Məhkəmə qərarları › İş №3(066)-516/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-516/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-516/2025 17.11.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X2 iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati protokol və materiala Göygöl Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş MN seriyalı ******* nömrəli 23 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Göygöl şəhəri A.Kazımov küçəsi ilə A.Hacıyev küçəsinin kəsişməsində yerləşən Şəxs MMC-yə məxsus aptekdə xx.xx.2025-ci ildə saat 12:15-dən plan üzrə növbəti yoxlama zamanı resept təqdim edilməklə baxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması faktı aşkar edilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli 3-28-1/3-2- 1179/2025 nömrəli qərarı ilə Şəxs MMC-yə məxsus Göygöl şəhəri, Azay Kazımov küçəsi ilə Aydın Hacıyev küçəsinin kəsişməsində olan “Moskva” marketin sağ tərəfində yerləşən aptekdə yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 08.10.205-ci il tarixli, KY252391720 saylı çıxarışdan görünür ki, Şəxs MMC-yə məxsus Göygöl şəhəri Azay Kazımov küçəsi ilə Aydın Hacıyev küçəsinin kəsişməsində olan “Moskva” marketin sağ tərəfində yerləşən aptekdə yoxlamanın müddəti xx.xx.2025-ci il tarixdə başlayır və xx.xx.2025-ci il tarixdə başa çatır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Baş X1 tərəfindən təsdiq edilmiş Yoxlama suallarının Siyahısından görünür ki, yoxlayıcı orqan tərəfindən Şəxs MMC-yə məxsus Göygöl şəhəri Azay Kazımov küçəsi ilə Aydın Hacıyev küçəsinin kəsişməsində olan “Moskva” marketin sağ tərəfində yerləşən aptektdə aparılacaq yoxlama zamanı istifadə olunacaq yoxlama suallarının siyahısı tərtib edilərək təsdiq edilmişdir. xx.xx.2025-ci il tarixli Ə-321 saylı Yoxlama Aktından görünür ki, həmin tarixdə saat 12:00-da başlamış yoxlama zamanı Şəxs MMC-yə məxsus Göygöl şəhəri Azay Kazımov küçəsi ilə Aydın Hacıyev küçəsinin kəsişməsində olan “Moskva” marketin sağ tərəfində yerləşən aptektdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxıldığı aşkar edilmişdir. 22 mart 2020-ci il tarixli Xüsusi Lisenziyanın surətindən görünür ki, Şəxs MMC-yə dərman vasitələrinin pərakəndə satışını həyata keçirməyə icazə verilmişdir. MN seriyalı № ******* saylı 23 oktyabr 2025-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin mütəxəssisi X3 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.X5 “aşkar olunan inzibati xəta ilə razıyam və qısa vaxtda aradan qaldıracam” qeyd etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubda bildirilir ki, Göygöl rayonu, Üçtəpə kəndi, Gəncə- Daşkəsən yolu ünvanında fəaliyyət göstərən, şirkətlərinə məxsus pərakəndə satış əczaçılıq müəssisəsində 20.10.- xx.xx.2025-ci il tarixlərində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin müfəttişləri tərəfindən keçiriləcək plan üzrə (növbəti) nəzarət yoxlaması barədə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" 2 iyul 2013-cü il 714-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinə uyğun olaraq məlumatlandırılırlar. Yoxlama zamanı aşağıdakı sənədlərin surətlərinin yoxlanılan təsərrüfat obyektində yerində təqdim olunması zəruridir. Təqdim edilmədiyi təqdirdə barələrində Azərbaycan Respublikasının inzibati Xətalar Qanunvericiliyinə uyğun olaraq məsuliyyət tədbirləri görüləcəkdir: 1)Əczaçılıq fəaliyyətinə dair lisenziya və onun əlavəsi; 2)Müəssisədə çalışan şəxslərin şəxsiyyətini təsdiq edən sənəd (həmçinin qadın əməkdaşların soyad dəyişikliyinə dair sənəd); 3)Onların əmək müqaviləsinə dair bildiriş və yoxlanılan ünvanda fəaliyyət göstərməsini təsdiq edən sənəd (əmr və s.); 4)Onların təhsilini təsdiq edən sənəd; 5)Əczaçılıq ixtisasına malik şəxslərin sertifikasiya şəhadətnaməsi. Əlavə edilən kassa çekindən “analqin 50 2 ml amquli borisovskiy” Göygöl şəhəri, A.Hacıyev küçəsi, ev 34E yerləşən Şəxs MMC-dən xx.xx.2025-ci il tarixdə əldə edilməsi müəyyən olunur. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən Şəxs MMC ilə işçi X6 arasında xx.xx.2018-ci il tarixində müddətsiz əmək müqaviləsi bağlanmışdır. İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 452.1-ci maddəsinə əsasən Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə -yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun: 13.4-cü maddəsinə əsasən həkim resepti əsasında buraxılan dərman vasitələrinin on dörd yaşı tamam olmamış şəxslərə buraxılması, digər şəxslərə isə reseptsiz buraxılması qadağandır. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəsmi internet səhifəsi “reseptsiz buraxılan dərman vasitələrinin siyahisi” qeyd edilmiş, “analqin 50 2 ml amquli borisovskiy” vasitə həmin siyahıda olmamışdır. AR İXM-nin 452.1-ci maddəsinə əsasən apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə -yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 452.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Odur ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlər, iş materiallarında olan sənədlərin qarşılıqlı şəkildə tədqiqi ilə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən Göygöl şəhəri Azay Kazımov küçəsi ilə Aydın Hacıyev küçəsinin kəsişməsində olan “Moskva” marketin sağ tərəfində yerləşən aptekdə resept təqdim edilməklə baxılmalı olan dərman vasitəsini reseptsiz buraxılması ilə məşğul olunmuşdur. Bununla da Şəxs MMC hüquqi şəxs olaraq İXM 452.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC Azərbaycan İXM-nin 452.1-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43,48-51,114, 115128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan, onun alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar