Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-515/2025 17.11.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başladılmış inzibati xəta haqqında iş üzrə icraata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən hüquqi şəxs "xxxx" MMC hüquqi ünvanı ünvan 1in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardad ilə baxılması üçün protokol və materiallar Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati icraata dair materiala baxılmanın yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmişdir. "xxxx" MMC tərəfindən Göygöl rayon Məhkəməsinə təqdim edilmiş vəsatətdə göstərilmişdir ki, icraatlarında "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə baxılır. İttiham, cəmiyyətin X3 əmək müqaviləsi olmadan işə cəlb etməsi ilə bağlıdır. Bildiriblər ki, bu ittiham tamamilə əsassızdır və inzibati xəta orqanı iki qanuni sahibkarlıq subyekti arasında yaranmış mülki-hüquqi mübahisəni səhvən inzibati xəta kimi tövsif etmişdir. İşin həqiq hallarını tam və obyektiv araşdırmaq üçün sübutların işə əlavə edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə çıxış edərək bildirmişdir ki, iddia əsassızdır. X2 şikayəti sahibkarla olan mülki-hüquqi mübahisədir. Şirinov Rahib "xxxx" MMC-yə iş üçün müraciət etmişdir. Onu sınaq müddəti təyin etməklə işə götürüblər. Xidməti müqavilənin bağlanması üçün vöen lazım olduğuna görə vöen açmaq qərarına gəliblər. Vöenin açılması 15 gün çəkib. Rahib onlara onlayn xidmət göstərməli idi. İş materiallarında iki müqavilə göstərilib. İkinci müqavilə imzalanmayıb. Birini müqavilənin ödənişi olan 2500 manat Şirinov Rahibin kartına atılıb, çek iş materiallarına əlavə edilib. Məhkəmə iclasında “votsap” platformasında səs yazışmalarına baxış keçirilib. “Votsap” platformasında tərəflər arasında yazışmanın surəti məhkəmə araşdırılmasına təqdim edildi. ARGUS S.S” MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən X4 inzibati icraat gedişində ödəniş olunmasına dair qəbzil surəti məhkəməyə təqdim edildi. İş materiallarında olan: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən hüquqi şəxs "xxxx" MMC hüquqi ünvanı ünvan 1in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. X6 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanlanmış ərizədə göstərilir ki, ünvan 2ında yerləşən "xxxx" şirkətinin işçisi Nümayəndə (tel: *** *** ** **) İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 1-ci və 4-cü bəndində göstərildiyi kimi əmək qanunvericiliyini kobudluqla pozaraq onun 2 aylıq əmək haqqını ödəmir və dəfələrlə deməyinə baxmayaraq müxtəlif yalanlar uyduraraq onunla müqavilə bağlamaqdan boyun qaçırır. Adı çəkilən şəxslə keçmiş iş yoldaşı Kənan Məmmədov (tel: *** *** ** **) vasitəsilə bu ilin aprel ayında tanış olub. Nümayəndə ona həmin vaxtda mövcud işində işləməklə yanaşı ona 3 ay müddətində aylıq əmək haqqı 1500 AZN olmaqla müxtəlif layihələrdə elektrik mühəndisi kimi kömək etməyini təklif edib və onun istəyi ilə təhsil diplomlarını mayın 26-ı ona göndərib. Lakin layihələrə görə çox məşğul olduğunu deyib müqaviləni təxirə salıb. İlk layihə tapşırığını hazır edib iyun ayının 2-də Nümayəndə öz email ünvanına göndərib. İyun ayının 24-ə qədər hazırlanan hesabatları ofisdə olmadığı üçün ondan “Vatsap”a göndərməyini istəyib. 24 iyun tarixində "BakıYaşayışTikinti” MMC-nin internet ünvanında (byt.az) ona rəsmi email (mailto:rahib@byt.azElektron ünvan ) açaraq vatsapdan login və parolu göndərib. Bu tarixdən 30 iyul tarixə qədər bütün layihə tapşırıqları və hesabatlar bu email üzərindən aparılıb. Lakin T.İskəndərov əvvəlcədən 3 aylıq iş razılaşmağına baxmayaraq, heç bir ödəniş etmədən və müqavilə bağlamadan əməkdaşlığı dayandırıb. Bir müddət sonra çətinliklə əlaqə qurduqdan sonra vaxt uzatmaq üçün VÖEN açmağını və ona göndərməyini istəyib. Avqust ayının 7-də VÖEN-i göndərməyinə baxmayaraq ödəniş etməmək üçün müxtəlif yalanlarla müqavilə bağlamaqdan boyun qaçırdıb. Yenə də çətinliklə bir həftə sonra yəni avqustun 15-i əlaqə qurduqdan sonra bu dəfə də ondan mühasibat işlərində kömək edən şəxsin telefon nömrəsini istəyib, göndərib. Nümayəndə o şəxslə danışaraq mümkün olarsa həmin gün olmazsa gələn həftə üçün müqavilə bağlayacığını deyərək o şəxsi də aldadıb. Və avqustun 15-dən bəri nə zənglərə cavab verir, nə ödəniş edir nə də söz verdiyi kimi müqavilə bağlamaq üçün əlaqə saxlamır. Xahiş edir ki, 3000 AZN olmaqla onun 2 aylıq əmək haqqının ödənməsinə köməklik göstərilsin və vətəndaşın əmək hüquqlarını belə fırıldaqçılıqla tapdalayan bu şəxs barədə tədbir görülsün. X6 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə verilmiş izahatda göstərilmişdir ki, tanışı Kənan Məmmədov vasitəsilə Nümayəndə rəhbərliyi altında fəaliyyət göstərən “ARGUS" MMC-də elektrik mühəndisi vakant vəzifəsinin olduğunu bildikdən sonra, bu vəzifə üçün müraciət edib. 2025-ci ilin aprel ayında Nümayəndəla yaşadığı evin yaxınlığında görüşdükləri zaman ona işin gedişatını, hansı formada işləyəcəyini, əmək haqqını, ödəniş formasını və xidməti müqavilə əsasında fəaliyyət göstərəcəyini bildirib, işin faktiki olaraq ofisdə yox, istənilən yerdə kompüter vasitəsilə icra olunacağını, buna görə də daimi olaraq ofisə gəlməyinə ehtiyac olmadığını, şifahi razılıq əsasında aylıq 1500 AZN əmək haqqı müqabilində xidməti müqavilə əsasında çalışacağını bildirib. Onlar bu şərtlər əsasında çalışıblar. Qeyd edib ki, onların bu danışıqları zamanı o, "xxxx" QSC-də Ucar-Hacıqabul layihəsində rəsmi olaraq elektrik mühəndisi vəzifəsində çalışırmış. Layihənin bitməsinə az qaldığı üçün artıq yeni iş axtarışında olub və tanışı Kənan Məmmədov bu məqsədlə onu Nümayəndəla tanış edib. İlkin razılıqdan sonra 2025-ci il may ayının sonlarında Nümayəndə tərəfindən “Gəncə BakuBUS” layihəsinin sənədlərini göndərərək artıq işə başladığını bildirib. Lakin göndərilən layihə sənədlərinin yararsız olduğunu bildirərək, lazım olan sənədlər barədə məlumat verib. 2025-ci ilin iyun ayının ilk günlərindən etibarən onlar artıq qarşılıqlı olaraq fəaliyyət göstərməyə başlayıblar. Onlara təqdim etdiyi qovluqda üzərində çalışdıqları və gördüyü layihələrin sənədləri mövcuddur. Daha sonra nə zaman xidmət müqaviləsi bağlayacaqlarını soruşduqda ondan 2025-ci ilin iyul ayının sonunda VÖEN göndərməyini istəyib. Bu zaman o, ASAN İMZA və digər sənədləri qaydasına qoyduqdan sonra xx.xx.2025-ci il tarixdə Nümayəndə göndərib. Qeyd etmək istəyir ki, VÖEN-i göndərdiyi tarixdə artıq ona tapşırılan bütün layihələrdə tərəfindən görülməli olan bütün tapşırıqlar icra olunmuş, təsdiqlənmiş və göndərilmişdir. Nümayəndəla arasında yerinə yetirilməyən, təhvil verilməyən heç bir layihə və tapşırıq yoxdur.xx.xx.2025-ci il tarixindən etibarən tərəfindən Nümayəndə müqavilə və ödənişlə bağlı olan bütün müraciətləri müxtəlif və əsassız bəhanələrlə yubadılmış və son tarixlərdə, yəni 2025-ci ilin avqust ayının ortalarında isə ümumiyyətlə zəngləri açılmayıb. Nümayəndə tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə verilmiş izahatda göstərilmişdir ki, təxminən 2018-ci ildən "xxxx" MMC-nin direktorudur. Həmin şirkət daxili kommunikasiya sistemlərinin quraşdırılması, dövri qulluğu və təmiri xidmətlərini həyata keçirir. Həmin xidmətlər sifarişçilərlə bağlanmış müqavilələr əsasında həyata keçirilir. X6 tanışlıq vasitəsilə təxminən 2025-ci ilin iyun ayının əvvəlindən iyul ayının ortalarına kimi şirkətin bir neçə layihələrində elektrik mühəndisi kimi işləmişdir. Rahib ilə danışıqlarına əsasən göstərdiyi xidmətə görə aylıq 1500 manat pul alacaqdı. Rahib ilə razılaşmalarına əsasən VÖEN açdırmalı və o, xidmət müqaviləsi bağlamalı idilər. Lakin Rahib VÖEN açılmasını təmin etmədiyi üçün şirkət onunla xidmət müqaviləsi bağlamadı və o, şifahi razılaşmalarına əsasən işləri gördü. Rahib elektrik mühəndisi kimi şirkətin layihələr üzər materialların, görüləcək işlərin düzgün yük tələbatlarını hesablayıb çıxarışını vermişdir. Rahib Bakı şəhərində onlayn qaydada onların işlərini görmüşdür. Rahibin sonuncu dəfə göstərdiyi xidmət onları qane etmədiyi üçün daha ona müraciət etməyiblər. Rahibin göstərdiyi 1 ay yarımlıq xidmət qarşılığında şirkət tərəfindən ona 2.500 manat məbləğ ödənməlidir. O, Rahib Şirinova qaimə kəsməsini, bundan sonra ödəniş ediləcəyini bildirib. Lakin hazırkı vaxta qədər o, qaimə kəsmədiyi üçün onlar ödənişi edə bilməyiblər. Məhkəmə hesab edir ki, "xxxx" MMC bаrəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib оlunmuş inzibati materiala əlavə edilmiş sənədlər natamam olduğundan və məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığına görə inzibati iş materialı geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsin tərəfindən "xxxx" MMC bаrəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq həmin məcəllənin 192.1-ci maddəsinə münasibətdə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Habelə, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xətaya dair müvafiq sübutlar tam təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Hazırki halda barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə icraatı zamanı tərəflər arasında münasibətin əmək münasibətləri olmadığını bildirmiş, buna dair sübutlar təqdim etmişdir. Habelə, inzibati icraat aparılan zaman kəsiyində Rahib Şirinova ödəniş edilməsi,aralarında xidməti müqavilənin olmasına dair müqavilə nüsxəsi təqdim etmişdir. Məhkəmə qeyd edir ki, təqdim edilən sübutlar inzibati icraat aparan səlahiyyət orqan tərəfindən qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8-ci maddəsinin tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta Haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsindən bəhs edən İXM-nin 12-ci fəslində yer almış normalara görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan səxsin, zərərçəkmiş səxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (84-cü maddə). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 106.0-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati iş və Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106- 111-ci maddələrini rəhbər tutaraq, qərаraaldı: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati iş materialı geri qaytarılsın. Qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(066)-515/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-515/2025
17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver