Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-521/2025 18.11.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş orqan Göygöl RPŞ-nin nümayəndəsi X3, iştirakı ilə, xx.xx.2004-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Göygöl rayonu X8 küçəsi ev 74 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Göygöl RPŞ YNH inspektoru polis baş leytenantı X4 tərəfindən İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli protokol tərtib olunaraq Şəxs 327.2 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş orqan Göygöl RPŞ-nin nümayəndəsi X4 protokolu müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barəsində məlumat verməmişdir. İXM-nin müvafiq maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağa haqlıdır. İş materiallarında olan: Göygöl rayonu YNH inspektoru, polis baş leytenantı X4 tərəfindən xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol tərtib olunmuşdur. Protokolda Şəxs İXM-nin 327.2 və 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 iyul 2025-ci il tarixli qərara əsasən sürücü Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmaması əsası ilə rədd edilmişdir. Şəxs tərəfindən verilmiş izahatdan görünür ki, o, Göygöl şəhəri Vidadi küçəsi ev 74də ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, Gəncə Dövlət Universitetinin 3-cü kurs tələbəsidir, izahat verməyinin səbəbi ona tam aydındır. Onun özünə məxsus Hyundai Sonata markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Onun avtomobili idarə etmək üçün BD111186 nömrəli sürücülük vəsiqəsi vardır. Onun avtomobili atası X2 adına olsa da, o, həmin avtomobili etibarnamə ilə idarə edir. xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində idarə etdiyi Hyundai Sonata markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə-Goygöl yolu ilə üzü Göygöl şəhəri istiqamətində hərəkətdə olaraq Ə.Əliyev prospektində Göygöl şəhər "Azpetrol" YDM-nin qarşısında sola üzü Bakı-Qazax magistral yolu istiqamətində dönmə əməliyyatı etmək istəyib və işıq siqnalı verərək surətini azaldıb yolun soluna dönüb bu zaman qarşıdan gələn Vaz 21015 markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil surətini azaltmadan və onun dönmə əməliyyatını sona çatdırmağını gözləmədən idarə etdiyi avtomobilin sol ön hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törədib. Material üzrə izahatı alınmış Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yaşayır, subaydır, izahat verməyinin səbəbi ona tam aydındır. Onun özünə məxsus Vaz 21154 markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Onun avtomobili idarə etmək üçün BC 156265 nömrəli sürücülük vəsiqəsi vardır. xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində idarə etdiyi Vaz 21154 markalı 90- YR-560 dövlət qeydiyyat nişanlı avtomobil ilə anası Naybə və azyaşlı qardaşı Hüseyn ilə birlikdə Bakı-Qazax magistral yolu ilə hərəkət edərək Göygöl rayon ərazisində yerləşən körpüyə qalxaraq Azpetrol YDM istiqamətində yolu davam etdirmək istəyərkən Göygöl şəhər “Azpetrol” YDM-nin qarşısında Gəncə-Göygöl magistral yolu ilə üzü Göygöl şəhəri istiqamətində hərəkətdə olaraq sola yəni onların gəldikləri Bakı-Qazax magistral yolu istiqamətində dönmə əməliyyatı aparan Hyundai Sonata markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil surətini azaltmadan və onların hərəkət yoluna daxil olaraq idarə etdiyi avtomobilin sol ön hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətib. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 27 fevral 2025-ci il tarixdə protokol tərtib olunmuş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında” 09 aprel 2025-ci il tarixli qərara əsasən HK-1/430 nömrəli material üzrə Göygöl RŞ-nin TBnin baş təhqiqatçısı, polis kapitanı Nizami Şəbəndəyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməsi qərara alınmışdır. Araşdırma zamanı MTE və PA Birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsindən daxil olmuş 01 aprel 2025-ci il tarixli 117 saylı ekspert rəyində Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ bazu nahiyyəsinin hematoması-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində inzibati cərimə növündə inzibаti tənbeh təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Eyni zamanda Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.2ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən, İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən, şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 manat məbləğində cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə münasibətdə baxılması üçün Göygöl Rayon Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43,115,128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə münasibətdə baxılması üçün Göygöl Rayon Polis Şöbəsinə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(066)-521/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-521/2025
18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver