiti ödədiyindən inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 112, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair iş üzrə cərimə və dəbbə pulu ödədiyindən inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Göygöl Rayon Məhkəməsinə şikayət verə bilər. Hаkim: Əyyub Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar