Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-512/2025 28.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Göygöl rayonu, Yeni Zod kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Göygöl rayonu, Yeni Zod Ə/D, Mixaylovka kəndində qeydiyyatda olmaqla, hazırda ünvan 1 ünvanında kirayədə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-575/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 10785,78 manat borc və 122,76 manat dövlət rüsumunun alınaraq tələbkar Zərərçəkmiş şəxs ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədi 01 iyun 2023cü il tarixdə Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmin tarixdə icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları göndərilmişdir. Tərəflərindən borcun ödətdirilməsi ilə bağlı müvafiq sorğular edilməsinə baxmayaraq borclunun adına heç bir əmlak aşkar edilməmişdir. Bununla belə borclunun 80 manat pensiya alması müəyyən edilmiş, lakin borclunun həmin pensiyasından 50% tutularaq digər icra sənədinə yönəldilmiş və hazırda həmin icra sənədinin icrası davam etdirilir. Tələbkar Zərərçəkmiş şəxs ASC Göygöl Rayon İcra və Probasiya Şöbəsinə rəsmi ərizə ilə müraciət edərək, icra sənədi üzrə bügünədək heç bir ödəniş edilmədiyini və borclunun barəsində məhkəmə qərarının icrası barədə müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Əlavə olaraq bildirdi ki, borclu icra sənədi üzrə borcundan heç bir ödəniş etməmişdir. Borclu axtarış qərarı əsasında icra şöbəsinə gətirilmişdir. Borclu əvvəllər icra şöbəsində olmuşdur. Borclunun qeydiyyatda olduğu Göygöl rayonu, Yeni Zod Ə/D, Mixaylovka kəndinə getmişlər, lakin həmin ünvanda aşkar edilməmiş və bu barədə tərəflərindən aktda tərtib edilmişdir. Borcluya tələbin könüllü icrası barədə bildiriş 2023-cü il tarixdə borcluya təqdim edilmiş və borclu əvvəllər icra şöbəsində olmuşdur. Borclunun pensiyasından digər icra sənədi üzrə pul tutulmuş, hazırkı icra sənədi üzrə heç bir ödəniş edilməmişdir. Məhkəmədən protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o təxminən iki il bundan əvvəl icra şöbəsində olmuş və ona bildirişə qol çəkərək təqdim etmişlər. O, 20 oktyabr 2025-ci il tarixdə Göygöl Rayon İcra və Probasiya Şöbəsinə gəlmişdir. 2023-cü ildə icra və probasiya şöbəsində olmuş və ona borcun ödənilməsi deyilmiş, o isə xəstə olmasını işləyə bilmədiyini və veteranlığı ilə bağlı pensiya almasını və həmin pensiyadan tutulmasını bildirmişdir. 2023-cü ildə icra şöbəsinə gələn vaxt icra məmuru ona borcunun nə qədər olmasını bildirmiş, sənədlərə qol çəkmiş, lakin hansı sənədlərə qol çəkməsini xatırlamır. Ağdam postunda xx.xx.2025-ci il tarixdə saxlanılmış və ona axtarışda olması bildirilmiş, həmin vaxt Xocavən rayonuna balıq aparmış, xx.xx.2025-ci il tarixdə isə icra şöbəsinə gəlmişdir. Həmin gün məhkəmə olacağı bildirilmiş və xəbər ediləcəyi bildirilmişdir. 2023-cü ilin yay ayında icra şöbəsində olmuş və həmin vaxtdan bu günədək heç bir ödəniş etməmişdir. O, kirayədə yaşayır və xəstə anası olmaqla ona baxır. O, 2023-cü ildə icra şöbəsində olarkən veteranlıq pensiyasının tam tutulmasını istəmişdir. O, döyüş vaxtı palçıqda və suda yatmış bu səbəbdən beli getmişdir. Ona iş təklifləri olsa da işləyə bilmir. Əlavə olaraq bildirdi ki, günə bir paçka “Black” markalı 2.60 manat dəyərində siqaret çəkir. “Pocco” markalı smartfon telefon işlədir və həmin telefonu təxminən 200-300 manata almışdır. Hazırda borcundan heç bir ödəniş edə bilmir. Onun dayısı Rusiyada yaşayır və onun ölkədən getmə hüququ məhdudlaşdırıldığından icra şöbəsində yoluna qoymaq istəmiş, lakin bu mümkün olmamışdır. Onun ölkədən getmə hüququna qoyulmuş məhdudlaşdırılmanın götürülməsini və xaricə gedərək işləyib borcundan hissə-hissə ödənilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi məhkəmə icalsına gəlməmiş, məhkəmə tələbkarın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzürlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu və barəsində inzibati icraat aparılan şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 2(066)-575/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin sürətindən görünür ki, cavabdeh Şəxs xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən 9849,93 manat əsas, 935,85 manat faiz borcu olmaqla, cəmi 10785,78 (on min yeddi yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat kredit borcu və ödənilmiş 122,76 (yüz iyirmi iki manat yetmiş altı qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-575/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 10908,54 manat alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Borclunun bugünki tarixə 10908,54 manat borcu var, bugünki tarixə borcdan heç bir ödəniş edilməmişdir. İş materiallarında olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-575/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2023cü il tarixdə icraat başlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-575/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq iş üzrə borclu Şəxs yaşadığı ünvan 3 ünvanda olunmuş və borclunun göstərilən ünvanda yaşamaması müəyyən edilmiş, qonşuların deməsinə görə Şəxs müəyyən müddətdir bu ünnvanda yaşamır. İş materiallarında olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarilxi borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, borclu Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-575/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən 9849,93 manat əsas, 935,85 manat faiz borcu olmaqla, cəmi 10785,78 (on min yeddi yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat kredit borcu və ödənilmiş 122,76 (yüz iyirmi iki manat yetmiş altı qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Sözügedən icra sənədləri Göygöl RİPŞ-yə daxil olmuş və Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri yerinə yetirmək üçün 10 gün vaxt verilməsi barədə bildiriş şəxsən təqim eedilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmışdır. Şəxs icra sənədi üzrə hazırda 10908,54 manat borcu vardır. Borclunun izahatı alınarkən borclu sağlamlığı ilə bağlı ağır işlərdə işləyə bilmədiyini, sürücülüyü bacarmasını, hansısa şirkətdə işləməməyinin səbəbi təcrübəsinin olmaması, özünün kirayədə qalmasını, veteranlıq pulunun digər banka görə tutulmasını, ona görə də AZT banka ödəiş edə bilmədiyini göstərmişdir. Borclu bu günədək borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə tərəfindən borcluya ödəniş edilməsi təklif edilməsinə baxmayaraq heç bir ödəniş edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədlərinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədi üzrə ödəniş edilməyərək borcun yaranması, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, bu günədək icra sənədi üzrə borcundan heç bir ödəniş etməməklə, icra məmurunun çağrışlarına gəlməyərək barəsində axtarış elan olunması haqqında qərar qəbul edilməsini, tələbkarın şikayətçi olmasını və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarıın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-512/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-512/2025
28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver